Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə47/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   43   44   45   46   47   48   49   50   ...   78

Maddə  354.  Narkoloji‐tibb  müəssisəsində  məcburi  müalicədə  olan  şəxsin 
məcburi müalicədən vaxtından əvvəl azad edilməsi 
Narkoloji‐tibb  müəssisəsində  məcburi  müalicədə  olan  şəxsin  qanunla  nəzərdə 
tutulmuş hallarda narkoloji‐tibb müəssisəsindən vaxtından əvvəl azad edilməsi, həmin 
müəssisənin  müdiriyyətinin  təqdimatı  və  tibbi  rəyi  nəzərə  alınmaqla  müəssisənin 
yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir. 
Maddə  355.  Şəxsin  narkoloji‐tibb  müəssisəsində  məcburi  müalicə  müddətinin 
uzadılması 
Şəxsin  narkoloji‐tibb  müəssisəsinə  məcburi  yerləşdirilməsi  müddətinin  uzadılması 
narkoloji‐tibb  müəssisəsinin  müdiriyyətinin  təqdimatı  və  tibbi  rəyi  nəzərə  alınmaqla 
müəssisənin yerləşdiyi yer üzrə məhkəmənin qərarı əsasında həyata keçirilir. 
ÜÇÜNCÜ BÖLMƏ 
MƏHKƏMƏ AKTLARINA YENİDƏN BAXILMASI  
F ə s i l   4 1  
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNDƏ İCRAAT 
M a d d  ə  3 5 7 .  Apellyasiya şikayəti vermək hüququ 
357.1.  Azərbaycan  Respublikasının  birinci  instansiya  məhkəmələri  tərəfindən qəbul 
olunmuş  qanuni  qüvvəyə  minməmiş  qətnamə  və  qərardadlardan,  həmin  Məcəllədə  nəzərdə 
tutulmuş  hallar  istisna  olmaqla,  tərəflər,  üçüncü  şəxslər,  xüsusi  icraat  işlərində  ərizəçilər və 
maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 
357.2.  Həmin  hüquqa,  işdə  iştirak  etməyə  cəlb  edilməyən,  lakin  qəbul  edilən qətnamə 
onların  hüquq  və  vəzifələrinə  toxunan  hallarda  digər  şəxslər də  malikdir.  Prokuror  bu 
Məcəllənin 50‐ci və 306‐cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya 
ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. 
357.3.  Prokurorun  protesti  iştirak  etdiyi  iş  üzrə  onun  tərəfindən  apellyasiya  instansiyası 
məhkəməsinə  verilən  şikayətdir  və  öz  hüquqi  mahiyyətinə,  hüquqi  nəticələrinə  görə 
apellyasiya şikayətinə bərabər tutulur. 
Maddə 358. Apellyasiya qaydasında işə baxan məhkəmələr
181 
358.0. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya qaydasında aşağıdakı 
məhkəmələrə şikayət verilə bilər: 
358.0.1.  rayon  (şəhər)  məhkəmələrinin  qətnamələrindən  ‐ yurisdiksiya  üzrə  apellyasiya 
məhkəmələrinin mülki işlər üzrə kollegiyalarına; 
358.0.2.  yerli  iqtisad  məhkəmələrinin  qətnamələrindən  ‐ yurisdiksiya  üzrə  apellyasiya 
məhkəmələrinin  iqtisadi  mübahisələrə  dair  işlər  üzrə  kollegiyalarına  və  ya  Naxçıvan  Muxtar 
Respublikası Ali Məhkəməsinin iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyasına; 


358.0.3.  Naxçıvan  Muxtar  Respublikası  rayon  (şəhər)  məhkəmələrinin  qətnamələrindən  ‐
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə kollegiyasına. 
182
M a d d  ə  3 5 9 .  Apellyasiya şikayətinin (apellyasiyanın) mümkünlüyü 
Apellyasiya  şikayəti  (apellyasiya)  birinci  instansiya  məhkəməsinin  qanuni  qüvvəyə 
minməmiş  bütün  qətnamələrindən,  iddia  məbləği  şərti  maliyyə  vahidinin  100  mislindən  çox 
olmayan  və  qanunda  xüsusi  olaraq  göstərilmiş  mübahisələr  üzrə  qəbul  edilmiş  qətnamələr 
istisna olmaqla, verilə bilər. 
M a d d  ə  3 6 0 .  Apellyasiya şikayətinin verilmə müddəti 
Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində 
verilə bilər. 
183 
M a d d  ə  3 6 1 .  Apellyasiya şikayətinin məzmunu 
361.1. Apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 
361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 
361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer 
və işdə prosessual vəziyyəti; 
361.1.3.  barəsində  şikayət  verilən qətnamə,  onun  qəbul  edilmə  tarixi,  nəticə  hissəsi, 
qətnaməni qəbul edən məhkəmənin adı; 
361.1.4.  şikayəti  verən  şəxsin  tələbi  və  qanunlara,  digər  normativ  aktlara  və  işin 
materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar; 
184 
361.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı. 
361.2.  Apellyasiya  şikayəti,  şikayəti  vermiş  şəxs,  onun  qanuni  nümayəndəsi  və  ya 
nümayəndəsi  tərəfindən  imzalanır.  Qanuni  nümayəndə  və  ya  nümayəndə  tərəfindən  verilən 
apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə 
və ya digər sənəd əlavə edilməlidir. 
361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 
361.4.  Apellyasiya  şikayətini  verən  şəxsin  birinci  instansiya  məhkəməsinə  təqdim 
edilməyən  yeni  sübutlara  istinad  etməsinə  yalnız  o  hallarda  yol  verilir  ki,  o  şikayətdə  həmin 
sübutların  birinci  instansiya  məhkəməsinə  təqdim  edilməsinin  qeyri‐mümkün  olduğunu 
əsaslandırsın. 
361.5.  Dərhal  icra  edilməli  olan  qətnamələrdən  verilən  şikayətə  qətnamənin  icra 
olunduğunu təsdiq edən sənədlər əlavə olunur. 
185 
M a d d  ə  3 6 2 .  Apellyasiya şikayətinin verilməsi 
Apellyasiya  şikayəti  və  ona  əlavə  olunan  yazılı  sənədlər işdə  iştirak  edən  şəxslərin  sayına 
görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. 
M a d d  ə  3 6 3 .  Apellyasiya şikayətinin qaytarılması 
363.1.  Apellyasiya  şikayəti  birinci  instansiya  məhkəməsi  tərəfindən aşağıdakı  hallarda 
qaytarılır: 
363.1.1.  apellyasiya  şikayəti  imzalanmamışdırsa  və  ya  onu  imzalamağa  hüququ  olmayan 
şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa; 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə