Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə46/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   42   43   44   45   46   47   48   49   ...   78

348.2.4.  on  yaşına  çatmış  övladlığa  götürülən uşağın  övladlığa  götürülməsinə,  eləcə  də 
onun adının, soyadının və atasının  adının mümkün dəyişikliklərinə və övladlığa götürənlərin 
(götürənin)  onun  valideynləri  kimi  yazılmasına  razılığı  (qanuna  əsasən  belə  razılıq  tələb 
olunmayan hallar istisna olmaqla); 
348.2.5.  uşağın  övladlığa  götürülməsinə  onun  valideynlərinin  razılığı  olmadan  yol  verən 
qanunda  göstərilən  hallardan  başqa,  uşağın  valideynlərinin  onun  övladlığa  götürülməsinə 
notariat qaydasında təsdiq edilmiş razılığı;
173 
348.2.6.  uşağın  qəyyumunun  (himayəçisinin),  ögey  valideynlərinin  və  ya  valideynlərinin 
himayəsindən
məhrum  olmuş  uşağın  qaldığı  müəssisə  rəhbərinin  onun  övladlığa 
götürülməsinə razılığı; 
348.2.7.  uşaq  onun  qohumları  olmayan,  Azərbaycan  Respublikasının  hüdudlarından 
kənarda  daimi  yaşayan  Azərbaycan  Respublikasının  vətəndaşları,  tərəfindən  övladlığa 
götürüldükdə,  övladlığa  götürülənin  mərkəzləşdirilmiş  qeydiyyatda  olmasına,  habelə 
vətəndaşlığından  və  yaşayış  yerindən  asılı  olmayaraq,  uşağın  öz  qohumları  tərəfindən 
övladlığa götürülməsinin qeyri‐mümkünlüyünü təsdiq edən sənəd.
174 
348.3. Zəruri hallarda məhkəmə digər məlumatları da tələb edə bilər. 
348.4. Qəyyumluq və himayəçilik orqanının rəyi məhkəməyə daxil olduqdan sonra hakimin 
qərardadı ilə iş üzrə icraat təzələnir və iş məhkəmə iclasında baxılmağa təyin edilir. 
348.5.  Azərbaycan  Respublikasının  vətəndaşı  olan  uşaq  əcnəbilər və  ya  vətəndaşlığı 
olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman məhkəmə müvafiq icra hakimiyyəti 
orqanından  razılığa  əsas  olmuş  qəyyumluq  və  himayəçilik  orqanı  tərəfindən  verilmiş 
vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq uşağın öz qohumları (bacıları, qardaşları, 
nənələri,  babaları,  valideynlərinin  bacıları,  qardaşları,  onların  övladları)  tərəfindən  övladlığa 
götürülməsinin  qeyri‐mümkünlüyünü  təsdiq  edən sənədləri  və  övladlığa  götürmənin  uşağın 
mənafeyinə uyğun olması barədə rəyi, həmçinin övladlığa götürülənin ümumi uçotda olmasını 
və  övladlığa  götürənin  vətəndaşı  olduğu  (daimi  yaşadığı)  dövlətin  səlahiyyətli  orqanının 
təqdim etdiyi müvafiq sənədləri tələb edir.
175 
M a d d  ə  3 4 9 .  Ərizəyə baxılması 
İşə  qapalı  məhkəmə  iclasında,  övladlığa  götürənlərin  (götürənin),  qəyyumluq  və 
himayəçilik  orqanı  nümayəndəsinin,  Azərbaycan  Respublikasının  vətəndaşı  olan  uşaq 
əcnəbilər və  ya  vətəndaşlığı  olmayan  şəxslər tərəfindən  övladlığa  götürüldükdə  müvafiq  icra 
hakimiyyəti  orqanı  nümayəndəsinin  mütləq,  zəruri  hallarda  isə  digər  maraqlı  şəxslərin  və  on 
yaşına çatmış uşağın özünün iştirakı ilə baxılır.
176 
M a d d  ə  3 5 0 .  Ərizə üzrə məhkəmənin qərarı 
350.1.  Məhkəmə  ərizəyə  baxaraq,  uşağın  övladlığa  götürülməsi  haqqında  övladlığa 
götürənlərin  (götürənin)  xahişinin  təmin  və  ya  rədd  edilməsi  haqqında  qərar  qəbul  edir. 
Övladlığa  götürmə  haqqında  xahişi təmin  edərkən məhkəmə  uşağı  konkret  şəxslər (şəxs) 
tərəfindən  övladlığa  götürülmüş  hesab  edir  və  qətnamədə  övladlığa  götürmənin  vətəndaşlıq 
vəziyyəti  aktlarının  dövlət  qeydiyyatını  aparan  orqanlarda  qeyd  edilməsi  üçün  zəruri  olan 
övladlığa götürülən və övladlığa götürənlər (götürən) haqqında bütün məlumatları göstərir.
177 
350.2.  Məhkəmə  övladlığa  götürənlərin  (götürənin)  uşağın  doğulması  haqqında  akt 
qeydində  valideynlər  (valideyn)  kimi  yazılmasına,  eləcə  də  uşağın  doğulduğu  tarix  və  yerin 
dəyişdirilməsinə  dair  onların  xahişlərini  rədd  edərək,  uşağı  övladlığa  götürmələri  haqqında 
xahişlərini təmin edə bilər. 


Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə ayrı qayda nəzərdə 
tutulmamışdırsa,  Azərbaycan  Respublikasının  vətəndaşı  olan  uşaqlar  əcnəbilər və  ya 
vətəndaşlığı  olmayan  şəxslər tərəfindən  övladlığa  götürüldüyü  zaman  övladlığa  götürmədən 
sonra  əcnəbilər və  ya  vətəndaşlığı  olmayan  şəxslər tərəfindən uşağın  saxlanması,  tərbiyəsi  və 
təhsili  şəraiti  barədə  məlumatların  mütəmadi  olaraq  övladlığa  götürənin  vətəndaşı  olduğu 
(daimi yaşadığı) dövlətin səlahiyyətli orqanına təqdim edilməsi öhdəliyinin götürülməsi uşağın 
övladlığa götürülməsi haqqında məhkəmənin qətnaməsində göstərilməlidir.
178 
350.3.  Xahiş  təmin  edildikdə,  övladlığa  götürənlərin  (götürənin)  və  övladlığa  götürülən 
uşağın  qarşılıqlı  hüquq  və  vəzifələri  uşağın  övladlığa  götürülməsi  haqqında  məhkəmə 
qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən müəyyən olunur. 
350.4.  Uşağın  övladlığa  götürülməsi  haqqında  məhkəmənin  qətnaməsi  qanuni  qüvvəyə 
mindikdən  sonra  3  gün  müddətində  müvafiq  icra  hakimiyyəti  orqanına  uşağın  övladlığa 
götürülməsinin  dövlət  qeydiyyatı  üçün  qətnamənin  çıxarıldığı  yer  üzrəvətəndaşlıq  vəziyyəti 
aktlarının  dövlət  qeydiyyatını  aparan 
orqana,  övladlığa  götürülən uşaqların  uçotu  üçün 
uşağın yaşadığı (olduğu) yer üzrə müvafiq icra hakimiyyəti orqanına göndərilir.
179 
M a d d  ə  3 5 1 .  Övladlığa götürülmənin ləğv edilməsi 
Uşağın  övladlığa  götürülməsinin  ləğv  edilməsi  haqqında  işlərin  baxılması  və  həlli  iddia 
icraatı qaydasında həyata keçirilir. 
Fəsil 40
180 
ŞƏXSIN NARKOLOJI‐TIBB MÜƏSSISƏSINƏ MƏCBURI YERLƏŞDIRILMƏSI 
BARƏDƏ IŞLƏR ÜZRƏ ICRAAT 
Maddə 352. Ərizənin verilməsi 
352.1. Öz davranış və  hərəkətləri nəticəsində  dəfələrlə yaxın qohumlarına  maddi 
və  mənəvi  zərər  yetirmiş, uşaqların  tərbiyəsinə  mənfi  təsir  göstərmiş,  onların 
hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina 
etmiş  narkomanlıq  xəstəliyinə  düçar  olan  şəxsin  narkoloji‐tibb  müəssisəsinə  məcburi 
yerləşdirilməsi  barədə  ərizə  ailə  üzvləri,  qəyyum  və  ya  himayəçi  tərəfindən  şəxsin 
yaşadığı  yer  üzrə  və  ya  narkoloji‐tibb  müəssisəsinin  yerləşdiyi  yer  üzrə  məhkəməyə 
təqdim olunur. 
352.2.  Ərizədə  şəxsin  narkoloji‐tibb  müəssisəsinə  məcburi  yerləşdirilməsinə  aid 
qanunla  nəzərdə  tutulmuş  əsaslar  göstərilməlidir  və  ərizəyə  narkoloji‐tibb 
müəssisəsinin əsaslandırılmış tibbi rəyi əlavə edilməlidir. 
Maddə 353. Ərizə üzrə məhkəmənin qətnaməsi 
353.1. İşə  mahiyyəti  üzrə  baxan  hakim  ərizənin  rədd  edilməsi  və  yaxud  təmin 
edilməsi barədə qətnamə qəbul edir. 
353.2. Ərizənin təmin edilməsi barədə qətnamə şəxsin narkoloji‐tibb müəssisəsinə 
məcburi yerləşdirilməsi və sonradan orada saxlanılması üçün əsasdır. 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə