Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə38/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   34   35   36   37   38   39   40   41   ...   78

SEÇKİ (REFERENDUMDA İŞTİRAK) HÜQUQLARININ MÜDAFİƏSİ HAQQINDA  
ƏRİZƏLƏRƏ DAİR İCRAAT 
128 
M a d d  ə  2 9 0 .  Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi haqqında 
ərizələrin verilməsi 
129 
Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair ərizələr apellyasiya instansiyası 
məhkəmələrinə  Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsi  ilə  müəyyən  edilmiş  qaydada 
verilir. 
130 
M a d d  ə 
2 9 1 .   Seçki  (referendumda  iştirak)  hüquqlarının  müdafiəsi  haqqında 
ərizələrə baxılması 
131 
291.1.  Seçki  (referendumda  iştirak)  hüquqlarının  müdafiəsinə  dair  işlər  üzrə  daxil  olmuş 
ərizələrə  məhkəmə  tərəfindən  3  gün  müddətinə  (seçkilər  günü  və  həmin  gündən  sonra  daxil 
olmuş ərizələrə isə ‐ dərhal) baxılır. 
291.2.  Məhkəmə  tərəfindən  ərizəyə  ərizəçinin,  müvafiq  seçki  komissiyasının  və  ya  digər 
maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada 
xəbərdar  edilmiş  göstərilən  şəxslərin  məhkəməyə  gəlməməsi  işə  baxılmasına  və  onun  həll 
edilməsinə mane olmur. 
291.3. Ərizəyə baxılması üzrə məhkəmənin çıxardığı qətnamə dərhal icra edilməlidir. 
132 
M a d d  ə  2 9 2 .  Məhkəmənin qərarından şikayət verilməsi 
Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə 3 gün müddətində bu Məcəllə ilə 
müəyyən  edilmiş  qaydada  şikayət  verilə  bilər.  Bu  şikayətə  3  gün  müddətində  (seçki  günü  və 
həmin  gündən  sonra  daxil  olmuş  ərizələrə  isə  ‐ dərhal)  baxılır  və  məhkəmənin  qəbul  etdiyi 
qərar qətidir. 
133 
F ə s i l   2 6  
MÜVAFİQ İCRA HAKİMİYYƏTİ ORQANLARININ VƏ ONLARIN VƏZİFƏLİ 
ŞƏXSLƏRİNİN İNZİBATİ XƏTALAR HAQQINDA QƏRARLARI İLƏ ƏLAQƏDAR 
MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR ÜZRƏ İCRAAT 
134 
M a d d  ə  2 9 3 .  Ərizənin verilməsi 
293.1.  İnzibati  məsuliyyətə  cəlb  edilmiş  hər  hansı  şəxs  inzibati  xətalar  haqqında  işlərə 
baxmağa səlahiyyəti  olan  orqanın  (inzibati  orqanın)  və  ya  vəzifəli  şəxsin  tənbeh  edilməsi 
barədə qərarı ilə əlaqədar məhkəmədə mübahisə qaldıra bilər. 
135 
293.2. İnzibati xətadan zərər çəkmiş şəxsin də inzibati tənbeh barədə qərardan məhkəmədə 
şikayət etmək hüququ vardır. 
136 
293.3. Ərizə şəxsin yaşayış yeri üzrə məhkəməyə, inzibati tənbehin verilməsi barədə qərarın 
surətinin təqdim edildiyi və ya onun şəxsə elan edildiyi gündən 10 gün müddətində verilir. 


293.4.  Ərizədə  bu  Məcəllənin  149‐cu  maddəsində  nəzərdə  tutulmuş  məlumatlar,  habelə 
konkret  olaraq  hansı  qərardan  şikayət  edildiyi  barədə  məlumatlar,  onun  çıxarıldığı,  surətinin 
təqdim edildiyi və ya şəxsə elan edildiyi tarix göstərilməlidir. 
293.5. Ərizənin məhkəməyə verilməsi inzibati tənbeh haqqında qərarın icrasını dayandırır. 
293.6.  Ərizənin  məhkəməyə  verilməsi,  məhkəmə  tərəfindən  onun  qəbul  edilməsi  və 
baxılması üçün maraqlı şəxsin tabelik qaydasında yuxarı orqanlara və ya yuxarı vəzifəli şəxsə 
ilkin müraciəti məcburi şərt deyildir. 
M a d d  ə  2 9 4 .  Ərizəyə baxılması 
294.1.  Ərizəyə  məhkəmə  tərəfindən  10  gün  müddətində  baxılır.  Ərizə  vermiş  şəxs,  habelə 
hərəkətindən  (hərəkətsizliyindən)  şikayət  edilən  inzibati  xətalar  haqqında  işlərə  baxmağa 
səlahiyyəti  olan  orqan  və  ya  vəzifəli  şəxs  məhkəmə  iclasının  vaxtı  və  yeri  barədə  məhkəmə 
tərəfindən xəbərdar  edilir,  lakin  onların  gəlməməsi  işə  baxılması  və  onun  həlli  üçün  maneə 
deyildir.
137 
294.2.  İşə  baxarkən məhkəmə  inzibati  tənbeh  barədə  qərarın  qanuniliyini  və  əsaslılığını 
yoxlayır  və  müəyyən  edir:  qərar  qanun  əsasında  və  səlahiyyətli  orqan  və  ya  vəzifəli  şəxs 
tərəfindən qəbul edilmişdirmi; şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin və ya onun üzərinə 
qoyulmuş  vəzifələrin  yerinə  yetirilməsinin  müəyyən  edilmiş  qaydalarına  əməl  edilmişdirmi; 
şəxs  qanunvericiliyə  müvafiq  olaraq  məsuliyyətə  səbəb  olan  inzibati  hüquq  pozuntusu 
törətmişdirmi və o, bu pozuntunun törədilməsində təqsirkardırmı. 
138 
M a d d  ə  2 9 5 .  Məhkəmənin qətnaməsi 
295.1.  Məhkəmə  inzibati  xəta  tərkibi  və  hadisəsi  olmadığına  görə,  habelə  Azərbaycan 
Respublikasının  İnzibati  Xətalar  Məcəlləsində  sadalanan  inzibati  xəta  haqqında  iş  üzrə  icraatı 
istisna  edən  digər  hallara  görə  şəxsin  əsassız  inzibati  məsuliyyətə  cəlb  edildiyi  qənaətinə 
gələrsə, məhkəmə qərarın ləğv edilməsi və inzibati xətalar haqqında işə xitam verilməsi barədə 
qətnamə çıxarır. 
139 
295.2.  Məhkəmə  törədilmiş  inzibati  xətanın  xarakterini,  inzibati  xəta  törədən  şəxsin 
şəxsiyyətini,  onun  təqsirlik  dərəcəsini,  əmlak  vəziyyətini,  məsuliyyəti  yungülləşdirən  digər 
halları nəzərə alaraq tənbeh tədbirini dəyişə bilər. 
140 
295.3. Məhkəmə inzibati tənbehi gücləndirə bilməz. 
295.4.  Məhkəmə  inzibati  orqanın  və  ya  vəzifəli  şəxsin  inzibati  tənbehin  tətbiqi  üzrə 
hərəkətlərinin  qanuni  və  əsaslı  olduğunu  müəyyən  edərsə, qərarı  dəyişiklik  etmədən,  ərizəni 
isə təmin etmədən saxlayır. 
295.5.  Məhkəmə  inzibati  xəta  haqqında  iş  üzrə  qərarın  inzibati  orqan  və  ya  vəzifəli  şəxs 
tərəfindən onların səlahiyyətlərinin aşması ilə çıxarıldığını müəyyən edərsə, qərarı ləğv edir və 
inzibati  tənbehin  müddəti  keçməmişsə, işi  baxılmaq  üçün  yuxarı  orqana  və  ya  vəzifəli  şəxsə 
141
göndərir, yaxud inzibati tənbehi tətbiq etmə müddəti ötmüşsə, iş üzrə icraata xitam verir
.
F ə s i l   2 7  
MÜVAFİQ İCRA HAKİMİYYƏTİ ORQANLARININ, YERLİ ÖZÜNÜİDARƏ 
ORQANLARININ, SAİR ORQAN VƏ TƏŞKİLATLARIN, ONLARIN VƏZİFƏLİ 
ŞƏXSLƏRİNİN QƏRARLARI VƏ HƏRƏKƏTLƏRİ (HƏRƏKƏTSİZLİYİ) İLƏ ƏLAQƏDAR 
MÜBAHİSƏLƏRƏ DAİR İŞLƏR ÜZRƏ İCRAAT 
M a d d  ə  2 9 6 .  Ərizənin verilməsi 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə