Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə36/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   32   33   34   35   36   37   38   39   ...   78

271.2.5.  işdə  iştirak  edən  şəxslərin,  nümayəndələrin,  şahidlərin,  ekspertlərin, 
mütəxəssislərin, tərcüməçilərin gəlməsi haqqında məlumatlar; 
271.2.6. işdə iştirak edən şəxslərin anket məlumatları (doğum tarixi, iş və yaşayış yeri); 
271.2.7.  işdə  iştirak  edən  şəxslərə,  nümayəndələrə,  habelə  tərcüməçiyə,  ekspertlərə, 
mütəxəssislərə onların prosessual hüquq və vəzifələrinin elan edilməsinə dair məlumatlar; 
271.2.8.  sədrlik  edənin  sərəncamları  və  iclas  zalından  çıxmadan  məhkəmə  tərəfindən 
çıxarılmış qərardadlar; 
271.2.9. işdə iştirak edən şəxslərin və nümayəndələrin ərizələri, vəsatətləri və izahatları; 
271.2.10. şahidlərin ifadələri, ekspertlərin öz rəyləri barədə şifahi izahatları, mütəxəssislərin 
izahları; 
271.2.11. yazılı sübutların elan edilməsinə dair məlumatlar, maddi sübutların müayinəsinə, 
səs yazılarının dinlənilməsinə, videoyazılara baxılmasına dair məlumatlar; 
271.2.12. dövlət orqanlarının və yerli özünüidarə orqanlarının nümayəndələrinin rəyləri; 
271.2.13. məhkəmə çıxışlarının məzmunu; 
271.2.14. qətnamənin və qərardadların elan edilməsi və məzmununun izah edilməsi, şikayət 
vermə qaydasının və müddətlərinin izah edilməsi haqqında məlumatlar; 
271.2.15.  işdə  iştirak  edən  şəxslərə  protokolla  tanış  olmaq  və  ona  dair  qeydlər  vermək 
hüquqlarının izah olunmasına dair məlumatlar; 
271.2.16. protokolun tərtib olunma tarixi. 
271.3.  Bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  hallarda  məhkəmənin  mülahizəsinə  əsasən 
protokolu tərəflər imzalaya bilərlər. 
M a d d  ə  2 7 2 .  Protokolun tərtib olunması 
272.1.  Protokolun  tərtib  edilməsinə  məhkəmə  katibi  cəlb  olunur.  Məhkəmə  katibin  cəlb 
olunmasından imtina edə bilər. Protokolu hakim özü, məhkəmə iclasında sədrlik edən və ya işə 
baxan  məhkəmə  tərkibinin  digər  hakimi  tərtib  edə  bilər.  Bu  zaman  onlar  kompüterdən və  ya 
digər köməkçi vasitələrdən istifadə edə bilərlər. 
272.2. Bu Məcəllənin 272.1.‐ci maddəsi məhkəmə iclasından kənar məhkəmənin qəbul etdiyi 
prosessual hərəkətlərə də şamil olunur. 
123 
272.3. Protokol asan oxunan yazılı formada tərtib olunmalıdır. 
272.4.  Protokolun  tərtib  olunmasının  tamlığını  təmin  etmək  üçün  məhkəmə  səsyazma 
vasitələrindən istifadə edə bilər. 
272.5.  İşdə  iştirak  edən  şəxslər və  nümayəndələr  protokolun  hər  hansı  hissəsinin  elan 
edilməsinə, iş  üçün  əhəmiyyətli  hesab  etdikləri  hallar  barədə  məlumatların  protokolda  qeyd 
edilməsinə dair vəsatətlər verə bilərlər. 
272.6.  Hərəkət və  ya  mülahizələr  mübahisəyə  aid  olmadıqda  məhkəmə  onları  protokola 
qeyd etməkdən imtina edə bilər. Bu məsələ ilə əlaqədar məhkəmənin qərarı mübahisələndirilə 
bilməz, o, protokola qeyd edilməlidir. 
272.7.  Protokol  məhkəmə  iclası  qurtardıqdan  sonra  10  gündən  gec  olmayaraq,  ayrıca 
prosessual  hərəkətlər  barədə  protokol  isə  onun  edildiyindən  sonrakı  gündən  gec  olmayaraq 
tərtib edilməli və imzalanmalıdır, 
272.8.  Protokol  hakim  tərəfindən tərtib  edildiyi  halda  onun  tərəfindən,  katib  tərəfindən 
tərtib  edildikdə  isə  hakim  və  ya  işə  kollegial  baxıldığı  halda  sədrlik  edən və  katib  tərəfindən 


imzalanmalıdır.  Protokolda  dəyişikliklər,  əlavələr və  düzəlişlər  əvvəlcədən  razılaşdırılmalı  və 
onların imzaları ilə təsdiq edilməlidir. 
M a d d  ə  2 7 3 .  Protokola_dair_qeydlər'>Protokola dair qeydlər 
İşdə  iştirak  edən  şəxslər və  nümayəndələr  protokolla  tanış  olmağa  haqlıdırlar  və  onun 
imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə 
protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. 
M a d d  ə  2 7 4 .  Protokola dair qeydlərə baxılması 
274.1.  Protokola  dair  qeydlərə  onu  imzalamış  hakim  və  ya  iş  üzrə  sədrlik  edən  baxır, 
qeydlərlə  razılaşarsa,  onların  düzgünlüyünü  təsdiq  edir,  razılaşmadıqda  isə  onların  tamamilə 
və ya qismən rədd edilməsinə dair əsaslı qərardad çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir. 
274.2. Protokola dair qeydlərə onların verilməsindən 3 gündən gec olmayaraq baxılmalıdır. 
274.3. Zəruri hallarda protokola dair qeydlər vermiş şəxslər və ya işdə iştirak edən şəxslər 
və prosesin digər iştirakçıları məhkəmə iclasına çağırılırlar. 
F ə s i l   2 3  
ƏMR İCRAATI 
M a d d  ə  2 7 5 .  Məhkəmə əmri 
275.1. Müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə 
baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. 
275.2. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və  bu akt icra sənədi 
hesab edilir. 
M a d d  ə  2 7 6 .  Məhkəmə əmri verilə bilən tələblərin əsasları 
276.1.  Kreditorun  tələbi  aşkardırsa  və  ya  həmin  tələb  borclunun  mübahisə  edilməyən 
vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. 
276.2. Məhkəmə əmri aşağıdakı hallarda verilə bilər: 
276.2.1. tələb notariat qaydasında təsdiq edilmiş əqdə əsaslanırsa; 
276.2.2. tələb sadə yazılı formada bağlanmış əqdə əsaslanırsa; 
276.2.3.  tələb  ödənilməmiş,  aksept  olunmamış  və  ya  aksept  tarixi  qoyulmamış  veksellərə 
dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa; 
276.2.4.  tələb  alimentin  alınması,  o  cümlədən  atalığın  müəyyən  edilməsi  və  ya  üçüncü 
şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması 
haqqında verilmişdirsə; 
276.2.5. tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə; 
276.2.6. tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin 
alınması haqqında verilmişdirsə; 
276.2.7.  tələb  fiziki  şəxslərdən  vergilər və  dövlət məcburi  sığortası  üzrə  qalığın  alınması 
haqqında verilmişdirsə. 
276.2.8.  tələb məişətdə  istehlak  edilmiş  təbii  qaz,  su,  elektrik  və  ya  istilik 
enerjisinin haqqının ödənilməsi barəsində verilmişdirsə. 
124 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə