Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə58/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   54   55   56   57   58   59   60   61   ...   78

441.2  Əcnəbinin  bir  neçə  vətəndaşlığı  olduqda  onun  prosessual  hüquq  və  fəaliyyət 
qabiliyyəti onun daha sıx bağlı olduğu dövlətin qanunları ilə müəyyən edilir. 
441.3. Vətəndaşlığı olmayan şəxsin prosessual hüquq və fəaliyyət qabiliyyəti həmin şəxsin 
daimi  yaşadığı  yeri  olan  dövlətin,  belə  dövlət  olmadıqda  isə  onun  adətən  olduğu  dövlətin 
qanunları ilə müəyyən edilir. 
441.4.  Qaçqınların  prosessual  hüquq  və  fəaliyyət  qabiliyyəti  onların  sığınacaq  tapdıqları 
dövlətin qanunları ilə müəyyən edilir. 
M a d d  ə  4 4 2 .   Xarici  hüquqi  şəxslərin  və  beynəlxalq  təşkilatların  prosessual  hüquq 
və fəaliyyət qabiliyyəti 
442.1.  Xarici  hüquqi  şəxslərin  prosessual  hüquq  və  fəaliyyət  qabiliyyəti  yaradıldığı  xarici 
dövlətin  qanunu  ilə  müəyyən  edilir.  Bu  qanuna  əsasən  prosessual  hüquq  qabiliyyətinə  malik 
olmayan  xarici  hüquqi  şəxs 
Azərbaycan  Respublikasının  ərazisində  Azərbaycan 
Respublikasının qanununa müvafiq olaraq hüquq qabiliyyətli hesab edilə bilər. 
442.2. Beynəlxalq təşkilatın prosessual hüquq və fəaliyyət qabiliyyəti yaradıldığı beynəlxalq 
müqavilə, onun təsis sənədləri və ya Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanı ilə 
bağlanmış sazişlə müəyyən edilir. 
M a d d  ə  4 4 3 .   Xarici  şəxslərin  iştirakı  ilə  olan  işlər  üzrə  Azərbaycan  Respublikası 
məhkəmələrinin səlahiyyəti 
443.0.  Azərbaycan  Respublikasının  məhkəmələri  xarici  şəxslərin  iştirakı  ilə  olan  aşağıdakı 
işlərə baxmağa haqlıdır: 
443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan 
Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; 
443.0.2.  xarici  şəxslərin  idarəçilik  orqanı,  filialı  və  ya  nümayəndəliyi  Azərbaycan 
Respublikasının ərazisində olduqda; 
443.0.3. cavabdeh Azərbaycan Respublikasının ərazisində əmlaka malik olduqda; 
443.0.4.  aliment  alınması  və  atalığın  müəyyən  edilməsi  işlərində  iddiaçı  Azərbaycan 
Respublikasının ərazisində yaşayış yerinə malik olduqda; 
443.0.5.  yetirilən xəsarətlə,  sağlamlığın  başqa  cür  pozulması  və  ya  ailəni  dolandıranın 
ölümü  ilə  əlaqədar  ziyanın  ödənilməsinə  dair  işlərdə  ziyan  Azərbaycan  Respublikasının 
ərazisində  vurulduqda  və  ya  iddiaçı  Azərbaycan  Respublikasının  ərazisində  yaşayış  yerinə 
malik olduqda; 
443.0.6.  əmlaka  vurulan  ziyanın  ödənilməsi  işlərində  ziyanın  ödənilməsi  haqqında  tələbin 
verilməsi  üçün  əsas  olan  hərəkət və  ya  digər  hal  Azərbaycan  Respublikasının  ərazisində  baş 
verdikdə; 
443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata 
keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə; 
443.0.8. iddia Azərbaycan Respublikasının ərazisində baş vermiş əsassız varlanmadan irəli 
gəldikdə; 
443.0.9.  nikahın  pozulması  işlərində  iddiaçı  Azərbaycan  Respublikasında  yaşayış  yerinə 
malik  olduqda  və  ya  ər‐arvaddan  heç  olmazsa  biri  Azərbaycan  Respublikasının  vətəndaşı 
olduqda; 
443.0.10.  şərəfin,  ləyaqətin  və  işgüzar  nüfuzun  müdafiəsi  işlərində  iddiaçı  Azərbaycan 
Respublikasında yaşayış yerinə malik olduqda; 


443.0.11.  vəsiyyət  edənin  ölən  vaxt  yaşayış  yeri,  gəldiyi  yer  Azərbaycan  Respublikasında 
olarsa və yaxud vəsiyyət edənin əmlakı Azərbaycan Respublikasında olduqda vərəsəlik işləri. 
M a d d  ə  4 4 4 .  Müstəsna səlahiyyət 
444.0.  Azərbaycan  Respublikası  məhkəmələrinin  müstəsna  səlahiyyətinə  aşağıdakılar 
daxildir: 
444.0.1.  daşınmaz  əmlaka  əşya  hüququ,  eləcə  də  həmin  əmlakın  icarəyə  verilməsi  və  ya 
girov  qoyulması  haqqında  iddialara  dair  işlər,  əgər  onların  predmeti  olan  əmlak  Azərbaycan 
Respublikasının ərazisindədirsə; 
444.0.2.  hüquqi  şəxsin  həqiqiliyinin  və  ya  qeyri‐həqiqiliyinin  tanınması  və  hüquqi  şəxsin 
buraxılması,  yaxud  onun  qərarlarının  ləğv  edilməsi  iddialarına  dair  işlər,  əgər  hüquqi  şəxsin 
Azərbaycan Respublikasında hüquqi ünvanı (olduğu yer) vardırsa; 
444.0.3. patent, marka və ya digər hüquqların həqiqiliyinin tanınması iddialarına dair işlər, 
əgər  bu  hüquqların  qeydə  alınması  və  ya  onların  qeydə  alınması  üçün  ərizələrin  verilməsi 
Azərbaycan Respublikasında olmuşdursa; 
444.0.4.  məhkəmə  baxışı  zamanı  məcburi  icra  tədbirləri  barədə  qəbul  edilmiş  qətnamə 
Azərbaycan Respublikasında irəli sürülmüş və yaxud həyata keçirilmişsə; 
444.0.5. yükdaşıma müqavilələrindən əmələ gələn yükdaşıyanlara qarşı iddialara dair işlər; 
444.0.6.  əgər  ər‐arvadın  hər  ikisinin  Azərbaycan  Respublikasında  yaşayış  yerləri  vardırsa, 
Azərbaycan  Respublikasının  vətəndaşları  ilə  əcnəbilər və  ya  vətəndaşlığı  olmayan  şəxslər 
arasında nikahın pozulmasına dair işlər. 
M a d d  ə  4 4 5 .  Xüsusi icraat işləri 
445.0.  Azərbaycan  Respublikasının  məhkəmələri  xüsusi  icraat  işlərinə  aşağıdakı  hallarda 
baxırlar: 
445.0.1. barəsində itkin  düşmüş hesab edilmə və yaxud  ölmüş  elan etmə haqqında məsələ 
qaldırılan  şəxs  Azərbaycan  Respublikasının  vətəndaşı  olmuşsa  və  yaxud  Azərbaycan 
Respublikasının ərazisində sonuncu məlum yaşayış yerinə malik olmuşsa; 
445.0.2.  barəsində  məhdud  fəaliyyət  qabiliyyətli  hesab  edilmə  haqqında  məsələ  qaldırılan 
şəxs  Azərbaycan  Respublikasının  vətəndaşı  olduqda,  yaxud  o,  Azərbaycan  Respublikasının 
ərazisində adətən yerləşdiyi yerə malik olduqda; 
445.0.3.  barəsində  sahibsiz  hesab  etmə  haqqında  ərizə  verilən  əşya  Azərbaycan 
Respublikasının ərazisində olduqda; 
445.0.4.  barəsində  itirilmiş  hesab  edilməsi  haqqında  və  üzərindəki  müvafiq  hüquqların 
bərpa  edilməsi  (çağırış  icraatı)  haqqında  ərizə  verilmiş  qiymətli  kağız  Azərbaycan 
Respublikasının ərazisində yaşayan və ya olan fiziki və ya hüquqi şəxs tərəfindən verildikdə; 
445.0.5.  barəsində  yanlışlıqların  müəyyən  edilməsi  haqqında  ərizə  verilən vətəndaşlıq 
vəziyyəti  aktlarının  qeydləri  Azərbaycan  Respublikasının  müvafiq  icra  hakimiyyəti  orqanları 
tərəfindən həyata keçirildikdə; 
445.0.6.  şikayət  edilən  notarial  hərəkətlər  (onların  edilməsindən  imtina)  Azərbaycan 
Respublikasının notariusu və ya digər orqanı tərəfindən edildikdə. 
M a d d  ə  4 4 6 .  Nikah münasibətlərindən əmələ gələn işlər 
446.0.  Nikah  münasibətlərindən  əmələ  gələn
məhkəmə  işlərində  Azərbaycan 
Respublikasının məhkəmələri aşağıdakı hallarda beynəlxalq səlahiyyətə malikdirlər: 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə