Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə40/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   36   37   38   39   40   41   42   43   ...   78

Konstitusiyasının  və  digər  qanunlarının  hansı  maddələrinə  zidd  olduğu  barədə  məlumatlar 
göstərilməlidir. 
146 
302.5. Ərizəyə mübahisə olunan aktın və ya onun hissəsinin surəti əlavə edilir. 
147 
302.6. Ərizənin məhkəməyə verilməsi normativ xarakterli aktın qüvvəsini dayandırmır. 
148 
302.7.  Müvafiq  icra  hakimiyyəti  orqanının,  sair  dövlət  orqanının  və  ya  vəzifəli  şəxsin, 
qüvvəsi  şəxslərin  qeyri‐müəyyən  dairəsinə  şamil  edilən  normativ  xarakterli  aktının 
qanuniliyinin  yoxlanılması  barədə  qanuni  qüvvəyə  minmiş  məhkəmə  qətnaməsi  olarsa, 
məhkəmə ərizəni qəbul etməkdən imtina edir. 
149 
M a d d  ə  3 0 3 .  Ərizəyə baxılması 
303.1. Ərizə ilə məhkəməyə müraciət etmiş şəxs, habelə normativ xarakterli aktı qəbul etmiş 
müvafiq icra hakimiyyəti orqanı, sair dövlət orqanı və ya vəzifəli şəxs məhkəmə iclasının vaxtı 
və yeri barədə xəbərdar edilirlər. 
150 
303.2.  İşə  ərizə  verilən  gündən  1  ay  müddətində  şəxsin  və  ya  onun  nümayəndəsinin, 
normativ xarakterli aktı qəbul etmiş müvafiq icra hakimiyyəti orqanının, sair dövlət orqanının 
nümayəndəsinin  və  ya  vəzifəli  şəxsin  məcburi  iştirakı  ilə  baxılır.  Lakin  işin  hallarından  asılı 
olaraq məhkəmə işə maraqlı şəxslər gəlmədikdə də baxa bilər. 
151 
303.3.  Məhkəmə  iclasında  məhkəmə  normativ  xarakterli  aktı  qəbul  edən  orqanın  və  ya 
vəzifəli şəxsin səlahiyyətini, bütövlükdə normativ aktın və ya onun bir hissəsinin Azərbaycan 
Respublikasının Konstitusiyasına, digər qanunlara uyğunluğunu yoxlayır. 
152 
303.4.  Normativ  xarakterli  aktın  qanuna  zidd  hesab  edilməsi  barədə  ərizəyə  baxılarkən 
həmin  aktın  qəbul  edilməsi  üçün  əsas  olmuş  halları  sübut  etmək vəzifəsi  aktı  qəbul  etmiş 
müvafiq icra hakimiyyəti orqanının, sair dövlət orqanının və ya vəzifəli şəxsin üzərinə düşür.
153 
M a d d  ə  3 0 4 .  Ərizə üzrə məhkəmənin qətnaməsi 
304.1. Ərizəni əsassız hesab edən hakim onun təmin edilməməsi barədə qətnamə çıxarır. 
304.2.  Ərizə  əsaslı  hesab  edildikdə  hakim  qətnamənin  nəticə  hissəsində  qeyd  etməklə, 
normativ  xarakterli  aktı  bütövlükdə  və  ya  qismən,  onun  qəbul  edildiyi  gündən  qüvvədən 
düşmüş hesab edir. 
154 
304.3.  Ərizə  təmin  edildiyi  halda  hakim  qətnamənin  nəticə  hissəsində  göstərməlidir  ki, 
qüvvədən  düşmüş  hesab  edilmiş  normativ  xarakterli  aktı  dərc  etmiş  kütləvi  informasiya 
vasitəsi  redaksiyası,  məhkəmənin  təyin  etdiyi  müddət  ərzində  məhkəmənin  qanuni  qüvvəyə 
minmiş qətnaməsi barədə məlumat dərc etməyə borcludur. 
155 
304.4.  Normativ  xarakterli  aktın  bütövlükdə  və  ya  qismən  qüvvədən  düşmüş  hesab 
edilməsi  barədə  məhkəmənin  qətnaməsi  normativ  xarakterli  aktı  qəbul  etmiş  müvafiq  icra 
hakimiyyəti  orqanı,  sair  dövlət  orqanı  və  ya  vəzifəli  şəxs  üçün,  habelə  vətəndaş  və  ya  dairəsi 
qeyri‐müəyyən  olan və  mübahisə olunan normativ aktın  qüvvəsi hüquq  və vəzifələrinə şamil 
olunan şəxslər üçün məcburidir. Həmin qətnamə preyudisial qüvvəyə malikdir və digər şəxslər 
tərəfindən  normativ  xarakterli  aktın  qanuniliyi  aktın  yalnız  məhkəmə  yoxlamasının  obyekti 
olmayan hissəsi üzrə yenidən mübahisə edilə bilər. 
156 
ÜÇÜNCÜ YARIMBÖLMƏ 
XUSUSİ İCRAAT 
F ə s i l   3 0  


ÜMUMİ MÜDDƏALAR  
M a d d  ə  3 0 5 .  Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər 
305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 
305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; 
305.1.2.  şəxsin  xəbərsiz  itkin  düşmüş  hesab  edilməsi  və  ya  şəxsin  ölmüş  elan  edilməsi 
haqqında; 
305.1.3.  şəxsin  məhdud  fəaliyyət  qabiliyyətli  və  ya  fəaliyyət  qabiliyyəti  olmayan  hesab 
edilməsi haqqında; 
305.1.4.  daşınar  əşyanın  sahibsiz  hesab  edilməsi  və  daşınmaz  əşya  üzərində  dövlət 
mülkiyyəti hüququnun tanınması haqqında; 
305.1.5. itirilmiş adsız qiymətli kağızlar və orderli qiymətli kağızlar üzrə hüquqların bərpa 
edilməsi haqqında (çağırış icraatı); 
305.1.6. şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi haqqında; 
305.1.7.  vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydiyyatının  düzgün  olmamasının  müəyyən 
edilməsi haqqında; 
305.1.8.  notariat  hərəkətlərindən və  ya  həmin  hərəkətlərin  aparılmasından  imtinaya  dair 
şikayətlər üzrə; 
305.1.9. övladlığa götürmə haqqında ərizələrə. 
305.1.10. şəxsin narkoloji‐tibb müəssisəsinə məcburi yerləşdirilməsi haqqında;
157 
305.2.  Azərbaycan  Respublikasının  qanunları  ilə  xüsusi  icraat  qaydasında  başqa  işlərə 
baxılması da nəzərdə tutula bilər. 
M a d d  ə  3 0 6 .  Xüsusi icraat işlərinə baxılması qaydası 
306.1.  Məhkəmələr tərəfindən  xüsusi  icraat  işlərinə,  bu  Məcəllənin  30‐39‐cu  fəsillərində 
müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 
306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı 
ilə məhkəmədə baxılır. 
306.3.  Təsisçiləri  dövlət və  ya  dövlət  idarələri,  yaxud  təşkilatları  olan  hüquqi  şəxslərin 
müvafiq  müraciəti  olduğu  halda  dövlət mənafeyinin  müdafiəsi  üçün  prokuror aşağıdakı  işlər 
üzrə ərizə verə bilər: 
306.3.1.  mülkiyyət  hüququ  üzrə  əmlaka  sahiblik,  ondan  istifadə  və  onun  barəsində 
sərəncam vermək haqqında işlər üzrə; 
306.3.2.  daşınar  əşyanın  sahibsiz  hesab  edilməsi  və  daşınmaz  əşya  üzərində  dövlət 
mülkiyyəti hüququnun tanınması haqqında işlər üzrə. 
306.4.  Xüsusi  icraat  qaydasında  işlərə  baxarkən məhkəməyə  aid  hüquq  haqqında 
mübahisənin  olduğu  müəyyən  edilərsə,  hakim  ərizənin  baxılmamış  saxlanılması  haqqında 
qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. 
F ə s i l   3 1  
HÜQUQİ ƏHƏMİYYƏTİ OLAN FAKTLARIN MÜƏYYƏN EDİLMƏSİ 
M a d d  ə  3 0 7 .  Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə