M a d d ə 4 1 1 . Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad
Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə kassasiya instansiyası məhkəməsinin
hakimi qərardad çıxardır.
M a d d ə 4 1 2 . Kassasiya şikayətinin rəsmi qaydada verilməsi
412.1. Kassasiya şikayəti və buna əlavə olunmuş sənədlər əks tərəfə rəsmi qaydada verilir.
412.2. İşdə iştirak edən şəxslər kassasiya şikayətinin surəti onlara rəsmi qaydada
verildikdən sonra 20 gündən gec olmayaraq kassasiya şikayətinə dair etirazlarını və yaxud
izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.
213
M a d d ə 4 1 3 . Qətnamənin və ya qərardadın icrasının dayandırılması
413.0. Kassasiya_instansiyasında_işə_baxmanın_hədləri'>Kassasiya məhkəməsi işdə iştirak edən şəxslərin vəsatəti ilə apellyasiya instansiyası
məhkəməsinin qəbul etdiyi qətnamənin və ya qərardadın və birinci instansiya məhkəməsinin
onlarla bağlı olan qətnaməsinin, qərardadının icrasını kassasiya icraatı başa çatana kimi
aşağıdakı hallarda dayandıra bilər:
413.0.1. işdə iştirak edən şəxslər çoxuşaqlı ailəyə malikdirlərsə;
413.0.2. işdə iştirak edən şəxslər əmək qabiliyyətinin, ailəni dolandıranın itirilməsi, xəstəlik,
əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu nəticəsində ağır maddi vəziyyətə
düşmüşlərsə;
413.0.3. işdə iştirak edən şəxslər yaşayış sahəsini itirmişlərsə və digər yerdə yaşamağa
imkanları yoxdursa.
214
M a d d ə 4 1 4 . Kassasiya şikayətinə baxılması müddəti
Qanunda başqa müddət müəyyən edilməyibsə, Azərbaycan Respublikası Ali
Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına, yaxud iqtisadi mübahisələrə dair
məhkəmə kollegiyasına işlə birlikdə daxil olmuş kassasiya şikayətinə onun daxil olduğu
gündən 2 ay müddətində baxılır.
215
M a d d ə 4 1 5 . İşdə iştirak edən şəxslərin xəbərdar edilməsi
415.1. Kassasiya instansiyası məhkəməsi işin baxılmasını elə müddətə təyin etməlidir ki,
işdə iştirak edən şəxslərin verilmiş şikayətə dair yazılı etiraz verməyə imkanları olsun.
415.2 İşdə iştirak edən şəxslər və onların nümayəndələri işə baxılma vaxtı və yeri barədə
xəbərdar edilirlər.
415.3. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən
şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə
baxılmasına mane olmur.
216
Maddə 415‐1. Kassasiya instansiyasında işə baxılması
217
415‐1.1. Sədrlik edən məhkəmə iclasını açır və hansı işə, kimin kassasiya şikayəti ilə
baxıldığını elan edir, işdə iştirak edən şəxslərdən kimin gəldiyini aydınlaşdırır və gəlmiş
şəxslərin şəxsiyyətini müəyyən edir, həmçinin vəzifəli şəxslərin və vəkillərin səlahiyyətlərini
yoxlayır.
415‐1.2. Məhkəmə tərkibi elan edilir. İşdə iştirak edən şəxslərə onların hüquq və vəzifələri
izah olunur.
415‐1.3. İşə baxılması sədrlik edənin məruzəsi ilə başlayır. Əvvəl kassasiya şikayəti verən
şəxs və onun vəkili, daha sonra isə digər tərəf dinlənilir.
415‐1.4. Sonra məhkəmə müşavirə otağına gedir. Müşavirə otağında qərar səs çoxluğu ilə
qəbul edilir. Azlıqda olan hakim xüsusi rəyini yazıb işə əlavə edə bilər. Qəbul edilən qərar
sədrlik edən və ya hakimlərdən biri tərəfindən elan edilir.
M a d d ə 4 1 6 . Kassasiya instansiyasında işə baxmanın hədləri
Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
M a d d ə 4 1 7 . Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri
218
417.1. Kassasiya məhkəməsi işə baxarkən:
417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik
edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;
417.1.2. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə
bilər;
417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud
qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə
bilər;
417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud
qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar
əsasında yeni qərar qəbul edə bilər;
219
417.1.5. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud
qismən ləğv edib, bu Məcəllənin 259.0.1‐259.0.3‐cü və 259.0.8.—259.0.10‐cu maddələrinə
müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin
261.0.1‐261.0.7‐ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
417.1.6. müvafiq apellyasiya instansiyası məhkəməsində işə təkrarən baxılmasının
yolverilməzliyi müəyyən edildikdə işin baxılmasını başqa apellyasiya instansiyası
məhkəməsinə həvalə edə bilər.
220
417.2. Bu Məcəllənin 417.1.4‐cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul
edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və
ya düzgün tətbiq edilməmiş olsun.
221
M a d d ə
4 1 8 . Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya
qərardadının ləğv edilməsinin əsasları
418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq
olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi
üçün əsasdır.
418.2. Bu Məcəllənin 386‐cı maddəsində göstərilən hallarda maddi hüquq normaları
pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir.
418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması
qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün
qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
418.4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin
dəlillərindən asılı olmayaraq aşağıdakı hallarda ləğv edilməlidir:
Dostları ilə paylaş: |