Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə61/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   57   58   59   60   61   62   63   64   ...   78

465.1.3.  eyni  tərəflər  arasında,  eyni  predmetə  dair  və  eyni  əsaslar  üzrə  Azərbaycan 
Respublikası  məhkəmələrinin  qanuni  qüvvəyə  minmiş  qətnaməsi  varsa  və  ya  digər  dövlətin 
məhkəməsində  iş  qaldırılmazdan  əvvəl  Azərbaycan  Respublikası  məhkəmələrinin  icraatında 
eyni şəxslər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırılmış iş varsa; 
465.1.4. qətnamə, ərazisində həmin qətnamə çıxarılan dövlətin qanunvericiliyi üzrə qanuni 
qüvvəyə minməmişsə; 
465.1.5.  qətnamənin  icrası  Azərbaycan  Respublikası  qanunvericiliyinin  əsas  prinsipləri  və 
suverenliyi ilə ziddiyyət təşkil edirsə; 
465.1.6. xarici dövlətin qarşılıqlı əlaqələri təmin olunmursa. 
465.2. Əgər Azərbaycan Respublikası məhkəməsinin icraatında eyni tərəflər arasında, eyni 
predmet  barədə  və  eyni  əsaslarla  olan  mübahisə  barədə  iş  başlanmışdırsa,  məhkəmə 
qətnamənin  məcburi  icrası  və  tanınması  barədə  ərizəyə  baxılmasını  dayandırır.  Qətnamənin 
məcburi icrası və tanınması barədə qərar qəbul edildiyi halda, məhkəmə iş üzrə icraata xitam 
verir. Əgər ərizə rədd edilmişsə, mübahisəyə mahiyyəti üzrə baxılır. 
F ə s i l   4 8  
XARİCİ DÖVLƏTİN MƏHKƏMƏ QƏTNAMƏLƏRİNİN MƏCBURİ İCRASI 
M a d d  ə  4 6 6 .  Xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə ərizə 
466.0.  Xarici  dövlətin  məhkəmə  qətnaməsinin  məcburi  icrası  barədə  ərizəyə  aşağıdakılar 
əlavə edilir: 
466.0.1.  xarici  dövlətin  məhkəmə  qətnaməsinin  qanuni  qüvvəyə  minməsini  təsdiq  edən, 
üzərində  qeydiyyat  aparılmış  surəti,  zərərinə  qətnamə  çıxarılmış  və  məhkəmə  prosesində 
iştirak  etməyən tərəfin  işə  baxılması  barədə  vaxtında  və  lazımi  qaydada  xəbərdar  edilməsini 
təsdiq edən sənəd; 
466.0.2. sənədlərin Azərbaycan dilinə tərcümə olunmuş, təsdiq edilmiş surətləri. 
M a d d  ə  4 6 7 .  Ərizəyə baxılması 
467.1.  Xarici  dövlətin  məhkəmə  qətnaməsinin  tanınması  və  məcburi  icrası  barədə  ərizəyə 
işdə  iştirak  edən  şəxslərə  ərizəyə  baxılmasının  vaxtı  və  yeri  barədə  xəbər  verilməklə  açıq 
məhkəmə iclasında baxılır. 
467.2.  Bildiriş  vərəqəsinin  ona  verilməsi  barədə  məhkəmədə  məlumat  olarsa,  işdə  iştirak 
edən şəxsin üzürlü səbəblər olmadan məhkəməyə gəlməməsi ərizəyə baxılmasına mane olmur. 
Əgər işdə  iştirak  edən  şəxs  ərizəyə  baxılmasının  başqa  vaxta  keçirilməsi  barədə  xahişlə 
məhkəməyə  müraciət  edərsə  və  həmin  xahiş  məhkəmə  tərəfindən  üzürlü  hesab  edilərsə, 
məhkəmə işə baxılmasını başqa vaxta keçirir və borclunu yeni məhkəmə baxışının vaxtı barədə 
xəbərdar edir. 
467.3.  Ərizəyə  baxılarkən məhkəmə  xarici  dövlətin  məhkəmə  qətnaməsini  tanımaqdan  və 
icra etməkdən imtina etdikdə bu Məcəllənin 465‐ci maddəsi ilə nəzərdə tutulan əsasların olub‐
olmamasını yoxlayır. 
467.4.  Məhkəmə  ərizə  üzrə  xarici  dövlətin  məhkəmə  qətnaməsinin  məcburi  icrası  və  ya 
bundan imtina edilməsi barədə qərardad çıxarır. 
M a d d  ə  4 6 8 .  Qətnamənin icrası 


468.1. Xarici dövlətin məhkəmə qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin 
qərardadı əsasında bu qətnamənin məcburi qaydada icra edilməsinin həll olunması haqqında, 
məhkəmə qətnaməsinin icra edilmə yerinə göndərilməklə icra vərəqəsi verilir. 
468.2.  Xarici  dövlətin  məhkəmə  qətnaməsinin  məcburi  qaydada  icra  edilməsi  barədə 
hərəkətlər  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  əsasən qətnamənin  icrasını  həyata 
keçirən orqanlar tərəfindən edilir. 
F ə s i l   4 9  
XARİCİ DÖVLƏT MƏHKƏMƏLƏRİNİN QƏTNAMƏLƏRİNİN TANINMASI 
M a d d  ə  4 6 9 .  Ümumi qaydalar 
Xarici dövlətin məcburi icra olunması tələb edilməyən məhkəmə qətnamələri, maraqlı şəxs 
tərəfindən buna qarşı etiraz daxil olmamışsa, hər hansı sonrakı icraat olmadan tanınır. 
M a d d  ə  4 7 0 .  Ailə işləri üzrə qətnamə qəbul edilməsinin məcburiliyi 
470.1.  Əgər  xarici  dövlətin  məhkəmə  qətnaməsi  ilə  nikah  pozulmuşsa,  etibarlı  və  yaxud 
etibarsız hesab edilmişsə, bu qətnamənin icra edilməsi üçün onun Azərbaycan Respublikasının 
Ali  Məhkəməsi  tərəfindən  tanınması  tələb  olunur.  Bu  halda  tanınma  xarici  dövlətin  qarşılıqlı 
təminatından asılı deyildir. 
470.2.  Əgər  ər‐arvadın  hər  ikisi  qətnamə  qəbul  edilən  zaman  nikahı  pozan  orqanın  aid 
olduğu dövlətin vətəndaşı olmuşsa, qətnamənin tanınması tələb olunmur. 
M a d d  ə  4 7 1 .  Tanınmaya qarşı etiraz 
İşdə  iştirak  edən  şəxs,  xarici  dövlətin  məhkəmə  qətnaməsinin  daxil  olmasını  bildiyi  1  ay 
müddətində  bu  qətnamənin  tanınmasına  etiraz  barədə  Azərbaycan  Respublikasının  Ali 
Məhkəməsinə müraciət edə bilər. 
M a d d  ə  4 7 2 .  Etiraza baxılma 
472.1.  Xarici  dövlətin  məhkəmə  qətnaməsinin  tanınmasına  qarşı işdə  iştirak  edən  şəxsin 
etirazına işdə iştirak edən şəxslərə bu Məcəllədə göstərilən qaydada bildirməklə açıq məhkəmə 
iclasında baxılır. 
472.2. Məhkəmə bildirişinin ona rəsmi qaydada verilməsi məhkəməyə məlum olduqda, işdə 
iştirak  edən  şəxsin  üzürsüz  səbəbdən məhkəməyə  gəlməməsi  etiraza  baxılmasına  mane 
olmur.
237 
472.3.  Əgər  şəxs  etiraza  baxılması  vaxtının  başqa  vaxta  keçirilməsinə  dair  məhkəməyə 
müraciət edərsə və bu xahiş məhkəmə tərəfindən üzürlü hesab edilərsə, onda məhkəmə baxışı 
başqa vaxta keçirir və bu barədə işdə iştirak edən şəxslərə bildirir. 
472.4. Xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasına qarşı etiraza baxılanda məhkəmə 
qərardad çıxarır. 
M a d d  ə  4 7 3 .  Xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasının rədd edilməsi 
473.1. Məcburi icra edilməli olmayan xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasının 
rədd  edilməsinə  bu  Məcəllənin  465‐ci  maddəsində  nəzərdə  tutulmuş  əsaslar  olduqda  yol 
verilir. 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə