Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə57/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   53   54   55   56   57   58   59   60   ...   78

Qanuni  qüvvəyə  minmiş  məhkəmə  aktlarına  yeni  açılmış  hallar  üzrə  Azərbaycan 
Respublikası Ali Məhkəməsinin plenumu baxır. 
M a d d  ə  4 3 4 .  Ərizə vermənin qaydası və müddəti 
434.1.  Qanuni  qüvvəyə  minmiş  məhkəmə  aktlarına  yeni  açılmış  hallar  üzrə  yenidən 
baxılması  haqqında  ərizə  işdə  iştirak  edən  şəxslər tərəfindən,  işə  yenidən  baxmaq  üçün  əsas 
olmuş  bu  Məcəllənin  432‐ci  maddəsində  göstərilən  halların  aşkar  olunduğu  gündən  1  aydan 
gec olmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə verilə bilər. 
434.2. Ərizəçi işdə iştirak edən digər şəxslərə öz ərizəsinin və ona əlavə olunmuş sənədlərin 
surətlərini göndərməyə borcludur. 
434.3.  Ərizənin  və  ona  əlavə  olunmuş  sənədlərin  surətlərinin  işdə  iştirak  edən  şəxslərə 
göndərilməsini təsdiq edən sənədlər ərizəyə əlavə olunur. 
434.4. Müəyyən olunmuş müddət keçdikdən sonra ərizə verildikdə və buraxılmış müddətin 
bərpa edilməsinə dair vəsatət olmadıqda, yaxud işdə iştirak edən şəxslərə ərizənin və ona əlavə 
olunmuş  sənədlərin surətlərinin göndərilməsini təsdiq edən sənədlər təqdim  olunmadıqda,  o, 
ərizəçiyə qaytarılır. 
M a d d  ə  4 3 5 .   Yeni  açılmış  hallar  üzrə  işlərə  yenidən  baxılması  haqqında  ərizənin 
məzmunu 
435.1.  Yeni  açılmış  hallar  üzrə  işlərə  yenidən  baxılması  haqqında  ərizədə  aşağıdakılar 
göstərilməlidir: 
435.1.1. mübahisə edilən aktın dəqiq göstərilməsi; 
435.1.2. ərizə vermək üçün qanuni əsasın qeyd edilməsi; 
435.1.3.  ərizənin  verilməsi  üçün  qanuni  müddətlərə  əməl  olunması  barədə  məlumatlar  və 
bunun üçün sübut vasitələrinin göstərilməsi; 
435.1.4. qəbul edilmiş aktın ləğv edilməsi barədə motivlər. 
435.2.  Ərizəyə  onun  əsaslandığı sənədlərin  əsli,  yaxud  surətləri  və  bu  Məcəllənin  432‐ci 
maddəsində göstərilən sənədlər əlavə olunur. 
M a d d  ə  4 3 6 .  Ərizə vermək üçün müddətin hesablanması 
436.1. Ərizə vermək üçün müddət aşağıdakı qaydada hesablanır: 
436.1.1.  bu  Məcəllənin  432.2.1‐ci  maddəsi  ilə  nəzərdə  tutulan  hallarda  iş  üçün  mühüm 
əhəmiyyəti olan hallar açıldığı gündən; 
436.1.2. bu Məcəllənin  432.2.2 və 432.2.3‐cü maddələri ilə nəzərdə tutulan hallarda cinayət 
işi üzrə hökmün qanuni qüvvəyə mindiyi gündən; 
436.1.3.  bu  Məcəllənin  432.2.4‐cü  maddəsi  ilə  nəzərdə  tutulan  hallarda—məhkəmə 
hökmünün,  qətnaməsinin,  qərardadının,  qərarının  qanuni  qüvvəyə  mindiyi  gündən və  ya 
dövlət  orqanı,  yaxud  digər  orqan  tərəfindən  öz  məzmununa  görə  yenidən  baxılan  qətnamə, 
qərardad  və  ya  qərarın  əsaslandığı  hökmə, qətnaməyə, qərardada  və  ya  qərara  zidd  olan 
qərarın çıxarıldığı gündən. 
436.2.  Bu  Məcəllənin  432‐ci  maddəsində  nəzərdə  tutulan  hallar  aşkar  edildiyi  gündən  3  il 
keçdikdən sonra bu barədə ərizəyə baxılmır. 
M a d d  ə  4 3 7 .  Ərizəyə baxılması 


437.1.  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  plenumu  yeni  açılmış  hallar  üzrə 
məhkəmə aktına yenidən baxılması haqqında ərizəyə məhkəmə iclasında baxır. Ərizəçi və işdə 
iştirak  edən  digər  şəxslər məhkəmə  iclasının  vaxtı  və  yeri  haqqında  xəbərdar  edilirlər.  Lakin 
onların gəlməməsi ərizəyə baxılmasına mane olmur. 
437.2. Ərizəyə və işə bu Məcəllənin 44‐cü fəslində müəyyən olunmuş qaydada baxılır. 
M a d d  ə  4 3 8 .  İşə yenidən baxmaq haqqında qərardad 
438.1.  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  plenumu  yeni  açılmış  hallar  üzrə 
qətnaməyə, qərardada  və  ya  qərara  baxdıqda  ya  ərizəni  təmin  edib  məhkəmə  aktlarını  ləğv 
edir, ya da yenidən baxmağı rədd edir. 
438.2. Məhkəmə aktları ləğv edildikdə, iş bu Məcəllənin 3 və 4‐cü fəsillərinə uyğun olaraq 
aidiyyəti  üzrə  məhkəməyə  göndərilir  və  bu  Məcəllə  ilə  müəyyən  olunmuş  qaydalar  üzrə 
məhkəmə tərəfindən yenidən baxılır. 
DÖRDÜNCÜ BÖLMƏ 
XARİCİ ŞƏXSLƏRİN İŞTİRAKI İLƏ İCRAAT  
F ə s i l   4 6  
MƏHKƏMƏLƏRİN BEYNƏLXALQ SƏLAHİYYƏTLƏRİ 
M a d d  ə  4 3 9 .  Xarici şəxslərin prosessual hüquqları 
439.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq 
təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquq və qanunla 
qorunan  mənafelərinin  müdafiəsi  üçün  Azərbaycan  Respublikasının  məhkəmələrinə  müraciət 
etmək hüququ vardır. 
439.2.  Xarici  şəxslər  Azərbaycan  Respublikası  vətəndaşları  və  hüquqi  şəxsləri  ilə  bərabər 
prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar. 
M a d d  ə  4 4 0 .  Xarici şəxslərin iştirakı ilə olan işlər üzrə icraat 
440.1.  Azərbaycan  Respublikasının  məhkəmələri  mülki  və  iqtisadi  mübahisələr  üzrə 
beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici 
şəxs  olsun,  onun  Azərbaycan  Respublikasında  yaşayış  yeri,  olduğu  yer  və  adətən gəldiyi  yer 
olsun. 
440.2. Məhkəmələrdə xarici şəxslərin iştirak etdikləri işlər üzrə icraat bu Məcəlləyə və digər 
qanunlara uyğun olaraq həyata keçirilir. 
440.3. Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin prosessual hüquqları 
üzrə  xüsusi  məhdudiyyətlərə  yol  verən  dövlətlərdən  olan  xarici  şəxslərə  münasibətdə 
Azərbaycan Respublikası tərəfindən cavab məhdudiyyətləri müəyyən edilə bilər. 
M a d d  ə  4 4 1 .  Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və qaçqınların prosessual 
hüquq və fəaliyyət qabiliyyəti 
441.1.  Əcnəbilərin  prosessual  hüquq  və  fəaliyyət  qabiliyyəti  vətəndaşı  olduqları  dövlətin 
qanunları ilə müəyyən edilir. 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə