Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə39/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   35   36   37   38   39   40   41   42   ...   78

296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair 
orqan  və  təşkilatların,  onların  vəzifəli  şəxslərinin  qərarı,  hərəkəti  (hərəkətsizliyi)  ilə  əlaqədar 
mübahisə qaldıra bilər. 
296.2.  Yuxarı  orqanlara  və  vəzifəli  şəxslərə  ilkin  müraciət  ərizənin  məhkəməyə  təqdim 
edilməsi,  onun  məhkəmə  tərəfindən qəbul  edilməsi  və  mahiyyəti  üzrə  həll  edilməsi  üçün 
məcburi şərt deyildir. 
296.3. Ərizə bu Məcəllənin 4‐cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə məhkəməyə verilir. 
Baxılması  rayon  məhkəməsinə  aid  olan  ərizə  fiziki  şəxs  tərəfindən  onun  yaşayış  yeri  üzrə 
məhkəməyə,  yaxud  hərəkətindən  şikayət  edilən  orqanın,  təşkilatın,  vəzifəli  şəxsin  yerləşdiyi 
yerin məhkəməsinə verilir. 
M a d d  ə  2 9 7 .  Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, 
sair  orqan  və  təşkilatların,  onların  vəzifəli  şəxslərinin  məhkəmədə  baxılmalı  olan  qərarları 
və hərəkətləri (hərəkətsizliyi) 
297.1.  Müvafiq  icra  hakimiyyəti  orqanlarının,  yerli  özünüidarə  orqanlarının,  sair  orqan  və 
təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə 
(hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların 
nəticəsində: 
297.1.1. şəxsin hüquq və azadlıqları pozulmuş olsun; 
297.1.2. şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın; 
297.1.3. şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz 
olaraq məsuliyyətə cəlb edilsin. 
297.2.  Göstərilən  orqanların,  təşkilatların,  onların  vəzifəli  şəxslərinin  aşağıdakı  qərar  və 
hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: 
297.2.1.  Azərbaycan  Respublikasının  Konstitusiyasına  uyğun  olaraq  yoxlanılması 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və 
normativ hüquqi aktlar; 
297.2.2.  qanunla  məhkəmə  qaydasında  onlardan  şikayət  etmənin  başqa  qaydası  nəzərdə 
tutulan fərdi və normativ hüquqi aktlar. 
M a d d  ə  2 9 8 .  Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət 
Şəxs  özünün  hüquq  və  azadlığının  pozulduğu  barədə  ona  məlum  olan  gündən  qanunda 
başqa  müddət  müəyyən  edilməyibsə  1  ay  müddətində  ərizə  ilə  məhkəməyə  müraciət  etmək 
hüququna malikdir. 
142 
M a d d  ə  2 9 9 .  Ərizəyə baxılması 
299.1.  Ərizəyə  məhkəmə  tərəfindən  1  ay  müddətində  şəxsin  qərar  və  hərəkətindən 
(hərəkətsizliyindən)  şikayət  edilən  müvafiq  icra  hakimiyyəti  və  ya  yerli  özünüidarə 
orqanlarının, sair orqan və təşkilatların vəzifəli şəxslərinin iştirakı ilə baxılır. 
299.2. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş şəxslərdən 
hər hansı birinin məhkəmə iclasına gəlməməsi  ərizəyə baxılmasına mane olmur.  Lakin hakim 
məhkəmə iclasında şəxsin iştirakını məcburi hesab edə bilər. 
M a d d  ə  3 0 0 .  Məhkəmənin qətnaməsi və onun icrası 


300.1.  Hakim  ərizəni  əsaslı  hesab  etdikdə  müvafiq  icra  hakimiyyəti  və  yerli  özünüidarə 
orqanlarının,  sair  orqan  və  təşkilatların,  onların  vəzifəli  şəxslərinin  yol  verdikləri  hüquq  və 
azadlıqların pozulmasına və ya məhdudlaşdırılmasına dair halların onlar tərəfindən tamamilə 
aradan qaldırılması vəzifələri barədə qətnamə çıxarır. 
300.2.  Mübahisə  edilən qərar  və  hərəkətlər  (hərəkətsizlik)  nəticəsində  şəxsin  hüquq  və  ya 
azadlığının pozulmadığı müəyyən edilərsə, hakim ərizəni təmin etməkdən imtina edir. 
300.3.  Məhkəmənin  qətnaməsi  qərar  və  hərəkətindən  (hərəkətsizliyindən)  şikayət  edilən 
orqanın rəhbərinə, vəzifəli şəxsə, yaxud tabelik qaydasında yuxarı orqana və ya vəzifəli şəxsə 
qətnamənin qanuni qüvvəyə minməsindən sonra 3 gün müddətində göndərilir. 
300.4.  Qətnamənin  icrası  barədə  onun  rəsmi  qaydada  verildiyi  gündən  1  aydan  gec 
olmayaraq  məhkəməyə  və  şəxsə  məlumat  verilməlidir.  Qətnamənin  icra  edilməməsinə  görə 
təqsirkar  vəzifəli  şəxslər  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş 
məsuliyyət daşıyırlar. 
143 
F ə s i l   2 8  
HƏRBİ VƏZİFƏLİ ŞƏXSLƏRİN VƏ HƏRBİ İDARƏ ORQANLARININ QƏRAR VƏ 
HƏRƏKƏTLƏRİNDƏN (HƏRƏKƏTSİZLİYİNDƏN) MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR 
ÜZRƏ İCRAAT 
M a d d  ə  3 0 1 .  İşə baxılması 
Hərbi  vəzifəli  şəxslərin  və  hərbi  idarə  orqanlarının  qərarları  və  hərəkətləri  (hərəkətsizliyi) 
ilə  əlaqədar  mübahisələrdən  yaranan  işlərə  bu  Məcəllənin  27‐ci  fəslində  müəyyən  edilmiş 
qaydada baxılır. 
F ə s i l   2 9  
NORMATİV XARAKTERLİ AKTLARIN QANUNİLİYİNƏ 
DAİR MÜBAHİSƏLƏRDƏN YARANAN İŞLƏR ÜZRƏ İCRAAT 
144  
M a d d  ə  3 0 2 .  Ərizənin verilməsi 
302.1.  Müvafiq  icra  hakimiyyəti  orqanının,  sair  dövlət  orqanlarının  və  ya  vəzifəli  şəxsin 
qanunla  nəzərdə  tutulmuş  qaydada  qüvvəyə  minmiş  normativ  xarakterli  aktı  ilə  özlərinin 
Azərbaycan  Respublikasının  Konstitusiyası  və  digər  qanunları  ilə  təsbit  və  təmin  edilmiş 
hüquq və azadlıqlarının pozulduğunu hesab edən, normativ aktın qüvvəsi şamil olunan şəxslər 
həmin  aktın  və  ya  onun  ayrıca  hissəsinin  qanuna  zidd  hesab  edilməsi  barədə  ərizə  ilə 
məhkəməyə müraciət etmək hüququna malikdir. 
145 
302.2.  Yoxlanılması  Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsinin  müstəsna 
səlahiyyətinə  aid  edilmiş  normativ  aktların  qanuniliyinin  yoxlanılması  barədə  ərizələrə 
məhkəmələrdə baxıla bilməz. 
302.3. Ərizə bu Məcəllənin 4‐cü fəsli ilə müəyyən edilmiş aidiyyət üzrə verilir. 
302.4.  Şəxsin  ərizəsi  bu  Məcəllənin  149‐cu  maddəsində  nəzərdə  tutulmuş  tələblərə  uyğun 
olmalı,  ərizədə  normativ  xarakterli  aktı  qəbul  etmiş  müvafiq  icra  hakimiyyəti  orqanının,  sair 
dövlət orqanlarının və ya vəzifəli şəxsin adı, aktın qəbul edildiyi tarix, həmin aktla və ya onun 
ayrı‐ayrı müddəaları ilə şəxsin, yaxud şəxslərin qeyri‐müəyyən dairəsinin hansı konkret hüquq 
və  azadlıqlarının  pozulduğu,  mübahisəyə  çıxarılan  aktın  Azərbaycan  Respublikası 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə