Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə32/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   28   29   30   31   32   33   34   35   ...   78

235.2. Hakim tərəflərin xahişi ilə qətnamənin icrasının ləngidilməsinin tələbkar üçün böyük 
zərərə  səbəb  ola  biləcəyi,  yaxud  icranın  özünün  mümkün  ola  bilməyəcəyi  xüsusi  hallarda 
qətnaməni dərhal icraya yönəldə bilər. 
235.3. Qətnamənin dərhal icra edilməsinə yol verildikdə, məhkəmə qətnaməsi ləğv edildiyi 
halda, hakim onun icrasının dönüşünün təmin edilməsini tərəfdən tələb edə bilər. 
235.4.  Qətnamənin  dərhal  icra  edilməsinə  yol  vermək  haqqında  məsələyə  məhkəmə 
iclasında  baxılır.  İşdə  iştirak  edən  şəxslər məhkəmə  iclasının  vaxtı  və  yeri  haqqında  xəbərdar 
edilirlər, lakin onların gəlməməsi məhkəmə qətnaməsini dərhal icra etmək haqqında məsələni 
həll etməyə mane olmur. 
235.5.  Qətnamənin  dərhal  icra  edilməsi  haqqında  məhkəmə  qərardadından  şikayət  verilə 
bilər.  Qətnaməni  dərhal  icra  etmək  haqqındakı  qərardaddan  şikayət  verilməsi  həmin 
qərardadın icrasını dayandırmır. 
103 
M a d d  ə  2 3 6 .  Qətnamənin icrasının təmini 
Məhkəmə  dərhal  icraya  yönəlməyən qətnamənin  icrasını  bu  Məcəllənin  13‐cü  fəslində 
müəyyən olunmuş qaydada təmin edə bilər. 
104 
M a d d  ə  2 3 7 .  İşdə iştirak edən şəxslərə qətnamələrin surətlərinin göndərilməsi 
Məhkəmə  iclasına  gəlib‐gəlməməsindən  asılı  olmayaraq,  məhkəmə  qətnaməsi  tam  şəkildə 
çıxarıldıqdan  sonra  növbəti  gün  işdə  iştirak  edən  şəxsə  göndərilir  və  ya  məhkəməyə  gələrsə 
ona təqdim edilir. 
105 
F ə s i l   1 7  
QİYABİ İCRAAT VƏ QİYABİ QƏTNAMƏ 
M a d d  ə  2 3 8 .  Qiyabi icraatın əsasları 
238.1.  İclasın  vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş  cavabdeh məhkəmə 
iclasına  gəlmədikdə  və  gəlməməsinin  səbəbləri  barədə  məlumat  vermədikdə,  iddiaçı  buna 
etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 
238.2.  İşdə  bir  neçə  cavabdeh  iştirak  etdikdə, məhkəmə  iclasına  bütün  cavabdehlər 
gəlmədikdə işə qiyabi icraat qaydasında baxılması mümkündür. 
238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. 
238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 
238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. 
M a d d  ə  2 3 9 .  Gəlmiş tərəfin hüququ 
Məhkəmə iclasına gəlmiş iddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında 
baxılmasına razı olmadıqda, məhkəmə işin baxılmasını təxirə salır və cavabdehə yeni məhkəmə 
iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərir. 
106 
M a d d  ə  2 4 0 .  Qiyabi qətnamənin yolverilməzliyi 
240.1. İşə qiyabi icraatda baxılmasına aşağıdakı hallarda yol verilmir: 
240.1.1. gəlməmiş tərəf bu Məcəllə ilə müəyyən olunmuş qaydada xəbərdar edilməmişsə; 


240.1.2.  tərəf  üzürlü  səbəbdən məhkəməyə  gəlmədikdə  və  ya  məhkəməyə  gəlməməyin 
səbəblərinin  təbii  fəlakətlə  və  ya  digər  qarşısıalınmaz  hadisə  ilə  əlaqədar  olması  məhkəmədə 
aşkar məlum olduqda. 
240.2. Bu hallarda işə baxılması təxirə salınır. 
M a d d  ə  2 4 1 .  Qiyabi icraat qaydası 
241.1.  Qiyabi  icraat  qaydasında  işə  baxarkən  hakim,  tərəflərin  təqdim  etdiyi  sübutların 
tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə 
çıxarır. 
241.2.  Qətnaməni  tərtib  edərkən  hakim  bu  Məcəllənin  16‐cı  fəslinin  müddəalarını  rəhbər 
tutur. 
241.3.  İşə  qiyabi  icraat  qaydasında  baxılarkən  iddianın  əsasları  və  ya  predmeti  dəyişdirilə 
və ya iddia tələblərinin məbləği artırıla bilməz. 
241.4.  İddiaçının  tələbi  əsaslı  olduqda,  məhkəmə  onun  iddiasını  qiyabi  qətnamə  ilə  təmin 
edir. 
241.5. İddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə 
iddianın  və  ya  onun  hissəsinin  rədd  olunmasına  dair  qətnamə  çıxarır  və  belə  qətnamə, 
cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. 
107 
M a d d  ə  2 4 2 .  Qiyabi qətnamənin məzmunu 
Qiyabi  qətnamənin  məzmunu  bu  fəslin  və  bu  Məcəllənin  16‐cı  fəslinin  qaydaları  ilə 
müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə 
vermə vaxtı və qaydası göstərilməlidir. 
Maddə 243. Qiyabi qətnamənin surətinin rəsmi qaydada verilməsi 
Qiyabi  qətnamə  çıxarıldıqdan  sonra  10  gündən  gec  olmayan  müddətdə  işdə  iştirak  edən 
şəxslərə rəsmi qaydada verilir. 
108 
M a d d  ə  2 4 4 .  Qiyabi qətnamədən şikayət verilməsi 
Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin 
qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. 
109 
M a d d  ə  2 4 5 .  Qiyabi qətnamənin ləğvi haqqında ərizənin məzmunu 
245.1. Qiyabi qətnamənin ləğvi haqqında ərizədə aşağıdakılar göstərilməlidir: 
245.1.1. qiyabi qətnamə çıxaran məhkəmənin adı; 
245.1.2. ərizə verən şəxsin adı; 
245.1.3.  cavabdehin  məhkəmə  iclasına  üzürlü  səbəbdən gəlməməsini  əks  etdirən  hallar  və 
bu halları təsdiq edən sübutlar; 
245.1.4. ərizə verən şəxsin xahişi; 
245.1.5. ərizəyə əlavə edilmiş materialların siyahısı. 
245.2.  Qiyabi  qətnamənin  ləğvi  haqqında  ərizə  cavabdeh  və  ya  onun  səlahiyyətli 
nümayəndəsi  və  işdə  iştirak  edən  şəxslərin  sayına  müvafiq  surətdə  tərtib  edilərək,  işə  baxan 
məhkəməyə təqdim edilir. 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə