Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə37/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   33   34   35   36   37   38   39   40   ...   78

M a d d  ə  2 7 7 .  Ərizənin verilməsi 
277.1. Məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4‐cü fəslində müəyyən edilmiş ümumi  
aidiyyət qaydalarına əsasən verilir.  
277.2.  Məhkəmə  əmri  haqqında  ərizənin  verilməsi  üçün  on  manat  məbləğində  dövlət  
rüsumu ödənilir. 
125  
M a d d  ə  2 7 8 .  Ərizənin forması və məzmunu 
278.1. Məhkəməyə ərizə yazılı formada verilir.  
278.2. Ərizədə aşağıdakılar göstərilməlidir:  
278.2.1. ərizənin verildiyi məhkəmənin adı;  
278.2.2. kreditor haqqında məlumatlar: soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu  
yer;  
278.2.3. borclu haqqında məlumatlar: soyadı, adı, atasının adı, iş yeri yaşayış yeri üçün və 
ya olduğu yer;  
278.2.4. kreditorun tələbi və onun əsaslandığı hallar;  
278.2.5. tələbin əsaslığını təsdiq edən sənədlər;  
278.2.6. əlavə edilən sənədlərin siyahısı.  
278.3. Ərizə kreditor və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən  
verilən  ərizəyə  onun  səlahiyyətlərini  təsdiq  edən sənəd və  kreditorun  əsaslandığı sənədlər  
əlavə edilməlidir.  
M a d d  ə  2 7 9 .  Baxılmanın sadələşdirilmiş qaydasının yolverilməzliyi 
279.1.  Məhkəmə, məhkəmə  əmrinin  verilməsi  haqqında  ərizənin  qəbul  olunmasından  bu  
Məcəllənin 153‐cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir.  
279.2. Bundan başqa, aşağıdakı hallar da imtina üçün əsasdır:  
279.2.1. verilmiş tələb bu Məcəllənin 276‐cı maddəsi ilə nəzərdə tutulmamışdırsa;  
279.2.2. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa;  
279.2.3. ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa.  
279.3. Ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul  
edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz.  
279.4. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması  
kreditorun  həmin  tələb  üzrə  iddia  icraatı  qaydasında  iddia  verməsinə  mane  olmur.  Bu  halda  
kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır.  
M a d d  ə  2 8 0 .  Məhkəmə əmrinin çıxarılması qaydası 
Məhkəmə  əmri  irəli  sürülmüş  tələb məhkəməyə  daxil  olan  gündən  3  gün  ərzində, 
məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. 
M a d d  ə  2 8 1 .  Məhkəmə əmrinin məzmunu 
281.1. Məhkəmə əmrində aşağıdakılar göstərilməlidir:  
281.1.1. icraatın nömrəsi və əmrin çıxarılma tarixi:  
281.1.2. Məhkəmənin adı, əmri vermiş hakimin soyadı, adı, atasının adı;  


281.1.3. kreditorun və borclunun soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer, iş 
yeri; 
281.1.4. tələbin ödənilməsinin hüquqi əsası; 
281.1.5. alınmalı olan pul məbləği və ya dəyəri göstərilməklə alınmalı olan əmlak; 
281.1.6.  dəbbə  pulunun  məbləği,  əgər  onun  alınması  qanunla  və  ya  müqavilə  ilə  nəzərdə 
tutulmuşdursa; 
281.1.7.  borcludan  kreditorun  xeyrinə  və  ya  dövlət  büdcəsinə  tutulmalı  olan  dövlət 
rüsumunun məbləği. 
281.2.  Yetkinlik  yaşına  çatmayan  uşaqlar  üçün  aliment  alınması  haqqında  məhkəmə 
əmrində  bu  Məcəllənin  281.1.1‐‐281.1.5‐ci  maddələrində  nəzərdə  tutulmuş  məlumatlarla 
yanaşı: borclunun anadan olduğu gün və yer, onun iş yeri, saxlanmaları üçün aliment müəyyən 
edilən hər bir uşağın adı və anadan olduğu gün, hər ay borcludan tutulan ödəmələrin məbləği 
və onların tutulma müddəti göstərilir. 
281.3.  Məhkəmə  əmri  hakim  tərəfindən  imzalanır  və  3  gün  müddətində  onun  surəti 
təqdimetmə haqqında bildirişlə borcluya təqdim olunur və ya göndərilir. 
M a d d  ə  2 8 2 .  Etiraz 
Borclu  məhkəmə  əmrini  aldığı  gündən  10  gün  müddətində  verilmiş  tələbə  və  ya  onun 
hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. 
M a d d  ə  2 8 3 .  İddia icraatına keçid 
Borclunun  etirazı  prosessual  baxımdan  iddia  ərizəsinə  bərabər  tutulur.  Əgər  o,  vaxtında 
verilmişdirsə,  hakim  əmri  ləğv  edir  və  materiallar  bu  Məcəllə  ilə  müəyyən  edilmiş  ümumi 
müddəalara uyğun olaraq iddia icraatına keçir. 
M a d d  ə  2 8 4 .  Məhkəmə əmrinin icra edilməsi 
284.1.  Məhkəmə  əmri  qətnamə  qüvvəsinə  malikdir.  Məhkəmə  əmrindən  şikayət  verilə 
bilməz. 
284.2.  Əgər  müəyyən  edilmiş  müddətdə  məhkəməyə  borclunun  etirazı  daxil  olmazsa, 
hakim  kreditora  dərhal məhkəmənin  möhürü  ilə  təsdiq  edilmiş  icrası  məcburi  olan  məhkəmə 
əmrinin surətini verir. 
İKİNCİ YARIMBÖLMƏ 
ÜMUMİ HÜQUQİ MÜNASİBƏTLƏRDƏN ƏMƏLƏ GƏLƏN İŞLƏR ÜZRƏ İCRAAT  
(XÜSUSİ İDDİA İCRAATI)  
F ə s i l   2 4  
ÜMUMİ MÜDDƏALAR 
M a d d  ə  2 8 5 .   Məhkəmə  tərəfindən  baxılan  ümumi  hüquqi  münasibətlərdən  əmələ 
gələn işlər 
285.0.  Bu  fəsildə  göstərilən  qaydada  məhkəmə  xüsusi  iddia  icraatı  qaydasında  aşağıdakı 
işlərə baxır: 


285.0.1. seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi barədə ərizələr üzrə; 
126 
285.0.2. müvafiq icra hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin inzibati hüquq 
pozuntuları barədə qərarlarına dair ərizələr üzrə; 
285.0.3.  müvafiq  icra  hakimiyyəti  və  yerli  özünüidarə  orqanlarının,  sair  orqan  və 
təşkilatların,  onların  vəzifəli  şəxslərinin  qərarlarından  və  hərəkətlərindən  (hərəkətsizliyindən) 
olan ərizələr üzrə; 
285.0.4. hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərarlarından və hərəkətlərindən 
(hərəkətsizliyindən) olan ərizələr üzrə; 
285.0.5.  normativ  xarakterli  aktların  qanuniliyinin  mübahisə  edilməsi  barədə  ərizələr 
üzrə.
127 
M a d d  ə  2 8 6 .  Ərizənin verilməsi 
286.1.  Ərizə  bu  Məcəllənin  4‐cü  fəsli  ilə  müəyyən  edilmiş  ümumi  aidiyyət  qaydalarına 
əsasən verilir. 
286.2. Məhkəməyə ərizənin təqdim  edilməsi, məhkəmə tərəfindən onun  qəbul edilməsi və 
mahiyyəti üzrə həll edilməsi üçün maraqlı şəxslərin yuxarı orqanlarına ilkin müraciəti məcburi 
şərt deyildir. 
286.3.  Ərizənin  verilmə  müddətinin  buraxılması,  tənbehin  edilmə  müddətinin,  habelə 
qərarın  icra  müddətinin  ötməsi  ərizənin  məhkəmə  baxışına  qəbul  edilməsindən  imtina  üçün 
əsas deyildir. 
286.4. Müddətlər,  işin düzgün həlli üçün onların əhəmiyyəti, ərizənin  məzmunundan asılı 
olmayaraq, məhkəmə tərəfindən yoxlanılır. 
286.5. İddia ərizəsinin məzmunu və ona əlavə edilən sənədlər bu Məcəllənin 149 və 150‐ci 
maddələri  ilə  nəzərdə  tutulmuş  tələblərə  cavab  verməlidir.  Ərizədə  əmlak  tələbləri,  şikayət 
olunan aktın, hərəkətin (hərəkətsizliyin) əsası göstərilə bilər. 
M a d d  ə  2 8 7 .  Sübutetmə vəzifəsi 
Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və 
qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul 
etmiş orqanın üzərinə düşür. 
M a d d  ə  2 8 8 .  İşlərə baxılması və həll edilməsi qaydası 
Məhkəmə  tərəfindən  ümumi  hüquq  münasibətlərindən  əmələ  gələn işlər  bu  Məcəllənin 
24—29‐cu  fəsilləri  və  digər  qanunlarla  müəyyən  edilmiş  xüsusiyyətlər nəzərə  alınmaqla, 
ümumi iddia icraatı qaydasında baxılır və həll edilir. 
M a d d  ə  2 8 9 .  Şikayət etmə qaydası 
Bu  Məcəllənin  24‐29‐cu  fəsillərinə  müvafiq  olaraq  qəbul  edilmiş  məhkəmə  aktlarından 
(qətnamələrindən, qərardadlarından) bu məcəllə ilə müəyyən edilmiş qaydada şikayət verilir. 
F ə s i l   2 5  


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə