348.2.4. on yaşına çatmış övladlığa götürülən uşağın övladlığa götürülməsinə, eləcə də
onun adının, soyadının və atasının adının mümkün dəyişikliklərinə və övladlığa götürənlərin
(götürənin) onun valideynləri kimi yazılmasına razılığı (qanuna əsasən belə razılıq tələb
olunmayan hallar istisna olmaqla);
348.2.5. uşağın övladlığa götürülməsinə onun valideynlərinin razılığı olmadan yol verən
qanunda göstərilən hallardan başqa, uşağın valideynlərinin onun övladlığa götürülməsinə
notariat qaydasında təsdiq edilmiş razılığı;
173
348.2.6. uşağın qəyyumunun (himayəçisinin), ögey valideynlərinin və ya valideynlərinin
himayəsindən
məhrum olmuş uşağın qaldığı müəssisə rəhbərinin onun övladlığa
götürülməsinə razılığı;
348.2.7. uşaq onun qohumları olmayan, Azərbaycan Respublikasının hüdudlarından
kənarda daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları, tərəfindən övladlığa
götürüldükdə, övladlığa götürülənin mərkəzləşdirilmiş qeydiyyatda olmasına, habelə
vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq, uşağın öz qohumları tərəfindən
övladlığa götürülməsinin qeyri‐mümkünlüyünü təsdiq edən sənəd.
174
348.3. Zəruri hallarda məhkəmə digər məlumatları da tələb edə bilər.
348.4. Qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə daxil olduqdan sonra hakimin
qərardadı ilə iş üzrə icraat təzələnir və iş məhkəmə iclasında baxılmağa təyin edilir.
348.5. Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman məhkəmə müvafiq icra hakimiyyəti
orqanından razılığa əsas olmuş qəyyumluq və himayəçilik orqanı tərəfindən verilmiş
vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq uşağın öz qohumları (bacıları, qardaşları,
nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa
götürülməsinin qeyri‐mümkünlüyünü təsdiq edən sənədləri və övladlığa götürmənin uşağın
mənafeyinə uyğun olması barədə rəyi, həmçinin övladlığa götürülənin ümumi uçotda olmasını
və övladlığa götürənin vətəndaşı olduğu (daimi yaşadığı) dövlətin səlahiyyətli orqanının
təqdim etdiyi müvafiq sənədləri tələb edir.
175
M a d d ə 3 4 9 . Ərizəyə baxılması
İşə qapalı məhkəmə iclasında, övladlığa götürənlərin (götürənin), qəyyumluq və
himayəçilik orqanı nümayəndəsinin, Azərbaycan Respublikasının vətəndaşı olan uşaq
əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə müvafiq icra
hakimiyyəti orqanı nümayəndəsinin mütləq, zəruri hallarda isə digər maraqlı şəxslərin və on
yaşına çatmış uşağın özünün iştirakı ilə baxılır.
176
M a d d ə 3 5 0 . Ərizə üzrə məhkəmənin qərarı
350.1. Məhkəmə ərizəyə baxaraq, uşağın övladlığa götürülməsi haqqında övladlığa
götürənlərin (götürənin) xahişinin təmin və ya rədd edilməsi haqqında qərar qəbul edir.
Övladlığa götürmə haqqında xahişi təmin edərkən məhkəmə uşağı konkret şəxslər (şəxs)
tərəfindən övladlığa götürülmüş hesab edir və qətnamədə övladlığa götürmənin vətəndaşlıq
vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda qeyd edilməsi üçün zəruri olan
övladlığa götürülən və övladlığa götürənlər (götürən) haqqında bütün məlumatları göstərir.
177
350.2. Məhkəmə övladlığa götürənlərin (götürənin) uşağın doğulması haqqında akt
qeydində valideynlər (valideyn) kimi yazılmasına, eləcə də uşağın doğulduğu tarix və yerin
dəyişdirilməsinə dair onların xahişlərini rədd edərək, uşağı övladlığa götürmələri haqqında
xahişlərini təmin edə bilər.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ayrı qayda nəzərdə
tutulmamışdırsa, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlar əcnəbilər və ya
vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman övladlığa götürmədən
sonra əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşağın saxlanması, tərbiyəsi və
təhsili şəraiti barədə məlumatların mütəmadi olaraq övladlığa götürənin vətəndaşı olduğu
(daimi yaşadığı) dövlətin səlahiyyətli orqanına təqdim edilməsi öhdəliyinin götürülməsi uşağın
övladlığa götürülməsi haqqında məhkəmənin qətnaməsində göstərilməlidir.
178
350.3. Xahiş təmin edildikdə, övladlığa götürənlərin (götürənin) və övladlığa götürülən
uşağın qarşılıqlı hüquq və vəzifələri uşağın övladlığa götürülməsi haqqında məhkəmə
qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən müəyyən olunur.
350.4. Uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qətnaməsi qanuni qüvvəyə
mindikdən sonra 3 gün müddətində müvafiq icra hakimiyyəti orqanına uşağın övladlığa
götürülməsinin dövlət qeydiyyatı üçün qətnamənin çıxarıldığı yer üzrəvətəndaşlıq vəziyyəti
aktlarının dövlət qeydiyyatını aparan
orqana, övladlığa götürülən uşaqların uçotu üçün
uşağın yaşadığı (olduğu) yer üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilir.
179
M a d d ə 3 5 1 . Övladlığa götürülmənin ləğv edilməsi
Uşağın övladlığa götürülməsinin ləğv edilməsi haqqında işlərin baxılması və həlli iddia
icraatı qaydasında həyata keçirilir.
Fəsil 40
180
ŞƏXSIN NARKOLOJI‐TIBB MÜƏSSISƏSINƏ MƏCBURI YERLƏŞDIRILMƏSI
BARƏDƏ IŞLƏR ÜZRƏ ICRAAT
Maddə 352. Ərizənin verilməsi
352.1. Öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi
və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların
hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina
etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxsin narkoloji‐tibb müəssisəsinə məcburi
yerləşdirilməsi barədə ərizə ailə üzvləri, qəyyum və ya himayəçi tərəfindən şəxsin
yaşadığı yer üzrə və ya narkoloji‐tibb müəssisəsinin yerləşdiyi yer üzrə məhkəməyə
təqdim olunur.
352.2. Ərizədə şəxsin narkoloji‐tibb müəssisəsinə məcburi yerləşdirilməsinə aid
qanunla nəzərdə tutulmuş əsaslar göstərilməlidir və ərizəyə narkoloji‐tibb
müəssisəsinin əsaslandırılmış tibbi rəyi əlavə edilməlidir.
Maddə 353. Ərizə üzrə məhkəmənin qətnaməsi
353.1. İşə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və yaxud təmin
edilməsi barədə qətnamə qəbul edir.
353.2. Ərizənin təmin edilməsi barədə qətnamə şəxsin narkoloji‐tibb müəssisəsinə
məcburi yerləşdirilməsi və sonradan orada saxlanılması üçün əsasdır.
Dostları ilə paylaş: |