Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə43/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   39   40   41   42   43   44   45   46   ...   78

mülkiyyətçi  tərəfindən  əşyanın  üzərində  mülkiyyət  hüququnu  saxlamaq  niyyətinin  olmaması 
və ərizəçinin əşyaya sahiblik etməyə başlaması barədə sübutlar göstərilməlidir. 
324.2.  Daşınmaz  əşya  üzərində  dövlət  mülkiyyəti  hüququnun  tanınması  haqqında  dövlət 
əmlakını idarə etməyə vəkil edilmiş orqanın ərizəsində daşınmaz əmlakın kim tərəfindən və nə 
vaxt  sahibsiz  kimi  uçota  götürüldüyü  göstərilməli,  habelə  mülkiyyətçi  tərəfindən həmin  əşya 
üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması barədə sübutlar göstərilməlidir. 
M a d d  ə  3 2 5 .  Ərizəyə baxılması 
325.1  Məhkəmə  daşınar  əşyanın  sahibsiz  hesab  edilməsi  haqqında  və  ya  daşınmaz  əşya 
üzərində  dövlət  mülkiyyəti  hüququnun  tanınması  haqqında  ərizəyə  iş  üzrə  bütün  maraqlı 
şəxslərin iştirakı ilə baxır. 
325.2.  Məhkəmə  paylanmayan  poçt  göndərişlərinin  açılmasına  razılıq  alınması  haqqında 
ərizəyə 5 (beş) iş günü ərzində baxmalıdır. 
162 
M a d d  ə  3 2 6 .  Məhkəmənin ərizə üzrə qətnaməsi 
326.1.  Məhkəmə  hesab  etsə  ki,  daşınar  əşyanın  mülkiyyətçisi  yoxdur,  yaxud  mülkiyyətçi 
tərəfindən  əşya  onun  üzərində  mülkiyyət  hüququnu  saxlama  niyyəti  olmadan  sahibsiz 
qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış 
şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. 
326.2.  Məhkəmə  paylanması  mümkün  olmayan  poçt  göndərişlərinin  açılmasına  razılıq 
verilməsinə  dair  ərizəyə  baxaraq  onu  təmin  etdikdə,  belə  razılığın  verilməsi  barədə,  ünvan 
sahibinə və ya göndəriciyə çatdırılması mümkün olmayan və qanunla müəyyən edilmiş 6 (altı) 
aylıq  saxlama  müddəti  başa  çatmış  poçt  göndərişinin  içərisindəki  əşyaların,  malların  və  pul 
vəsaitlərinin  sahibsiz  hesab  edilməsinə  dair  ərizəyə  baxaraq  onu  təmin  etdikdə, həmin 
əşyaların, malların və pul vəsaitlərinin sahibsiz hesab edilməsi barədə qətnamə çıxarır. 
163 
326.3.  Məhkəmə  daşınmaz  əşyanın  mülkiyyətçisinin  olmadığını,  yaxud  əşyanın 
mülkiyyətçisi  tərəfindən  onun  üzərində  mülkiyyət  hüququnu  saxlama  niyyəti  olmadan 
qoyulduğunu  və  müəyyən  edilmiş  qaydada  uçota  alındığını  müəyyən  edərsə,  daşınmaz 
əşyanın  sahibsiz  hesab  edilməsi  və  onun  üzərində  dövlət  mülkiyyəti  hüququnun  tanınması 
barədə qətnamə çıxarır. 
F ə s i l   3 5  
İTİRİLMİŞ SƏNƏDLƏR ÜZRƏ ONLARI TƏQDİM EDƏN ŞƏXSİN HÜQUQLARININ 
BƏRPA EDİLMƏSİ (ÇAĞIRIŞ İCRAATI) 
M a d d  ə  3 2 7 .  Ərizənin verilməsi 
327.1.  Adsız  qiymətli  kağızı  və  ya  orderli  qiymətli  kağızı  (bundan  sonra—sənəd)  itirmiş 
şəxs, qanunda göstərilmiş hallarda, itirilmiş sənədin etibarsız hesab edilməsi və həmin sənədlər 
üzrə hüquqların bərpa edilməsini məhkəmədən xahiş edə bilər. Sənəd üzrə hüquqlar, həmçinin 
onun  lazımi  qaydada  saxlanılmaması  nəticəsində  və  ya  digər səbəbdən sənədin  ödəmə 
qabiliyyətini göstərən əlamətlər itirildikdə, bərpa edilə bilər. 
327.2. İtirilmiş adsız sənədin etibarsız hesab edilməsi haqqında ərizə sənədi vermiş idarənin 
(şəxsin) olduğu yerin məhkəməsinə verilir. 


M a d d  ə  3 2 8 .  Ərizənin məzmunu 
Ərizədə  itirilmiş  sənədin  fərqləndirici  əlamətləri,  sənədi  vermiş  idarənin  (şəxsin)  adı 
göstərilməli, habelə sənədin itirildiyi şərait şərh edilməlidir. 
M a d d  ə  3 2 9 .  Ərizəni qəbul etdikdən sonra hakimin hərəkətləri 
329.1.  Hakim  sənədin  itirilməsi  haqqında  ərizəni  qəbul  etdikdən  sonra,  sənəd  üzrə  vəsait 
ödəməni  və  ya  verməni  sənədi  vermiş  idarəyə  (şəxsə)  qadağan  etmək,  habelə  ərizəçinin 
hesabına mətbuatda elan vermək barədə qərardad çıxarır və qərardadın surətini sənədi vermiş 
idarəyə (şəxsə), qeydiyyat siyahısını saxlayana, qeydiyyatı aparana göndərir. 
329.2. Qərardadda elanın məzmununa dair aşağıdakılar göstərilməlidir: 
329.2.1. sənədin itirilməsi haqqında ərizənin daxil olduğu məhkəmənin adı; 
329.2.2. ərizə vermiş şəxs və onun ünvanı; 
329.2.3. sənədin adı və fərqləndirici əlamətləri; 
329.2.4. itirilməsi barədə müraciət edilmiş sənədə dair elan verilən gündən 3 ay müddətində 
həmin sənədə dair öz hüquqları haqqında məhkəməyə ərizə verməyin sənədi saxlayana təklif 
edilməsi. 
329.3. Qərardad çıxarmaqdan imtina etməkdən xüsusi şikayət verilə bilər. 
M a d d  ə  3 3 0 .  Sənədi_saxlayanın_ərizəsi'>Sənədi saxlayanın ərizəsi 
İtirilməsi  haqqında  ərizə  verilmiş  sənədi  saxlayan,  elan  verilən  gündən  3  ay  müddətində 
qərardad çıxarmış məhkəməyə, sənədə dair öz hüquqları haqqında ərizə verməli və bu zaman 
sənədin əslini təqdim etməlidir. 
M a d d  ə  3 3 1 .  Sənədi saxlayandan ərizə daxil olduqdan sonra hakimin hərəkəti 
331.1. Elan verilən gündən 3 aylıq müddət qurtarana qədər məhkəməyə sənədi saxlayandan 
ərizə  daxil  olduqda,  məhkəmə  sənədi  itirmiş  şəxsin  ərizəsini  baxılmamış  saxlayır  və  sənədi 
vermiş idarə (şəxs) tərəfindən sənəd üzrə ödəmə və verməni müəyyən müddətdə qadağan edir. 
331.2.  Hakim  eyni  zamanda  ərizəçiyə  həmin  sənədi  saxlayana  qarşı həmin  sənədi  tələb 
etmək  barədə  ümumi  qaydada  iddia  vermək  hüququnu,  sənədi  saxlayana  isə—hakimin 
qadağanedici tədbirlərlə vurulmuş zərəri onun ərizəçidən almaq hüququnu izah edir. 
331.3.  Bu  Məcəllənin  331.1‐ci  və  331.2‐ci  maddələrində  göstərilən məsələlər  üzrə 
məhkəmənin qərardadından xüsusi şikayət verilə bilər.
164 
M a d d  ə  3 3 2 .  İtirilmiş sənədin etibarsız hesab edilməsi haqqında ərizəyə baxılması 
Hakim  itirilmiş  sənədin  etibarsız  hesab  edilməsi  haqqında  işə, sənədi  saxlayanın  bu 
Məcəllənin 330‐cu maddəsində göstərilmiş ərizəsi daxil olmazsa, elanın dərc edildiyi gündən 3 
ay keçdikdən sonra baxır. 
M a d d  ə  3 3 3 .  Ərizə üzrə məhkəmənin qətnaməsi 
Məhkəmə  ərizəçinin  xahişini  təmin  etdikdə,  itirilmiş  sənədi  etibarsız  hesab  edən qətnamə 
çıxarır. Bu qətnamə ərizəçiyə əmanətin və ya etibarsız hesab edilən sənədin əvəzində yenisini 
vermək üçün əsasdır. 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə