Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə53/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   49   50   51   52   53   54   55   56   ...   78

M a d d  ə  4 1 1 .  Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad 
Kassasiya  şikayətinin  icraata  qəbul  edilməsi  barədə  kassasiya  instansiyası  məhkəməsinin 
hakimi qərardad çıxardır. 
M a d d  ə  4 1 2 .  Kassasiya şikayətinin rəsmi qaydada verilməsi 
412.1. Kassasiya şikayəti və buna əlavə olunmuş sənədlər əks tərəfə rəsmi qaydada verilir. 
412.2.  İşdə  iştirak  edən  şəxslər  kassasiya  şikayətinin  surəti  onlara  rəsmi  qaydada 
verildikdən  sonra  20  gündən  gec  olmayaraq  kassasiya  şikayətinə  dair  etirazlarını  və  yaxud 
izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.
213 
M a d d  ə  4 1 3 .  Qətnamənin  ya qərardadın icrasının dayandırılması 
413.0.  Kassasiya_instansiyasında_işə_baxmanın_hədləri'>Kassasiya  məhkəməsi işdə  iştirak  edən  şəxslərin  vəsatəti  ilə  apellyasiya  instansiyası 
məhkəməsinin  qəbul  etdiyi  qətnamənin  və  ya  qərardadın  və  birinci  instansiya  məhkəməsinin 
onlarla  bağlı  olan  qətnaməsinin,  qərardadının  icrasını  kassasiya  icraatı  başa  çatana  kimi 
aşağıdakı hallarda dayandıra bilər: 
413.0.1. işdə iştirak edən şəxslər çoxuşaqlı ailəyə malikdirlərsə; 
413.0.2. işdə iştirak edən şəxslər əmək qabiliyyətinin, ailəni dolandıranın itirilməsi, xəstəlik, 
əlillik  və  ya  sağlamlıq  imkanlarının  məhdudluğu nəticəsində  ağır  maddi  vəziyyətə 
düşmüşlərsə; 
413.0.3.  işdə  iştirak  edən  şəxslər  yaşayış  sahəsini  itirmişlərsə  və  digər  yerdə  yaşamağa 
imkanları yoxdursa. 
214 
M a d d  ə  4 1 4 .  Kassasiya şikayətinə baxılması müddəti 
Qanunda  başqa  müddət  müəyyən  edilməyibsə,  Azərbaycan  Respublikası  Ali 
Məhkəməsinin  mülki  işlər  üzrə  məhkəmə  kollegiyasına,  yaxud  iqtisadi  mübahisələrə  dair 
məhkəmə  kollegiyasına  işlə  birlikdə  daxil  olmuş  kassasiya  şikayətinə  onun  daxil  olduğu 
gündən 2 ay müddətində baxılır.
215 
M a d d  ə  4 1 5 .  İşdə iştirak edən şəxslərin xəbərdar edilməsi 
415.1.  Kassasiya  instansiyası  məhkəməsi  işin  baxılmasını  elə  müddətə  təyin  etməlidir  ki, 
işdə iştirak edən şəxslərin verilmiş şikayətə dair yazılı etiraz verməyə imkanları olsun. 
415.2  İşdə  iştirak  edən  şəxslər və  onların  nümayəndələri  işə  baxılma  vaxtı  və  yeri  barədə 
xəbərdar edilirlər. 
415.3.  İclasın  vaxtı  və  yeri  haqqında  lazımi  qaydada  xəbərdar  edilmiş  işdə  iştirak  edən 
şəxslərdən hər  hansı  birinin  üzürlü  səbəb  olmadan  məhkəmə  iclasına  gəlməməsi  işə 
baxılmasına mane olmur. 
216 
Maddə 415‐1. Kassasiya instansiyasında işə baxılması 
217 
415‐1.1.  Sədrlik  edən məhkəmə  iclasını  açır  və  hansı  işə,  kimin  kassasiya  şikayəti  ilə 
baxıldığını  elan  edir,  işdə  iştirak  edən  şəxslərdən  kimin  gəldiyini  aydınlaşdırır  və  gəlmiş 
şəxslərin  şəxsiyyətini  müəyyən  edir,  həmçinin  vəzifəli  şəxslərin  və  vəkillərin  səlahiyyətlərini 
yoxlayır. 
415‐1.2. Məhkəmə tərkibi elan edilir. İşdə iştirak edən şəxslərə onların hüquq və vəzifələri 
izah olunur. 


415‐1.3. İşə baxılması sədrlik edənin məruzəsi ilə başlayır. Əvvəl kassasiya şikayəti verən 
şəxs və onun vəkili, daha sonra isə digər tərəf dinlənilir. 
415‐1.4. Sonra məhkəmə müşavirə otağına gedir. Müşavirə otağında qərar səs çoxluğu ilə 
qəbul  edilir.  Azlıqda  olan  hakim  xüsusi  rəyini  yazıb  işə  əlavə  edə  bilər.  Qəbul  edilən qərar 
sədrlik edən və ya hakimlərdən biri tərəfindən elan edilir. 
M a d d  ə  4 1 6 .  Kassasiya instansiyasında işə baxmanın hədləri 
Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və 
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 
M a d d  ə  4 1 7 .  Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 
218 
417.1. Kassasiya məhkəməsi işə baxarkən: 
417.1.1.  apellyasiya  instansiyası  məhkəməsinin  qətnamə  və  ya  qərardadını  dəyişiklik 
edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; 
417.1.2.  apellyasiya  instansiyası  məhkəməsinin  qətnamə  və  ya  qərardadına  dəyişiklik  edə 
bilər; 
417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud 
qismən ləğv  edib  işi  yenidən  baxılmaq  üçün  apellyasiya  instansiyası  məhkəməsinə  göndərə 
bilər; 
417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud 
qismən ləğv  edib  apellyasiya  instansiyası  məhkəməsində  müəyyən  edilmiş  hallar  və  sübutlar 
əsasında yeni qərar qəbul edə bilər;
219 
417.1.5. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud 
qismən ləğv  edib,  bu  Məcəllənin  259.0.1‐259.0.3‐cü  və  259.0.8.—259.0.10‐cu  maddələrinə 
müvafiq  olaraq  iddianı  tamamilə  yaxud  qismən  baxılmamış  saxlaya  və  ya  bu  Məcəllənin 
261.0.1‐261.0.7‐ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. 
417.1.6.  müvafiq  apellyasiya  instansiyası  məhkəməsində  işə  təkrarən  baxılmasının 
yolverilməzliyi  müəyyən  edildikdə  işin  baxılmasını  başqa  apellyasiya  instansiyası 
məhkəməsinə həvalə edə bilər. 
220 
417.2.  Bu  Məcəllənin  417.1.4‐cü  maddəsində  nəzərdə  tutulmuş  qərar  yalnız  o  halda  qəbul 
edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və 
ya düzgün tətbiq edilməmiş olsun.
221 
M a d d  ə 
4 1 8 .   Apellyasiya  instansiyası  məhkəməsinin  qətnaməsinin  və  ya 
qərardadının ləğv edilməsinin əsasları 
418.1.  Maddi  və  prosessual  hüquq  normalarının  pozulması  və  ya  düzgün  tətbiq 
olunmaması  apellyasiya  instansiyası  məhkəməsinin  qətnamə  və  qərardadının  ləğv  edilməsi 
üçün əsasdır. 
418.2.  Bu  Məcəllənin  386‐cı  maddəsində  göstərilən  hallarda  maddi  hüquq  normaları 
pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. 
418.3.  Prosessual  hüquq  normalarının  pozulması  və  ya  düzgün  tətbiq  olunmaması 
qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün 
qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. 
418.4.  Apellyasiya  instansiyası  məhkəməsinin  qətnaməsi  və  ya  qərardadı  şikayətin 
dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir: 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə