Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə34/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   30   31   32   33   34   35   36   37   ...   78

259.0.6.  işə  onların  iştirakı  olmadan  baxmağı  xahiş  etməmiş  tərəflər məhkəməyə 
gəlmədikdə; 
259.0.7.  işə  onun  iştirakı  olmadan  baxmağı  xahiş  etməmiş  iddiaçı  məhkəmənin  birinci 
çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə; 
259.0.8.  qanuna,  digər  normativ  hüquqi  akta  və  müqaviləyə  əsasən  bank  və  kredit 
müəssisəsi vasitəsi ilə almalı olduğu halda iddiaçı cavabdehdən borcun alınması barədə banka, 
yaxud digər kredit müəssisəsinə müraciət etməmişsə; 
259.0.9.  dövlət  qeydiyyatından  imtina  edilməsi,  yaxud  boyun  qaçırılması  barəsində 
ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə; 
259.0.10.  hüquqi  əhəmiyyətli  faktların  müəyyən  edilməsi  barəsindəki  ərizələrə  baxıldıqda 
hüquq haqqında mübahisə olması müəyyən edilərsə; 
259.0.11.  iddia  ərizəsinin  qaytarılması  barəsində  ərizə  verildikdə  və  cavabdeh  işin 
mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; 
259.0.12. ərizə bu Məcəllənin 149‐cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, 
eləcə  də  bu  Məcəllənin  150.0.1—150.0.3‐cü  maddələrində  göstərilən sənədlər  əlavə  edilmədən 
verildikdə,  iddiaçı  hakim  tərəfindən  müəyyən  edilmiş  müddətdə  işin  mahiyyəti  üzrə 
baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. 
M a d d  ə  2 6 0 .  Ərizənin baxılmamış saxlanması qaydası və nəticələri 
260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 
260.2.  Qərardadda  bu  Məcəllənin  259‐cu  maddəsində  qeyd  edilən işin  baxılmasına  mane 
olan halların necə aradan qaldırılması göstərilməlidir. 
260.3.  Qərardadda  işdə  iştirak  edən  şəxslərin  arasında  məhkəmə  xərclərinin  bölünməsi, 
büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 
260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra 
maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 
260.5.  Məhkəmə  iddiaçı  və  ya  cavabdehin  vəsatəti  üzrə,  onlar  məhkəmə  iclasında  iştirak 
etməmələrinin  və  bu  haqda  məhkəməyə  məlumat  verməmələrinin  üzürlü  səbəblərdən  baş 
verməsi  haqqında  sübutlar  təqdim  etdikdə,  bu  Məcəllənin  259.0.6  və  259.0.7‐ci  maddələrində 
göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. 
260.6.  İddianın  baxılmamış  saxlanması  haqqında  məhkəmə  qərardadından  şikayət  verilə 
bilər. 
F ə s i l   2 0  
İŞ ÜZRƏ İCRAATA XİTAM VERİLMƏSİ 
M a d d  ə  2 6 1 .  İcraata xitam verilmə əsasları 
261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 
261.0.1. iş məhkəmədə baxılmalı deyildirsə; 
261.0.2.  eyni  tərəflər  arasında,  eyni  predmet  barəsində  və  eyni  əsaslar  üzrə  məhkəmənin 
qanuni  qüvvəyə  minmiş  qətnaməsi  və  ya  iddiaçının  iddiadan  imtina  etməsi  və  ya  tərəflərin 
barışıq  sazişinin  təsdiq  olunması  ilə  əlaqədar  iş  üzrə  icraatın  xitam  edilməsi  haqqında 
məhkəmənin qərardadı olarsa; 


261.0.3. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair 
xarici  dövlətin  məhkəməsinin  qanuni  qüvvəyə  minmiş  qətnaməsi  varsa  və  həmin  qətnamə 
Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə; 
261.0.4.  iddiaçı  iddiadan  imtina  etmişsə  və  bu  imtina  məhkəmə  tərəfindən qəbul 
olunmuşsa; 
261.0.5.  tərəflər  barışıq  sazişi  bağlamışlarsa  və  bu  saziş  məhkəmə  tərəfindən təsdiq 
edilmişsə; 
261.0.6.  eyni  tərəflər  arasında,  eyni  predmet  və  eyni  əsaslar  üzrə  mübahisəyə  dair, 
məhkəmə  münsiflər məhkəməsinin  qətnaməsinin  məcburi  icra  olunması  üçün  icra  vərəqəsi 
verməkdən  imtina  etdiyi  və  ya  işi  yenidən  baxılmaq  üçün  qətnaməni  qəbul  etmiş  münsiflər 
məhkəməsinə  qaytardığı,  lakin  işə  həmin  münsiflər məhkəməsində  baxılmasının  mümkün 
olmadığı hallardan başqa, münsiflər məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa; 
261.0.7.  iş  üzrə  tərəflərdən  biri  olan  şəxs  öldükdən  sonra  mübahisə  edilən  hüquq 
münasibəti hüquq varisliyinə yol verməzsə; 
261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa; 
261.0.9.  məhkəməyə  müraciət  etmiş  maraqlı  şəxs  mübahisənin  qabaqcadan  məhkəmədən 
kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl 
etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə. 
M a d d  ə  2 6 2 .  İcraata xitam verilmə qaydası və nəticələri 
262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 
262.2.  Məhkəmənin  qərardadında  işdə  iştirak  edən  şəxslər  arasında  məhkəmə  xərclərinin 
bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 
262.3.  İşin  məhkəmə  orqanlarına  aid  olmaması  nəticəsində  və  ya  bu  Məcəllənin  261.0.8‐ci 
maddəsində  nəzərdə  tutulmuş  əsaslar  üzrə  icraata  xitam  verilərsə, məhkəmə  ərizəçinin  hansı 
orqana müraciət etməli olmasını göstərməlidir. 
262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni 
əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 
262.5.  İş  üzrə  icraata  xitam  verilməsi  haqqında  məhkəmənin  qərardadından  şikayət  verilə 
bilər. 
F ə s i l   2 1  
MƏHKƏMƏ QƏRARDADLARI 
M a d d  ə  2 6 3 .  Qərardadın çıxarılması qaydası 
263.1. İş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. 
263.2. Məhkəmə iş  üzrə  icraatı dayandırdıqda,  icraata  xitam  verdikdə, iddianı baxılmamış 
saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 
263.3.  Qərardad  müşavirə  otağında  müstəqil  akt  şəklində  qəbul  edilir,  hakim  yaxud 
hakimlər tərəfindən imzalanır və qəbul edildikdən dərhal sonra həmin məhkəmə iclasında elan 
olunur. 
263.4.  Məhkəmə  mürəkkəb  olmayan  məsələləri  məhkəmə  iclasında  həll  etdikdə,  müşavirə 
otağına  getməyib,  yerində  müşavirə  edərək,  ayrıca  akt  şəklində  tərtib  olunmadan  qərardad 
çıxara bilər. 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə