Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə52/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   48   49   50   51   52   53   54   55   ...   78

qərardadlarından  ‐ Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  mülki  işlər  üzrə  məhkəmə 
kollegiyasına;
205 
404.1.2. apellyasiya məhkəmələrinin iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyalarının və 
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məhkəməsinin  iqtisadi  mübahisələrə  dair  işlər  üzrə 
kollegiyasının  qətnamələrindən
və  qərardadlarından  ‐
Azərbaycan  Respublikası  Ali 
Məhkəməsinin iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasına. 
206 
404.2.  Aidiyyətə  dair  mübahisələr  üzrə  kassasiya  şikayətlərinə  mülki  işlər və  iqtisadi 
mübahisələr üzrə kollegiyaya daxil olan hakimlərin qarışıq tərkibində baxıla bilər. 
M a d d  ə  4 0 5 .  Kassasiya şikayəti vermə müddəti 
Apellyasiya  instansiyası  məhkəməsinin  aktlarından  kassasiya  şikayəti  aşağıdakı 
müddətlərdə verilə bilər: 
405.0.1.  qətnamə  işdə  iştirak  edən  şəxslərə  rəsmi  qaydada  verildiyi  gündən  2  ay 
müddətində; 
405.0.2.  qərardad  işdə  iştirak  edən  şəxslərə  rəsmi  qaydada  verildiyi  gündən  10  gün 
müddətində.
207 
M a d d  ə  4 0 6 .  Kassasiya şikayəti vermə qaydası 
406.1.  Kassasiya  şikayəti  yazılı  formada  apellyasiya  instansiyası  məhkəməsi  vasitəsi  ilə 
verilir. 
406.2. Əgər kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə bilavasitə verilərsə, onda 
bu  məhkəmə  tərəfindən həmin  şikayət  bu  Məcəllənin  407‐409‐cu  maddələri  ilə  nəzərdə 
tutulmuş  tələblərin  yerinə  yetirilməsi  üçün  müvafiq  apellyasiya  instansiyası  məhkəməsinə 
göndərilir. 
M a d d  ə  4 0 7 .  Kassasiya şikayətinin məzmunu 
208 
407.1. Kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 
407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 
407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer 
və işdə prosessual vəziyyəti , şikayəti verən hüquqi şəxsin adı, yerləşdiyi ünvan; 
407.1.3. şikayət  olunan məhkəmə aktını qəbul etmiş  məhkəmənin  adı, aktın  qəbul  edildiyi 
tarix, mübahisənin predmeti; 
407.1.4.  şikayəti  verən  şəxsin  tələbi,  maddi  və  yaxud  prosessual  hüquq  normalarının 
düzgün tətbiq edilməməsinin nədən ibarət olması; 
407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı. 
407.2.  Kassasiya  şikayətində  işin  hallarının  sübut  olunmamasına,  məhkəmənin  gəldiyi 
nəticə  üçün  əhəmiyyətli  olan  bütün  faktiki  halların  aydınlaşdırılmamasına  və  yaxud  qətnamə 
və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə 
yol verilmir. 
407.3.  Şikayət  onu verən  şəxs  (onun  qanuni nümayəndəsi  və  ya  nümayəndəsi)  və  şikayəti 
tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən 
verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 
209 
407.4.  Şikayətə  vəkilin  orderi  və  dövlət  rüsumunun  ödənilməsini  sübut  edən sənəd  əlavə 
olunur. 


M a d d  ə  4 0 8 .  Kassasiya şikayətinin qaytarılması 
408.1. Kassasiya şikayəti aşağıdakı hallarda qaytarılır: 
408.1.1.  kassasiya  şikayəti  bu  Məcəllənin  407.1‐ci  maddəsinin  tələblərinə  cavab  vermirsə, 
kassasiya  şikayəti  imzalanmamışsa,  yaxud  onu  imzalamağa  hüququ  olmayan  və  ya  vəzifəsi 
göstərilməyən şəxs tərəfindən imzalanmışsa;
210 
408.1.2. şikayət qətnamə və qərardadı qəbul etmiş məhkəmə vasitəsi ilə göndərilməmişsə; 
408.1.3.  kassasiya  şikayətinə  vəkilin  orderi  və  müəyyən  olunmuş  qaydada  və  məbləğdə 
dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə; 
211 
408.1.4.  kassasiya  şikayəti  müəyyən  edilmiş  müddət  ötürülməklə  təmin  olunmamışsa  və 
buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verilməmişsə; 
408.1.5.  kassasiya  şikayətində  maddi  və  prosessual  hüquq  normalarının  pozulmasının, 
yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə; 
408.1.6.  kassasiya  şikayətinin  icraata  qəbul  edilməsi  barədə  qərardad  işdə  iştirak  edən 
şəxslərə  göndərilənə  kimi  şikayəti  verən  şəxsdən  onun  geri  qaytarılması  barədə  ərizə  daxil 
olmuşsa; 
408.2.  Bu  Məcəllənin  408.1.1.  və  408.1.3.—408.1.5‐ci  maddələrində  nəzərdə  tutulmuş 
hallarda  kassasiya  şikayəti  apellyasiya  instansiyası  məhkəməsi  tərəfindən,  408.1.2‐ci 
maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası 
məhkəməsi  tərəfindən,  408.1.6‐cı  maddəsində  nəzərdə  tutulmuş  hallar  mövcud  olduqda  isə 
kassasiya  şikayətinin  qaytarılması  barədə  ərizənin  daxil  olduğu  vaxt  işin  şikayətlə  hansı 
instansiya  məhkəməsində  olmasından  asılı  olaraq  apellyasiya  və  kassasiya  instansiyası 
məhkəmələri tərəfindən qaytarılır. 
408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. 
408.4.  Kassasiya  şikayətinin  apellyasiya  instansiyası  məhkəməsi  tərəfindən  qaytarılmasına 
dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. 
408.5.  Bu  Məcəllənin  408.1.1—408.1.6‐cı  maddələrində  göstərilən  nöqsanlar  aradan 
qaldırıldıqdan  sonra,  şikayəti  verən  şəxs  yenidən  ümumi  qaydada  kassasiya  şikayəti  ilə 
müraciət edə bilər. 
M a d d  ə  4 0 9 .  İşin kassasiya instansiyası məhkəməsinə göndərilməsi 
Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407‐ci maddəsinin 
tələblərinə  uyğunluğunu  yoxlayır.  Bu  Məcəllənin  407‐ci  maddəsinin  tələblərinə  cavab  verən 
kassasiya  şikayəti  ona  əlavə  olunmuş  sənədlərlə  və  işlə  birlikdə  kassasiya  şikayətinin  verilmə 
müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. 
212 
M a d d  ə  4 1 0 .  Kassasiya şikayətindən imtina edilməsi 
410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə 
haqlıdır. 
410.2.  Məhkəmə  bu  Məcəllənin  191‐ci  maddəsində  nəzərdə  tutulmuş  əsaslarla  şikayətdən 
imtinanı  qəbul  etməməyə  və  işə  kassasiya  qaydasında  baxmağa  haqlıdır.  İşdə  iştirak  edən 
başqa  şəxslər qətnamə  və  qərardaddan  şikayət  verməmişlərsə  və  məhkəmə  kassasiya 
şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. 
410.3. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar 
çıxarır. 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə