Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə71/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   67   68   69   70   71   72   73   74   ...   78

KM 
15  fevral  2008‐ci  il  tarixli  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi  Plenumunun 
Qərarı  (“Azərbaycan”  qəzeti  15  fevral  2008‐ci  il,  №  83,  Azərbaycan  Respublikası  Konstitusiya 
Məhkəməsinin Məlumatı №1/2008) ilə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.5 
və  265.6‐cı  maddələrinin  müddəaları  Azərbaycan  Respublikası  Konstitusiyasının  127‐ci  maddəsinin  II 
hissəsində  təsbit  edilmiş  hakimlərin  işlərə  qərəzsiz  baxması  prinsipinə  xələl gətirdiyi  və  «Məhkəmə 
qərarlarının  icrası  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  82.3‐cü  maddəsinin  məzmunu  ilə 
ziddiyyət təşkil  etdiyi  üçün  «Normativ hüquqi  aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 
7‐ci  maddəsinin  tələbinə  uyğun  olaraq,  daha  sonra  qüvvəyə  minmiş  «Məhkəmə  qərarlarının  icrası 
haqqında» Azərbaycan Respublikası Qanununun 82.3‐cü maddəsi tətbiq olunmalıdır. 
2.  «Məhkəmə  qərarlarının  icrası  haqqında»  Azərbaycan  Respublikası  Qanununun  82.3‐cü 
maddəsinin tətbiqi zamanı: 1) «müvafiq orqan» kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306‐
cı maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqan; 2) «məhkamə 
icraçıları  qurumunun  rəhbəri  tərəfindən təsdiq  olunan  təqdimat»  Azərbaycan  Respublikası  Cinayət‐
Prosessual Məcəlləsinin 205.1‐ci maddəsinin müddəalarına əsasən törədilmiş və ya hazırlanan cinayətlər 
haqqında vəzifəli şəxslərin müraciətinin bir növü kimi qəbul olunmalıdır. 
118 
26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu Azərbaycan”_qəzeti_24_iyun_2009‐cu_il,_№_135,_Azərbaycan_Respublikasının_Qanunvericilik_Toplusu,_2009‐cu'>(“Azərbaycan” 
qəzeti  24 iyun 2009‐cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il, № 
06, maddə 402) ilə 265.1, 265.2, 265.3, 265.6‐cı maddələr çıxarılmışdır. 
119 
26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti  24 iyun 2009‐cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il, № 
06,  maddə  402)  ilə  maddənin  adında  “göndərilməsi”  sözü  “rəsmi  qaydada  verilməsi”  sözləri  ilə  əvəz 
edilmişdir. 
120 
26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti  24 iyun 2009‐cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il, № 
06, maddə 402)  ilə 266.1‐ci maddədə “göndərilir və ya şəxsən təqdim olunur” sözləri “rəsmi  qaydada 
verilir” sözləri ilə əvəz edilmişdir. 
121 
26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti  24 iyun 2009‐cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il, № 
06,  maddə  402)  ilə  266.2‐ci  maddədə  “göndərilərkən,  həmin  qərardadların  təqdim  edilməsi”  sözləri 
“rəsmi qaydada verilərkən, bu” sözləri ilə əvəz edilmişdir. 
122 
26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti  24 iyun 2009‐cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il, № 
06,  maddə  402)  ilə  268.1‐ci  maddədə  “təqdim  edildikdən və  ya  tərəf  onu  aldıqdan”  sözləri  “rəsmi 
qaydada verildikdən” sözləri ilə əvəz edilmişdir. 
123 
26 may 2009‐cu il tarixli 819‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” 
qəzeti  24 iyun 2009‐cu il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009‐cu il, № 
06, maddə 402) ilə 272.2‐ci maddədə “hərəkətlərə” sözündən sonra “də” bağlayıcısı əlavə edilmişdir. 
124 
19 dekabr 2006‐cı il tarixli 200‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2007‐ci  il,  №  2,  maddə  68)  ilə  276.2.8‐ci  maddə  əlavə 
edilmişdir. 
125 
30  aprel  2004‐cü  il  tarixli  643‐IIQD  nömrəli  “Dövlət  rüsumu  haqqında”  Azərbaycan 
Respublikası  Qanununun  tətbiqi  ilə  əlaqədar  Azərbaycan  Rspublikasının  bəzi  qanunvericilik  aktlarının 
qüvvədən  düşmüş  hesab  edilməsi  və  bəzi  qanunvericilik  aktlarına  dəyişikliklər və  əlavələr  edilməsi 
barədə”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan  Respublikasının  qanunvericilik  toplusu, 
2004‐ci il, № 7, maddə 505) ilə 277.2‐ci maddə maddə yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada 
deyilirdi: 


277.2.  Məhkəmə əmri  haqqında  ərizənin  verilməsi  üçün  barəsində  mübahisə  edilən məbləğin  15 
faizi miqdarında dövlət rüsumu ödənilir. 
2  iyun  2008‐ci  il  tarixli  618‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının  Qanunvericilik  Toplusu,  2008‐ci  il,  №  6,  maddə  462)  ilə  277.2‐ci  maddədə  “şərti 
maliyyə vahidinin 9,0 misli” sözləri “on manat” sözləri ilə əvəz edilmişdir. 
126 
20  iyun  2003‐cü  il  tarixli  490‐IIQ  nömrəli  “Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsinin 
müddəalarının  pozulmasına  görə  məsuliyyət  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu 
(Azərbaycan  Respublikasının  qanunvericilik  toplusu,  2003‐cü  il,  №  6,  maddə  279)  ilə  285.01‐ci 
maddədə  “seçki”  sözündən  sonra  “(referendumda  iştirak)”  sözləri  əlavə  edilmişdir.  Əvvəlki 
redaksiyada deyilirdi: 
285.0.1. seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi barədə ərizələr üzrə; 
127 
11  iyun  2004‐cü  il  tarixli  688‐IIQD  nömrəli  “Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik 
aktlarına  əlavələr və  dəyişiklər  edilməsi  barədə”  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının qanunvericilik toplusu, 2004‐ci il, № 8, maddə 598 ) ilə 285.0.5‐ci maddədə ʺnormativʺ 
sözündən sonra ʺxarakterliʺ sözü əlavə edilmişdir. 
128 
20  iyun  2003‐cü  il  tarixli  490‐IIQ  nömrəli  “Azərbaycan  Respublikasinin  Seçki  Məcəlləsinin 
müddəalarinin  pozulmasina  görə  məsuliyyət  haqqinda”  Azərbaycan  Respublikasinin  Qanunu 
(Azərbaycan  Respublikasinin  qanunvericilik  toplusu,  2003‐cü  il,  №  6,  maddə  279)  ilə  25‐ci  fəsil  yeni 
redaksiyada verilmishdir. Əvvəlki redaksiyada deyilirdi: 
SEÇKİ HÜQUQLARININ MÜDAFİƏSİ HAQQINDA ƏRİZƏLƏRƏ DAİR İCRAAT 
M a d d  ə  2 9 0 .   Ərizənin verilməsi 
Seçmək və  seçilmək,  seçkilərdə,  referendumlarda  iştirak  etmək  hüququnun  dövlət  hakimiyyəti 
orqanı, seçki komissiyası və vəzifəli şəxslər tərəfindən pozulduğunu hesab edən şəxsin ictimai birliyin bu 
Məcəllənin 4‐cü fəslində və başqa qanunlara müəyyən edilmiş qaydada aidiyyəti üzrə məhkəməyə ərizə 
ilə müraciət etmək hüququ vardır. 
M a d d  ə  2 9 1 .  Ərizəyə baxılması 
291.1.  Seçkilərin gedişi ərəfəsində daxil olmuş ərizəyə, onun verdiyi gündən 3 gün ərzində, lakin 
seçkilərin vaxtından gec olmayaraq, seçkilər günü daxil olmuş ərizəyə isə dərhal baxılmalıdır. 
291.2.  Məhkəmə  tərəfindən  ərizəyə ərizəçinin,  müvafiq  seçki  komissiyasının  və  ya  dövlət 
hakimiyyəti orqanı nümayəndəsinin iştirakı ilə baxılır.Məhkəmə iclasının vaxtı və yeri haggında lazımi 
qaydada  xəbərdar  edilmiş  göstərilən  şəxslər məhkəməyə  gəlməməsi  işə  baxılmasına  və  onun  həll 
edilməsinə mane olmur. 
M a d d  ə  2 9 2 .  Məhkəmənin qətnaməsi  onun icrası 
292.1.  Seçki  hüququnun  pozulduğunu  müəyyən  etmiş  məhkəmə  qətnaməsi  seçici  siyahısında 
düzəliş  aparılması  üçün,  namizədin  qeydə  alınması  üçün,  yaxud  ictimai  birliyin  seçkilərdə  və  ya 
referendumlarda iştirak edən təşkilatlar sırasına əlavə edilməsi üçün əsasdır. 
292.2.  Məhkəmənin qətnaməsi dərhal icra edilməlidir. 
292.3.  Qətnamə  müvafiq  dövlət  hakimiyyəti  orqanına  və  ya  seçki  komissiyasının  sədrinə 
göndərilir. 
292.4.  Məhkəmənin  qətnaməsinin  icra  edilməsinə  təqsirkar  olan  vəzifəli  şəxslər  Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyəti daşıyırlar. 
292.5.  Seçki  hüququnun  müdafiəsi  ilə  bağlı  digər məsələlər həmin  seçki  hüququ  haqqında 
Azərbaycan Respublikasının qanunvericiliyi əsasında həll edilə bilər. 
16  iyun  2007‐ci  il  tarixli  385‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 
Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 7, maddə 712) ilə 290‐cı maddədə ʺAzərbaycan 
Respublikasının Apellyasiya Məhkəməsinəʺ sözləri ʺapellyasiya instansiyası məhkəmələrinəʺ sözləri 
ilə əvəz edilmişdir. 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə