Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə54/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   50   51   52   53   54   55   56   57   ...   78

418.4.1. işə məhkəmə tərəfindən qeyri‐qanuni tərkibdə baxılmışsa;  
418.4.2.  qətnamə  və  ya  qərardad  hər  hakim  tərəfindən  imzalanmamışsa  və  ya  qətnamədə 
göstərilməyən hakimlər tərəfindən imzalanmışsa;  
418.4.3.  qətnamə  və  ya  qərardad  işə  baxan  məhkəmə  tərkibinə  daxil  olmayan  hakimlər  
tərəfindən çıxarılmışsa;
222  
418.4.4. işdə məhkəmə iclasının  protokolu yoxdursa  və ya  protokol bu  Məcəllənin  272.8‐ci  
maddəsində göstərilən şəxslər tərəfindən imzalanmamışsa;  
418.4.5.  işə  məhkəmə  tərəfindən məhkəmə  iclasının  vaxtı  və  yeri  barədə  lazımi  qaydada  
xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa;  
418.4.6.  məhkəmə  işdə  iştirak  etməyə  cəlb  edilməmiş  şəxslərin  hüquq  və  vəzifələrinə  dair  
onların hüquqlarının pozulmasına səbəb olan qətnamə və ya qərardad qəbul etmişsə;  
418.4.7.  məhkəmənin  qəbul  etmiş  olduğu qətnamədə, qərardadda,  məhkəmənin  rəhbər  
tutduğu qanuna və ya digər normativ hüquqi akta istinad olunmamışsa;  
418.4.8. işə baxılarkən məhkəmə icraatının aparıldığı dil haqqındakı qaydalar pozulmuşsa.  
418.5.  Bu  Məcəllənin  418.4.1.—418.4.3‐cü  və  418.4.6‐cı  maddələrində  nəzərdə  tutulmuş 
halların  mövcudluğu  apellyasiya  instansiyası  məhkəməsi  tərəfindən  prosessual  hüquq  
normalarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.  
M a d d  ə  4 1 9 .  Kassasiya_instansiyası_məhkəməsinin_qərarı'>Kassasiya instansiyası məhkəməsinin qərarı 
419.1.  Kassasiya  şikayətinə  baxılması  nəticəsində  bütün  hakimlər tərəfindən  imzalanmış 
qərar qəbul edilir.  
419.2. Qərarda aşağıdakılar göstərilməlidir;  
419.2.1. qərarı çıxaran məhkəmənin və işin adı, çıxarılma tarixi, məhkəmənin tərkibi, iclasda  
iştirak etmiş şəxslərin səlahiyyətləri göstərilməklə soyadları;  
419.2.2. kassasiya şikayəti vermiş şəxsin və işdə iştirak edən şəxslərin adları;  
419.2.3.  işə  baxan  birinci  instansiya  və  apellyasiya  instansiyası  məhkəmələrinin  adı,  işin  
nömrəsi, qətnamənin, qərardadın çıxarıldığı tarix və onları çıxartmış hakimlərin soyadları;  
419.2.4. çıxarılmış qətnamənin və qərardadın qısa məzmunu;  
419.2.5.  çıxarılmış  qətnamənin,  qərardadın  qanuniliyini  yoxlamaq  barədə  irəli  sürülmüş 
əsaslar;  
419.2.6. kassasiya şikayətinə qarşı verilmiş etirazda göstərilən dəlillər;  
419.2.7. məhkəmə iclasında iştirak edən şəxslərin izahatları;  
419.2.8.  işdə  iştirak  edən  şəxslərin  istinad  etdikləri  qanun  və  normativ  hüquqi  aktların  
məhkəmə tərəfindən tətbiq edilməməsinin motivləri, habelə məhkəmənin qərar qəbul edərkən  
rəhbər tutduğu qanun və digər normativ hüquqi aktlar;  
419.2.9.  apellyasiya  instansiyası  məhkəməsinin  aktları  ləğv  edildikdə  apellyasiya  
instansiyası  məhkəməsinin  maddi  və  prosessual  hüquq  normalarını  pozması,  yaxud  düzgün  
tətbiq etməməsi barədə kassasiya instansiyası məhkəməsinin dəlilləri;  
419.2.10. kassasiya şikayətinə baxılmasının nəticələri;  
419.2.11. iş yeni məhkəmə baxışına verilirsə, yerinə yetirilməli olan hərəkətlər.  
419.3.  Qərar  qəbul  edildiyi  gündən  1  ay  müddətində, işdə  iştirak  edən  şəxslərə  sifarişli  
məktubla göndərilməli və yaxud qəbz alınmaqla təqdim edilməlidir.  
419.4. Qərar qəbul edildiyi andan qüvvəyə minir.  


M a d d  ə  4 2 0 .  Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi 
Kassasiya  instansiyasında  işə  baxan  məhkəmənin  qərarında  şərh  edilən  göstərişlər həmin 
işə yenidən baxan məhkəmə üçün məcburidir. 
M a d d  ə  4 2 1 .  İşin qaytarılması 
İşə  kassasiya  instansiyası  məhkəməsi  tərəfindən  baxıldıqdan  sonra  həmin  iş  kassasiya 
instansiyası məhkəməsinin qərarının təsdiq olunmuş surəti ilə birlikdə apellyasiya instansiyası 
məhkəməsinə qaytarılır. 
Maddə 421‐1. Məhkəmə iclasının protokolu 
223 
Kassasiya icraatında bu Məcəllənin 22‐ci fəsli ilə müəyyən edilmiş qaydada protokol yazılır. 
Maddə 421‐2. Kassasiya instansiyası məhkəməsinin xüsusi qərardadı 
421‐2.1.  İşə  kassasiya  qaydasında  baxan  məhkəmə  bu  Məcəllənin 
265.4‐cü  və  265.5‐ci 
maddələrində 
nəzərdə  tutulmuş  hallarda,  habelə  işə  birinci  və  apellyasiya  instansiyası 
məhkəmələrində  baxılması  zamanı  prosessual  normaların  kobud  pozulmasına  yol  vermiş 
hakimlər barəsində xüsusi qərardad çıxara bilər.
224 
421‐2.2. Hakimlər barəsində çıxarılmış xüsusi qərardad intizam icraatının başlanması üçün 
Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  sədri  tərəfindən Məhkəmə‐Hüquq  Şurasına 
göndərilir. 
F ə s i l   4 4  
ƏLAVƏ KASSASİYA QAYDASINDA İCRAAT 
M a d d  ə  4 2 2 .  Kassasiya qərarlarına yenidən baxılması 
Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  mülki  işlər  üzrə  məhkəmə  kollegiyasının  və 
iqtisadi  mübahisələrə  dair işlər  üzrə  məhkəmə  kollegiyasının  qərarlarına  təqdimat,  şikayət və 
ya  protestlə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Plenumunda  əlavə  kassasiya 
qaydasında yenidən baxıla bilər. 
M a d d  ə  4 2 3 .  Təqdimat, şikayət və protest vermək hüququ 
Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  mülki  işlər  üzrə  məhkəmə  kollegiyasının  və 
iqtisadi mübahisələr üzrə məhkəmə kollegiyasının qərarlarından Azərbaycan Respublikası Ali 
Məhkəməsinin  sədri  işdə  iştirak  etməyə  cəlb  olunmayan,  məhkəmə  aktı  ilə  maraqlarına 
toxunan  şəxslərin  müraciətinə  əsasən təqdimat  vermək  hüququna  malikdir.  Şikayəti  işdə 
vəkillə  iştirak  edən  şəxs  verə  bilər.  Bu  Məcəllənin  50‐ci  və  306‐cı  maddələrində  nəzərdə 
tutulmuş  hallarda  müvafiq  prokuror  məhkəmə  araşdırmasında  iddiaçı  və  ya  ərizəçi  olmuşsa, 
Azərbaycan Respublikasının Baş prokuroru protest vermək hüququna malikdir. 
M a d d  ə  4 2 4 .  Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun işə baxmasının 
əsasları 
424.1. Plenum müstəsna olaraq hüquqi məsələlər üzrə işlərə baxır. 
424.2. Kassasiya qərarlarının ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə