qərardadlarından ‐ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə
kollegiyasına;
205
404.1.2. apellyasiya məhkəmələrinin iqtisadi mübahisələrə dair işlər üzrə kollegiyalarının və
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin iqtisadi mübahisələrə dair işlər üzrə
kollegiyasının qətnamələrindən
və qərardadlarından ‐
Azərbaycan Respublikası Ali
Məhkəməsinin iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasına.
206
404.2. Aidiyyətə dair mübahisələr üzrə kassasiya şikayətlərinə mülki işlər və iqtisadi
mübahisələr üzrə kollegiyaya daxil olan hakimlərin qarışıq tərkibində baxıla bilər.
M a d d ə 4 0 5 . Kassasiya şikayəti vermə müddəti
Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı
müddətlərdə verilə bilər:
405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay
müddətində;
405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün
müddətində.
207
M a d d ə 4 0 6 . Kassasiya şikayəti vermə qaydası
406.1. Kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə
verilir.
406.2. Əgər kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinə bilavasitə verilərsə, onda
bu məhkəmə tərəfindən həmin şikayət bu Məcəllənin 407‐409‐cu maddələri ilə nəzərdə
tutulmuş tələblərin yerinə yetirilməsi üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə
göndərilir.
M a d d ə 4 0 7 . Kassasiya şikayətinin məzmunu
208
407.1. Kassasiya şikayətində aşağıdakılar göstərilməlidir:
407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;
407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer
və işdə prosessual vəziyyəti , şikayəti verən hüquqi şəxsin adı, yerləşdiyi ünvan;
407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi
tarix, mübahisənin predmeti;
407.1.4. şikayəti verən şəxsin tələbi, maddi və yaxud prosessual hüquq normalarının
düzgün tətbiq edilməməsinin nədən ibarət olması;
407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı.
407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi
nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə
və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə
yol verilmir.
407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti
tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən
verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
209
407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə
olunur.
M a d d ə 4 0 8 . Kassasiya şikayətinin qaytarılması
408.1. Kassasiya şikayəti aşağıdakı hallarda qaytarılır:
408.1.1. kassasiya şikayəti bu Məcəllənin 407.1‐ci maddəsinin tələblərinə cavab vermirsə,
kassasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi
göstərilməyən şəxs tərəfindən imzalanmışsa;
210
408.1.2. şikayət qətnamə və qərardadı qəbul etmiş məhkəmə vasitəsi ilə göndərilməmişsə;
408.1.3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə
dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;
211
408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə təmin olunmamışsa və
buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verilməmişsə;
408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının,
yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə;
408.1.6. kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən
şəxslərə göndərilənə kimi şikayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizə daxil
olmuşsa;
408.2. Bu Məcəllənin 408.1.1. və 408.1.3.—408.1.5‐ci maddələrində nəzərdə tutulmuş
hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən, 408.1.2‐ci
maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya instansiyası
məhkəməsi tərəfindən, 408.1.6‐cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə
kassasiya şikayətinin qaytarılması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı
instansiya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasiya instansiyası
məhkəmələri tərəfindən qaytarılır.
408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
408.4. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılmasına
dair qərardaddan kassasiya instansiyası məhkəməsinə şikayət verilə bilər.
408.5. Bu Məcəllənin 408.1.1—408.1.6‐cı maddələrində göstərilən nöqsanlar aradan
qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə
müraciət edə bilər.
M a d d ə 4 0 9 . İşin kassasiya instansiyası məhkəməsinə göndərilməsi
Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407‐ci maddəsinin
tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407‐ci maddəsinin tələblərinə cavab verən
kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə
müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.
212
M a d d ə 4 1 0 . Kassasiya şikayətindən imtina edilməsi
410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə
haqlıdır.
410.2. Məhkəmə bu Məcəllənin 191‐ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən
imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən
başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya
şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir.
410.3. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar
çıxarır.
Dostları ilə paylaş: |