Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə55/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   51   52   53   54   55   56   57   58   ...   78

424.2.1.  kassasiya  instansiyası  məhkəməsinin  qərarı  Azərbaycan  Respublikasının 
Konstitusiya  Məhkəməsi  tərəfindən  Azərbaycan  Respublikasının  Konstitusiyasına  uyğun 
olmayan hesab edilmiş hüquq normasına əsasən qəbul edilmişsə; 
424.2.2.  kassasiya  instansiyası  məhkəməsi  işdə  iştirak  etməyə  cəlb  olunmamış  şəxslərin 
hüquqlarının  pozulması  ilə  nəticələnmiş  onların  hüquq  və  vəzifələrinə  dair  məsələni  həll 
etmişsə; 
424.2.3. kassasiya instansiyası məhkəməsinin qərarında onun istinad etdiyi motivlərin əsası 
yoxdursa; 
225 
424.2.4.  kassasiya  instansiyası  məhkəməsinin  qərarının  nəticə  hissəsi  onun  təsviri  və  ya 
əsaslandırıcı hissəsinə müvafiq olmazsa. 
M a d d  ə  4 2 5 .  Təqdimatın, protestin və şikayətin məzmunu 
Təqdimat, protest və şikayət bu Məcəllənin 407‐ci maddəsində nəzərdə tutulmuş tələblərə 
uyğun olmalıdır. 
226 
M a d  ə  4 2 6 .   Təqdimatın, protestin və ya şikayətin göndərilməsi 
426.1.  Əsaslar  olduqda  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  sədri  təqdimatı, 
protesti  və  ya  şikayəti  iş  ilə  birlikdə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Plenumuna 
göndərir. 
426.2.  Təqdimat,  protest  və  yaxud  şikayət  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi 
kollegiyaları tərəfindən qərar qəbul edildikdən sonra 2 ay müddətində verilə bilər. 
426.3. Təqdimat, protest və yaxud şikayətin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada 
verilir. 
227 
M a d d  ə  4 2 7 .  Təqdimatın, protestin və ya şikayətin geri götürülməsi 
427.1. Təqdimatı, protesti və ya şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. 
427.2. Təqdimatın, protestin və ya şikayətin geri götürülməsi Azərbaycan Respublikası Ali 
Məhkəməsinin Plenumunda icraata xitam verilməsinə səbəb olur. 
M a d d  ə  4 2 8 .  İşə baxılması 
428.1.  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Plenumu  əvvəllər işə  baxılmasında 
iştirak  etməmiş  hakimin  işin  halları  və  təqdimatın,  protestin  və  ya  şikayətin  dəlilləri  barədə 
məruzəsini dinləyir. 
428.2. Plenumun  iclasına izahat vermək üçün  protest və ya  şikayəti vermiş şəxslər,  habelə 
işdə iştirak edən digər tərəflər çağırıla bilərlər.  Bu halda onlara plenum iclasının vaxtı və yeri 
barədə bildiriş göndərilir. Onların gəlməməsi işə baxılmasına mane olmur. 
428.3. İşə baxılarkən bütün məsələlər səs çoxluğu ilə həll edilir. Təqdimatın, protestin və ya 
şikayətin  təmin  edilməsi leyhinə  və  əleyhinə  verilmiş  səslərin  sayı  bərabər  olduqda  təqdimat, 
protest və ya şikayət rədd edilmiş sayılır. 
M a d d  ə  4 2 9 .  Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun səlahiyyətləri 
429.0.  Əlavə  kassasiya  qaydasında  işə  baxan  Azərbaycan  Respublikası  Ali  Məhkəmə 
Plenumunun hüququ vardır: 
429.0.1. kassasiya instansiyası məhkəməsinin qərarını dəyişdirmədən, təqdimatı, protesti və 
ya şikayəti isə təmin etmədən saxlamaq; 


429.0.2. kassasiya instansiyası məhkəməsinin qərarına dəyişiklik etmək; 
429.0.3.  kassasiya  instansiyası  məhkəməsinin  qərarını  tam  və  ya  qismən və  onunla  bağlı 
apellyasiya  instansiyası  məhkəməsinin  qətnaməsini  və  ya  qərardadını  tam  və  ya  qismən ləğv 
etmək, işi apellyasiya instansiyası məhkəməsinə yenidən baxılmağa göndərmək; 
429.0.4. kassasiya instansiyası məhkəməsinin qərarını tamamilə yaxud qismən ləğv etmək, 
bu  Məcəllənin  259.0.1,  259.0.2  və  259.0.8—259.0.10‐cu  maddələrinə  müvafiq  olaraq  iddianı 
tamamilə yaxud qismən baxılmamış saxlamaq və ya bu Məcəllənin 261.0.1—261.0.3, 261.0.6 və 
261.0.7‐ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam vermək; 
429.0.5. kassasiya instansiyası məhkəməsinin qərarını ləğv etmək və apellyasiya instansiyası 
məhkəməsinin qətnaməsini və ya qərardadını qüvvədə saxlamaq. 
429.0.6.  müvafiq  apellyasiya  instansiyası  məhkəməsində  işə  təkrar  baxılmasının 
yolverilməzliyi  müəyyən  edildikdə  işin  baxılmasını  başqa  apellyasiya  instansiyası 
məhkəməsinə həvalə etmək. 
228 
M a d d  ə  4 3 0 .  Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı 
430.1.  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Plenumu  işə  baxılmanın  nəticəsi  üzrə 
qərar çıxarır. 
430.2. Qərarda aşağıdakılar göstərilməlidir: 
430.2.1. qərarı çıxarmış məhkəmənin adı; 
430.2.2. qərarın çıxarılma vaxtı və yeri; 
430.2.3. haqqında qərar çıxarılan iş; 
430.2.4. şikayət verən şəxs; 
430.2.5. təqdimat və ya protest verən şəxs; 
430.2.6. aşağı məhkəmələrin şikayət edilən aktlarına istinad; 
430.2.7. çıxarılan qərarın əsaslandığı qanun; 
430.2.8. protestə baxılmanın nəticəsi üzrə qəbul edilmiş qərar. 
430.3.  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumun  qərarı  onun  sədri  tərəfindən 
imzalanır və işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir.
229 
230
M a d d  ə  4 3 1 . (  ç ı x a r  ı l ı b ) 
F ə s i l   4 4  ‐ 1 
HÜQUQ VƏ AZADLIQLARIN POZULMASI İLƏ BAĞLI YENİ HALLAR ÜZRƏ İCRAAT 
231 
M a d d  ə  4 3 1  ‐ 1 .   İşə  hüquq  və  azadlıqların  pozulması  ilə  bağlı  yeni  hallar  üzrə 
yenidən baxılması 
232 
431‐1.1.  Qanuni  qüvvəyə  minmiş  məhkəmə  aktlarına  hüquq  və  azadlıqların  pozulması  ilə 
bağlı yeni hallar üzrə yenidən baxıla bilər. 
431‐1.2.  Hüquq  və  azadlıqların  pozulması  ilə  bağlı  yeni  hallar  üzrə  məhkəmə  aktlarına 
yenidən baxmaq üçün əsaslar aşağıdakılardır: 
431‐1.2.1.  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsi  tərəfindən  Azərbaycan 
Respublikası  Ali  Məhkəməsinin  qərarlarının  və  ya  məhkəməyə  müraciət  etmək  hüququnu 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə