Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə56/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   52   53   54   55   56   57   58   59   ...   78

pozan  məhkəmə  aktlarının  Azərbaycan  Respublikasının  Konstitusiyası  və  qanunlarına  uyğun 
olmadığı hesab edilməsi; 
431‐1.7.7. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının 
məhkəmələrinin  işə  baxarkən  ʺinsan  hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi  haqqındaʺ 
Konvensiyanın müddəalarını pozduğu müəyyən edilməsi. 
M a d d  ə  4 3 1 . 2 .  Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni 
hallar üzrə baxan məhkəmə 
233 
Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni 
hallar  üzrə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Plenumu  baxır.  Plenum  Azərbaycan 
Respublikası  Konstitusiya  Məhkəməsinin  və  İnsan  Hüquqları  üzrə  Avropa  Məhkəməsinin 
qərarlarının icrası ilə bağlı yalnız hüquqi məsələlər üzrə işlərə baxır. 
M a d d  ə  4 3 1  ‐ 3 .  Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni 
hallar üzrə yenidən baxılması qaydası 
234 
431‐3.1. Azərbaycan  Respublikası Konstitusiya Məhkəməsinin və ya  İnsan  Hüquqları üzrə 
Avropa  Məhkəməsinin  qərarı  Azərbaycan  Respublikasının  Ali  Məhkəməsinə  daxil  olduqdan 
sonra  3  aydan  gec  olmayan  müddətdə  plenum  məhkəmə  iclasında  hüquq  və  azadlıqların 
pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına baxır. 
431‐3.2. Azərbaycan  Respublikası Konstitusiya Məhkəməsinin və ya  İnsan  Hüquqları üzrə 
Avropa Məhkəməsinin qərarı Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olduqda Ali 
Məhkəmənin  sədri  işin  plenumun  məhkəmə  iclasına  hazırlanmasını  və  məruzə  edilməsini 
hakimlərin birinə tapşırır. 
431‐3.3.  İşdə  iştirak  edən  şəxslər məhkəmə  iclasının  vaxtı  və  yeri  haqqında  xəbərdar 
edilirlər. Lakin onların gəlməməsi işə baxılmasına mane olmur. 
431‐3.4.  İşə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsi  Plenumunun  iş  qaydasına  müvafiq 
olaraq baxılır. 
M a d d  ə  4 3 1  ‐ 4 .   İşə  hüquq  və  azadlıqların  pozulması  ilə  bağlı  yeni  hallar  üzrə 
yenidən baxmaq haqqında qərar 
235 
431‐4.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu işə baxılmanın nəticəsi üzrə 
qərar çıxarır. Qərar bu məcəllənin 430.2‐ci və 430.3‐cü maddələrində nəzərdə tutulmuş tələblərə 
uyğun olmalıdır. 
431‐4.2.  Hüquq  və  azadlıqların  pozulmasına  dair  Konstitusiya  Məhkəməsinin  qərarına 
uyğun  olaraq  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Plenumu  aşağıdakı  qərarlardan 
birini qəbul edir: 
431‐4.2.1.  əlavə  kassasiya  qaydasında  çıxarılmış  qərarın  və  (və  ya)  kassasiya  instansiyası 
məhkəməsinin qərarının və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 
və  ya  qərardadının  tam  və  ya  qismən ləğv  edilməsi  və  işin  apellyasiya  instansiyası 
məhkəməsinə  yenidən  baxılması  üçün  göndərilməsi  barədə  (Azərbaycan  Respublikasının 
Konstitusiya  Məhkəməsi  tərəfindən məhkəməyə  müraciət  etmək  hüququnu  pozan  məhkəmə 
aktlarının  Azərbaycan  Respublikasının  Konstitusiyası  və  qanunlarına  uyğun  olmayan  hesab 
edilməsi  barədə  qərar  qəbul  edildikdə  plenum  həmçinin  hüquq  və  azadlıqların  pozulması  ilə 
çıxarılmış birinci instansiya məhkəməsinin aktlarını da tam və ya qismən ləğv edə bilər); 


431‐4.2.2.  əlavə  kassasiya  qaydasında  çıxarılmış  qərarın  və  (və  ya)  kassasiya  instansiyası 
məhkəməsinin qərarının ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 
və ya qərardadının qüvvədə saxlanılması barədə; 
431‐4.2.3.  əlavə  kassasiya  qaydasında  çıxarılmış  qərarın  ləğv  edilməsi  və  kassasiya 
instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə; 
431‐4.3. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı ilə əlaqədar olaraq Azərbaycan 
Respublikası Ali Məhkəməsinin Plenumu aşağıdakı qərarlardan birini qəbul edir: 
431‐4.3.1.  əlavə  kassasiya  qaydasında  çıxarılmış  qərarın  və  (və  ya)  kassasiya  instansiyası 
məhkəməsinin qərarının və onunla bağlı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 
və  ya  qərardadının  tam  və  ya  qismən ləğv  edilməsi  və  işin  apellyasiya  instansiyası 
məhkəməsinə  yenidən  baxılması  üçün  göndərilməsi  barədə  (İnsan  Hüquqları  üzrə  Avropa 
Məhkəməsi tərəfindən məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarına dair 
qərar qəbul edildikdə plenum həmçinin hüquq və azadlıqların pozulması ilə çıxarılmış birinci 
instansiya məhkəməsinin aktlarını da tam və ya qismən ləğv edə bilər); 
431‐4.3.2.  əlavə  kassasiya  qaydasında  çıxarılmış  qərarın  və  (və  ya)  kassasiya  instansiyası 
məhkəməsinin qərarının ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin 
və ya qərardadının qüvvədə saxlanılması barədə; 
431‐4.3.3.  əlavə  kassasiya  qaydasında  çıxarılmış  qərarın  ləğv  edilməsi  və  kassasiya 
instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə. 
431‐4.3.4.  əlavə  kassasiya  qaydasında  çıxarılmış  qərara  və  ya  kassasiya  instansiyası 
məhkəməsinin qərarına dəyişiklik edilməsi barədə. 
F ə s i l   4 5  
QANUNİ QÜVVƏYƏ MİNMİŞ MƏHKƏMƏ AKTLARINA YENİ AÇILMIŞ HALLAR 
ÜZRƏ YENİDƏN BAXILMASI ÜZRƏ İCRAAT 
M a d d  ə  4 3 2 .  İşə yenidən baxılması 
432.1. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla 
bilər. 
432.2.  Yeni  açılmış  hallar  üzrə  məhkəmə  aktlarına  yenidən  baxmaq  üçün  əsaslar 
aşağıdakılardır: 
432.2.1. məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici 
materiallar aşkar edildikdə; 
432.2.2.  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  hökmü  ilə  müəyyən  edilmiş  və  qanunsuz, 
yaxud  əsassız  qətnamənin  çıxarılmasına  səbəb  olmuş  şahidin  bilə‐bilə  yalan  ifadələr  verməsi, 
ekspertin  bilə‐bilə  yalan  rəy  verməsi,  tərcüməçinin  bilə‐bilə  düzgün  tərcümə  etməməsi, 
sənədlərin və ya maddi sübutların saxtalığı; 
432.2.3.  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  hökmü  ilə  müəyyən  edilmiş  və  həmin  işə 
baxılarkən tərəflərin,  işdə  iştirak  edən  digər  şəxslərin,  yaxud  onların  nümayəndələrinin 
cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri; 
432.2.4.  həmin  məhkəmə  aktlarının  çıxarılması  üçün  əsas  olmuş  məhkəmə  qətnaməsinin, 
hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi. 
M a d d  ə  4 3 3 .  Məhkəmə aktlarına yeni açılmış hallar üzrə baxan məhkəmə 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə