Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə60/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   56   57   58   59   60   61   62   63   ...   78

456.5.  Əgər,  lazım  olan  hərəkətləri  Azərbaycan  Respublikasının  diplomatik  və  ya  konsul 
nümayəndələri edə bilərlərsə, bu barədə onlara müraciət edilə bilər. 
456.6.  Azərbaycan  Respublikası  məhkəmələri  ilə  xarici  məhkəmələr  arasındakı 
münasibətlər  Azərbaycan  Respublikasının  qanunları  və  Azərbaycan  Respublikasının 
beynəlxalq müqavilələri ilə müəyyən edilir. 
M a d d  ə  4 5 7 .  Xarici_məhkəmələrin_qətnamələrinin_tanınması_və_icra_edilməsi'>Xarici_dövlətlərin_orqanları_tərəfindən_verilmiş_sənədlərin_tanınması'>Xarici dövlətlərin orqanları tərəfindən verilmiş sənədlərin tanınması 
Azərbaycan  Respublikasından  kənarda  Azərbaycan  Respublikasının  vətəndaşı və  ya 
hüquqi  şəxsləri,  yaxud  əcnəbilər  barəsində  verilmiş, tərtib  edilmiş  və  ya  xarici  dövlətlərin 
səlahiyyətli  orqanları  tərəfindən  müəyyən  edilmiş  qaydada  təsdiq  edilmiş  sənədlər,  əgər 
qanunla  və  ya  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə  başqa 
qayda  nəzərdə  tutulmamışdırsa,  konsul  orqanları  tərəfindən  qanuniləşdirildikdən  sonra 
Azərbaycan Respublikası məhkəmələri tərəfindən qəbul edilir. 
M a d d  ə  4 5 8 .  Xarici məhkəmələrin qətnamələrinin tanınması və icra edilməsi 
458.1.  Xarici  məhkəmələrin  qətnamələri  Azərbaycan  Respublikasının  qanunlarında  və  ya 
Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə  nəzərdə  tutulduğu 
hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir. 
458.2.  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə  başqa 
qaydalar  nəzərdə  tutulmamışdırsa,  xarici  məhkəmələrin  qətnamələrinin  tanınması  şərtləri  və 
qaydası və icra edilməsi bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 
458.3.  Xarici  məhkəmələrin  qətnamələri,  qətnamənin  qanuni  qüvvəyə  mindiyi  andan  3  il 
müddətində məcburi qaydada icraya yönəldilə bilər. 
M a d d  ə  4 5 9 .  Xarici məhkəmələrin icrası tələb olunmayan qətnamələrin tanınması 
459.0.  Xarici  məhkəmələrin  öz  xarakterinə  görə  icrası  tələb  olunmayan  aşağıdakı 
qətnamələri Azərbaycan Respublikasında tanınır: 
459.0.1.  məhkəmənin  qətnamə  çıxardığı  dövlətin  vətəndaşlarının  şəxsi  statusuna  toxunan 
qətnamələr; 
459.0.2.  nikah  ləğv  edilən və  ya  etibarsız  hesab  edilən  vaxt  ər‐arvaddan  biri  Azərbaycan 
Respublikasının  hüdudlarından  kənarda  yaşadığı  hallarda  Azərbaycan  Respublikasının 
vətəndaşları  ilə  əcnəbilər  arasındakı  nikahın  ləğv  edilməsi  və  etibarsız  hesab  edilməsi  barədə 
qətnamələr; 
459.0.3.  nikah  ləğv  edildiyi  və  ya  etibarsız  hesab  edildiyi  vaxt  ər‐arvadın  hər  ikisi 
Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  yaşadıqları  hallarda  Azərbaycan 
Respublikasının vətəndaşları arasında nikahın ləğv edilməsi və etibarsız hesab edilməsi barədə 
qətnamələr. 
M a d d  ə  4 6 0 .  Başqa dövlətlərə çatdırılma 
460.1.  Başqa  dövlətlərə  korrespondensiyanın  çatdırılması  hüquqi  yardım  göstərilməsi 
barədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı müqavilələrə əsasən həyata keçirilir. 
460.2. Çatdırılma hüquqi yardım göstərilməsini xahiş edən orqan tərəfindən təsdiq olunur. 
460.3.  Əgər  korrespondensiyaların  çatdırılması  hüquqi  yardım  göstərilməsi  barədə 
müqavilə olmayan başqa dövlətdə həyata keçirilməlidirsə, məlumat onun çatdırılmasını təsdiq 
edən  bildirişin  verilməsi  şərti  ilə  sifarişli  məktubla  göndərilir.  Bu  halda  çatdırılmanın  təsdiqi 


üçün  məktubu  çatdırmış  poçt  bölməsinin  beynəlxalq  hüquqa  müvafiq  olan  təsdiq  barədə 
arayışını təqdim etmək kifayətdir. 
M a d d  ə  4 6 1 .  Nümayəndə təyin etmə hüququ 
461.1.  Tərəfin  Azərbaycan  Respublikasının  hüdudlarından  kənarda  yaşayış  yeri,  olduğu 
yeri,  yaxud  ofisi  vardırsa  və  onun  Azərbaycan  Respublikasında  yaşayan  nümayəndəsi 
yoxdursa, o, Azərbaycan Respublikasında səlahiyyətli nümayəndə təyin edə bilər. 
461.2. Məhkəmə bu Məcəllənin 461.1‐ci maddəsində göstərilən tərəfə təyin olunmuş vaxtda 
məhkəmə  baxışında  onun  və  ya  səlahiyyətli  nümayəndəsinin  iştirakı  barədə  hüquqlarını 
sifarişli məktubla izah edir. 
461.3.  Əgər tərəf  bu  vaxt  ərzində  səlahiyyətli  nümayəndə  təyin  etməmişsə,  onda  sifarişli 
məktubun  poçta  verildiyi  gündən  1  ay  müddətində  onun  çatdırılması  barədə  bildiriş  təqdim 
edilməsə də məktub çatdırılmış hesab olunur. 
461.4.  Bu  Məcəllənin  461.1‐ 461.3‐cü  maddələri  üzrə  əmələ  gələ  bilən  şərait  və  nəticələr 
barədə tərəflərə məlumat verilməlidir.
236 
F ə s i l   4 7  
AZƏRBAYCAN RESPUBLİKASINDA XARİCİ MƏHKƏMƏLƏRİN VƏ ARBİTRAJLARIN 
QƏTNAMƏLƏRİNİN İCRASI VƏ TANINMASI. ÜMUMİ QAYDALAR 
M a d d  ə  4 6 2 .  Xarici dövlətlərin məhkəmə və arbitrajlarının qətnamələrinin icrası və 
tanınması 
Xarici 
dövlətlərin 
məhkəmələrinin 
və 
arbitrajlarının 
qətnamələri 
Azərbaycan 
Respublikasının  qanunvericiliyinə,  hüquq  qaydasına  zidd  deyildirsə  və  qarşılıqlı 
təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında icra edilə və tanına bilər. 
M a d d  ə  4 6 3 .  Əsas qaydalar 
Xarici  dövlətlərin  məhkəmələrinin  və  arbitrajlarının  qətnamələri  dedikdə,  mülki  işlər və 
iqtisadi  mübahisələr  üzrə  qətnamələr,  cinayət işləri  üzrə  hökmlərin  cinayət nəticəsində 
vurulmuş  ziyanın  ödənilməsi  barədə  hissələri,  arbitraj  məhkəmələrinin  qətnamələri,  habelə 
xarici dövlətlərin digər aktları başa düşülür. 
M a d d  ə  4 6 4 .   Xarici  dövlətlərin  məhkəmə  və  arbitraj  qətnamələrinin  icrası  və 
tanınması barədə ərizələrə baxan məhkəmə 
Xarici dövlət məhkəmələri və arbitrajlarının qətnamələrinin məcburi qaydada icra olunması 
və tanınması barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır. 
M a d d  ə  4 6 5 .   Xarici  dövlətlərin  məhkəmələrinin  və  arbitrajlarının  qətnamələrini 
məcburi qaydada icra etməkdən və tanımaqdan imtina edilməsi 
465.1. Aşağıdakı hallarda məhkəmənin qətnaməsini məcburi qaydada icra etməkdən imtina 
edilməsinə yol verilir: 
465.1.1.  işə  baxılması  Azərbaycan  Respublikası  məhkəməsinin  müstəsna  səlahiyyətinə 
aiddirsə; 
465.1.2. işdə iştirak edən şəxs işə baxılması barədə bildirişin vaxtında və lazımi qaydada ona 
verilməməsi nəticəsində prosesdə iştirak etmək imkanından məhrum olmuşsa; 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə