394.1. İşə Apellyasiya qaydasında baxan məhkəmə bu Məcəllənin 265.4‐cü və 265.5‐ci
maddəsində nəzərdə tutulmuş hallarda, habelə işə birinci instansiya məhkəməsində baxılması
zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi
qərardad çıxara bilər.
199
394.2. Hakimlər barəsində çıxarılmış xüsusi qərardad intizam icraatının başlanması üçün
apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən Məhkəmə‐Hüquq Şurasına göndərilir.
F ə s i l 4 2
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏLƏRİNİN QƏRARDADLARINDAN ŞİKAYƏT
VERİLMƏSİ
M a d d ə 3 9 5 . Birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət vermək
hüququ
395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin
qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər:
395.1.1. bu Məcəllədə göstərilən hallarda;
395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda.
395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə
iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya
şikayətlərinə daxil edə bilərlər.
M a d d ə 3 9 6 . Şikayətin verilmə müddəti
396.1. Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra
10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər.
200
396.2. Əgər qərardad tərəflərin iştirakı ilə elan edilirsə, şikayət vermə müddəti qərardadın
elan edildiyi vaxtdan hesablanır.
M a d d ə 3 9 7 . Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması
müddəti və qaydası
397.1. Bu Məcəllənin 269.3‐cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin
qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə
göndərilir.
397.2. Apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan
20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır.
M a d d ə 3 9 8 . Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti
398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə
aşağıdakıları etmək hüququ vardır:
398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək;
398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya
məhkəməsinə göndərmək;
398.0.3.qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll
etmək.
201
M a d d ə 3 9 9 . Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi
Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə
apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan
birinci instansiya məhəkəməsi üçün məcburidir.
202
M a d d ə 4 0 0 . Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi
qərardadının qanuni qüvvəsi
Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadı onun çıxarıldığı
andan qanuni qüvvəyə minir.
M a d d ə 4 0 1 . İşin qaytarılması
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini və ya
qərardadını dəyişdirmədən saxlamaq və yaxud qərardadı ləğv edib işi birinci instansiya
məhkəməsinə göndərmək barədə məhkəmə aktı qəbul etdikdən sonra, bunlardan şikayət
olmadıqda, iş apellyasiya instansiyası məhkəməsi aktının təsdiq edilmiş surəti ilə birlikdə
birinci instansiya məhkəməsinə göndərilir.
F ə s i l 4 3
Kassasiya_şikayəti_vermə_hüququ_203'>KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNDƏ İCRAAT
Maddə 402. Kassasiya şikayəti vermə hüququ
203
Apellyasiya məhkəmələrinin mülki işlər üzrə və iqtisadi mübahisələrə dair işlər üzrə
kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki işlər və iqtisadi
mübahisələrə dair işlər üzrə kollegiyalarının qətnamə və qərardadlarından kassasiya şikayəti
verilə bilər.
M a d d ə 4 0 3 . Kassasiya şikayəti ilə müraciət etmək hüququ
403.1. Apellyasiya instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamələrindən və
qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər
şikayət verə bilərlər.
403.2. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb
olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya
instansiyası məhkəməsinin qanuni qüvvəyə minmiş qətnamə və qərardadından təqdimat verə
bilər.
204
403.3. Bu Məcəllənin 50‐ci və 306‐cı maddələrində nəzərdə tutulmuş hallarda prokuror
məhkəmə araşdırmalarında iddiaçı və ya ərizəçi olduqda, protest vermək hüququna malikdir.
403.4. Prokurorun protesti iştirak etdiyi iş üzrə onun tərəfindən kassasiya instansiyası
məhkəməsinə verilən şikayətdir və hüquqi mahiyyətinə, nəticələrinə görə kassasiya şikayətinə
bərabər tutulur.
M a d d ə 4 0 4 . Kassasiya qaydasında işə baxan məhkəmə
404.1. Apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından
kassasiya qaydasında aşağıdakı məhkəmələrə şikayət vermək olar:
404.1.1. apellyasiya məhkəmələrinin mülki işlər üzrə kollegiyalarının və Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə kollegiyasının qətnamələrindən və
Dostları ilə paylaş: |