363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun
ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun
ödənilməsinə möhlət verilməsi, hissə‐hissə ödənilməsi və ya onun məbləğinin azaldılması
imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə;
363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;
363.1.4. apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad işdə iştirak edən
şəxslərə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil
olmuşdursa.
363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır.
363.3. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər.
363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2‐ci maddələrində göstərilmiş hallar aradan
qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya
şikayəti ilə müraciət edə bilər.
M a d d ə
3 6 4 . Apellyasiya
şikayətini aldıqdan sonra birinci
instansiya
məhkəməsinin hərəkətləri
Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361‐ci maddəsinin
tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361‐ci maddəsinin tələblərinə cavab verən
apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin
verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə
göndərilir.
186
M a d d ə 3 6 5 . Ümumi şərtlər
Apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur.
M a d d ə 3 6 6 . Apellyasiya mümkünlüyünün yoxlanılması
366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün
müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında
baxılmaq üçün prosessual əsasların olması daxildir.
187
366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab
edilə bilər.
366.3. Apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır.
366.4. Apellyasiyanın qeyri‐mümkün hesab edilməsi barədə qərardaddan kassasiya
instansiyasına şikayət verilə bilər.
M a d d ə
3 6 7 . Apellyasiya şikayətinin rəsmi qaydada verilməsi, apellyasiya
şikayətinə etiraz və apellyasiya şikayətinə dair izahatların verilməsi
188
367.1. Əgər apellyasiya mümkün hesab edilirsə, məhkəmə əks tərəfə apellyasiya şikayətini
və ona əlavə edilən sənədləri rəsmi qaydada verir.
189
367.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada
verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə
göndərməyə haqlıdırlar.
190
367.3. Etiraz və izahat işdə iştirak edən şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi
tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən imzalanmış etiraza və
ya izahata onların işi aparmaq səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilir.
367.4. Etiraza və ya izahata əvvəllər birinci instansiya məhkəməsinə təqdim edilməməsinin
səbəbləri izah olunmaqla, başqa sənədlər də əlavə edilə bilər.
M a d d ə
3 6 8 . İşin baxılmağa təyin olunması. İşə apellyasiya instansiyası
məhkəməsində baxılmanın müddətləri
191
368.1. Əgər apellyasiya mümkün hesab olunarsa, məhkəmə işə baxılması vaxtını təyin edir.
368.2. Apellyasiya instansiyası məhkəməsi təyin olunmuş vaxtda işə baxılmasını təmin
etmək üçün zəruri hazırlıq işləri görür.
368.3. Qanunda başqa müddət müəyyən edilməyibsə, apellyasiya instansiyası
məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və
müvafiq məhkəmə aktı qəbul edilməlidir.
192
M a d d ə 3 6 9 . Apellyasiya şikayətindən imtina edilməsi
369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya
məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur.
369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə
qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.
369.3. Məhkəmə bu Məcəllənin 191‐ci maddəsində nəzərdə tutulan əsaslar olduqda
şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.
369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu
qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına
xitam verir.
M a d d ə 3 7 0 . İddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi
370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və
tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı
ərizələrdə ifadə olunmalıdır.
370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib‐edilməməsinin, tərəflərin
barışıq sazişinin təsdiq edilib‐edilməməsinin nəticələri bu Məcəllənin 191‐ci maddəsinin
qaydaları ilə müəyyən olunur.
Maddə 371. Apellyasiya instansiyası məhkəməsində yeni sübutların qəbul edilməsi
Yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə
iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin
onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
193
M a d d ə 3 7 2 . Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri
372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və
əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların
birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə
mümkün olmadığını əsaslandırsın.
Dostları ilə paylaş: |