372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri
iddialarının hüquqi əsasını dəyişə bilərlər.
372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın
predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
372.5. Tərəflər apellyasiya instansiyasının baxışına yeni tələbləri yalnız o hallarda təqdim
edə bilərlər ki, bunlar qarşılıqlı tələbin ödənilməsinə, əks tərəfin tələbinin rədd edilməsinə,
üçüncü şəxslərin işə cəlb edilməsinə, faktın aşkar olunmasına və ya fakt haqqında məlumatın
verilməsi əsasən məsələlərin həll edilməsinə yönəlmiş olsun.
372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin
əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv
edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə
əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq,
məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
M a d d ə 3 7 3 . İşə baxılması
Sədrlik edən məhkəmə iclasını açır və hansı işə, kimin şikayəti ilə və hansı məhkəmənin
qətnaməsinə baxıldığını elan edir, işdə iştirak edən şəxslərdən və nümayəndələrdən kimin
gəldiyini aydınlaşdırır və gəlmiş şəxslərin şəxsiyyətini müəyyən edir, həmçinin vəzifəli
şəxslərin və nümayəndələrin səlahiyyətlərini yoxlayır.
M a d d ə 3 7 4 . Məhkəmə tərkibinin elan olunması və etiraz hüququnun izah edilməsi
Sədrlik edən məhkəmə tərkibini elan edir və işdə iştirak edən şəxslərə etiraz etmə
hüququnu izah edir. Etiraz üçün əsaslar, edilmiş etirazın həlli qaydası və etirazların təmin
edilməsinin nəticələri bu Məcəllənin 19‐23‐cü maddələri və bu fəsillə müəyyən olunur.
M a d d ə 3 7 5 . İşdə iştirak edən şəxslərə onların hüquq və vəzifələrinin izah edilməsi
Sədrlik edən işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir.
M a d d ə 3 7 6 . İşdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməlirinin nəticələri
376.1. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş işdə iştirak
edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə
salır.
376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə
qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər
üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
376.3. İşə qiyabi baxılması və həllinin bu Məcəllə ilə müəyyən olunmuş qaydaları
apellyasiya icraatına da şamil edilir.
M a d d ə 3 7 7 . İşdə iştirak edən şəxslərin müraciətlərinin məhkəmə tərəfindən həll
edilməsi
İşdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı
olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri
dinlənildikdən sonra məhkəmə tərəfindən həll edilir.
M a d d ə 3 7 8 . İşin məruzə edilməsi
İşə apellyasiya instansiyası məhkəməsində baxılması sədrlik edənin və ya hakimlərdən
birinin məruzəsi ilə başlanır. Məruzəçi işin hallarını, birinci instansiya məhkəməsi
qətnaməsinin məzmununu, apellyasiya şikayətinin dəlillərini və ona dair daxil olmuş etirazları,
məhkəməyə təqdim olunmuş yeni sübutların məzmununu izah edir, habelə məhkəmə
qətnaməsinin yoxlanılması üçün zəruri olan digər materiallar haqqında məlumat verir.
M a d d ə 3 7 9 . İşdə iştirak edən şəxslərin izahatları
Məruzədən sonra məhkəmə, məhkəmə iclasına gəlmiş işdə iştirak edən şəxslərin və
nümayəndələrin izahatlarını dinləyir. Birinci apellyasiya şikayətini vermiş şəxs və onun
nümayəndəsi çıxış edir. Qətnamədən hər iki tərəf şikayət verdikdə, birinci iddiaçı çıxış edir.
M a d d ə 3 8 0 . Sübutların araşdırılması
380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan
edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə
təqdim edilməsinin qeyri‐mümkün olduğunu hesab edərsə, araşdırır.
380.2. Tərəflər əlavə şahidlərin çağırılması və dindirilməsi, birinci instansiya məhkəməsinin
araşdırmadan imtina etdiyi digər sübutların tələb edilməsi haqqında vəsatətlər verə bilərlər.
M a d d ə 3 8 1 . Məhkəmə çıxışları
Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni sübutlar araşdırıldığı halda məhkəmə
çıxışlarına yol verilə bilər. Bu zaman birinci apellyasiya şikayətini vermiş şəxs çıxış edir.
M a d d ə 3 8 2 . Qətnamənin çıxarılması və elan edilməsi
Məhkəmə çıxışlarından sonra məhkəmə qətnamə çıxarmaq üçün müşavirə otağına gedir.
Müşavirədən sonra hakimlər qəbul edilmiş qətnaməni elan edirlər.
M a d d ə 3 8 3 . Məhkəmə iclasının protokolu
Apellyasiya icraatında bu Məcəllənin 22‐ci fəsli ilə müəyyən edilmiş qaydada protokol
yazılır.
M a d d ə 3 8 4 . Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri
384.0. Apellyasiya instansiyası məhkəməsi:
384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya
məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni
qətnamə qəbul edə bilər;
384.0.3. qətnaməni dəyişdirə bilər;
384.0.4. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və
yaxud ərizəni baxılmamış saxlaya bilər.
M a d d ə 3 8 5 . Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün
əsaslar
Dostları ilə paylaş: |