Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə41/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   37   38   39   40   41   42   43   44   ...   78

307.1.  Məhkəmə  fiziki  və  hüquqi  şəxslərin  şəxsi  və  ya  əmlak  hüquqlarının  əmələ  gəlməsi, 
dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 
307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 
307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 
307.2.2. şəxsin öhdədə olması faktının; 
307.2.3.  doğumun,  övladlığa  götürmənin,  nikahın,  boşanmanın,  ölümün  qeyd  edilmə 
faktının; 
307.2.4.  ər‐arvaddan  birinin  vəfat  etməsi  nəticəsində  müvafiq  icra  hakimiyyəti  orqanında 
nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində 
olma faktının; 
307.2.5.  şəxsin  sənəddə  göstərilən  adı,  atasının  adı  və  ya  soyadı  onun  pasportdakı  adı, 
atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar 
ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq 
icra  hakimiyyəti  orqanları  tərəfindən  verilən  şəhadətnamələrdən  başqa)  həmin  şəxsə  məxsus 
olması faktının; 
307.2.6.  mülkiyyət  hüququ  üzrə  daşınmaz  əmlaka  sahiblik,  ondan  istifadə  etmək və  onun 
barəsində sərəncam vermək faktının; 
307.2.7. bədbəxt hadisə faktının; 
307.2.8.  müvafiq  icra  hakimiyyəti  orqanlarının  imtina  etdiyi  hallarda,  şəxsin  müəyyən 
vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 
307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 
307.2.10. atalığın etiraf olunması faktının; 
307.2.11.  qanunvericilikdə  müəyyən  edilməsinin  başqa  qaydası  nəzərdə  tutulmamışsa, 
hüquqi əhəmiyyəti olan digər faktların. 
M a d d  ə  3 0 8 .  Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan 
şərtlər 
Məhkəmə  hüquqi  əhəmiyyəti  olan  faktları  o  zaman  müəyyən  edə  bilər  ki,  ərizəçi  həmin 
faktları  təsdiq  edən  lazımi  sənədləri  başqa  qaydada  ala  bilməsin,  yaxud  itirilmiş  sənədlərin 
bərpası mümkün olmasın. 
M a d d  ə  3 0 9 .  Ərizənin verilməsi 
309.1.  Hüquqi  əhəmiyyəti  olan  faktların  müəyyən  edilməsi  haqqında  ərizələr  ərizəçinin 
yaşadığı yerin məhkəməsinə verilir. 
309.2.  Mülkiyyət  hüququ  üzrə  daşınmaz  əmlaka  sahiblik,  ondan  istifadə  etmək və  onun 
barəsində  sərəncam  vermək  faktının  müəyyən  edilməsi  haqqında  ərizələr  daşınmaz  əmlakın 
yerləşdiyi yerin məhkəməsinə verilir. 
M a d d  ə  3 1 0 .  Ərizənin məzmunu 
Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə 
lazımi 
sənədləri
 ərizəçinin 
ala 
bilməməsini, 
yaxud 
itən
sənədlərin 
bərpasının 
mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 
M a d d  ə  3 1 1 .   Məhkəmənin ərizə üzrə qətnaməsi 


Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı 
həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 
F ə s i l   3 2  
ŞƏXSİN XƏBƏRSİZ İTKİN DÜŞMÜŞ HESAB EDİLMƏSİ VƏ ÖLMÜŞ ELAN EDİLMƏSİ 
M a d d  ə  3 1 2 .  Ərizənin verilməsi 
Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə 
ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 
M a d d  ə  3 1 3 .  Ərizənin məzmunu 
Ərizədə  şəxsi  xəbərsiz  itkin  düşmüş  hesab  etməyin  və  onun  ölmüş  elan  edilməsinin 
ərizəçiyə  nə  məqsəd  üçün  lazım  olduğu  göstərilməli,  habelə  şəxsin  xəbərsiz  itkin  düşməsini 
təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun 
müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. 
Hərbi  əməliyyatlar  zamanı  hərbi  qulluqçuların  və  ya  digər  şəxslərin  xəbərsiz  itkin  düşməsi 
barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 
M a d d  ə  3 1 4 .  Ərizə verildikdən sonra hakimin hərəkətləri 
314.1.  Hakim  işi məhkəmə  baxışına  hazırladıqda  hansı  şəxslərin  itkin  düşən  barədə 
məlumat  verə  biləcəyini  aydınlaşdırır,  habelə  itkin  düşənin  məlum  son  yaşayış  yeri  və  iş  yeri 
üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. 
314.2. Hakim ərizəni qəbul etdikdən sonra, itkin düşən şəxsin əmlakının yerləşdiyi yer üzrə 
müvafiq  icra  hakimiyyəti  orqanına  onun  əmlakını  idarə  etmək  üçün  şəxs  (qəyyum)  təyin 
etməyi təklif edə bilər. 
M a d d  ə  3 1 5 .  Məhkəmənin ərizə üzrə qətnaməsi 
315.1.  Şəxsin  xəbərsiz  itkin  düşmüş  hesab  edilməsi  barədə  məhkəmə  qətnaməsi,  itkin 
düşənin  əmlakının  idarə  olunması  üçün  müvafiq  icra  hakimiyyəti  orqanının  müqavilə 
bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. 
315.2.  Şəxsi  ölmüş  elan  edən məhkəmə  qətnaməsi  müvafiq  icra  hakimiyyəti  orqanı 
tərəfindən vətəndaşlıq  vəziyyəti  aktlarının  qeydiyyatı  kitabına  şəxsin  ölməsi  barədə  qeyd 
etmək üçün əsasdır. 
M a d d  ə  3 1 6 .   Xəbərsiz  itkin  düşmüş  hesab  edilən  şəxsin  gəlməsinin  və  ya  olduğu 
yerin aşkar edilməsinin nəticələri 
Xəbərsiz  itkin  düşmüş  hesab  edilən və  ya  ölmüş  elan  edilən  şəxs  gəldikdə  və  ya  onun 
olduğu  yer  aşkar  edildikdə, məhkəmə  yeni  qətnamə  ilə  özünün  əvvəl  çıxarmış  olduğu 
qətnaməsini  ləğv  edir.  Bu  qətnamə  müvafiq  olaraq  əmlakın  idarə  edilməsinin  ləğvi  üçün  və 
vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi 
üçün əsasdır. 
F ə s i l   3 3  


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə