M a d d ə 2 7 7 . Ərizənin verilməsi
277.1. Məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4‐cü fəslində müəyyən edilmiş ümumi
aidiyyət qaydalarına əsasən verilir.
277.2. Məhkəmə əmri haqqında ərizənin verilməsi üçün on manat məbləğində dövlət
rüsumu ödənilir.
125
M a d d ə 2 7 8 . Ərizənin forması və məzmunu
278.1. Məhkəməyə ərizə yazılı formada verilir.
278.2. Ərizədə aşağıdakılar göstərilməlidir:
278.2.1. ərizənin verildiyi məhkəmənin adı;
278.2.2. kreditor haqqında məlumatlar: soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu
yer;
278.2.3. borclu haqqında məlumatlar: soyadı, adı, atasının adı, iş yeri yaşayış yeri üçün və
ya olduğu yer;
278.2.4. kreditorun tələbi və onun əsaslandığı hallar;
278.2.5. tələbin əsaslığını təsdiq edən sənədlər;
278.2.6. əlavə edilən sənədlərin siyahısı.
278.3. Ərizə kreditor və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən
verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd və kreditorun əsaslandığı sənədlər
əlavə edilməlidir.
M a d d ə 2 7 9 . Baxılmanın sadələşdirilmiş qaydasının yolverilməzliyi
279.1. Məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu
Məcəllənin 153‐cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir.
279.2. Bundan başqa, aşağıdakı hallar da imtina üçün əsasdır:
279.2.1. verilmiş tələb bu Məcəllənin 276‐cı maddəsi ilə nəzərdə tutulmamışdırsa;
279.2.2. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa;
279.2.3. ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa.
279.3. Ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul
edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz.
279.4. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması
kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda
kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır.
M a d d ə 2 8 0 . Məhkəmə əmrinin çıxarılması qaydası
Məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində,
məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır.
M a d d ə 2 8 1 . Məhkəmə əmrinin məzmunu
281.1. Məhkəmə əmrində aşağıdakılar göstərilməlidir:
281.1.1. icraatın nömrəsi və əmrin çıxarılma tarixi:
281.1.2. Məhkəmənin adı, əmri vermiş hakimin soyadı, adı, atasının adı;
281.1.3. kreditorun və borclunun soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer, iş
yeri;
281.1.4. tələbin ödənilməsinin hüquqi əsası;
281.1.5. alınmalı olan pul məbləği və ya dəyəri göstərilməklə alınmalı olan əmlak;
281.1.6. dəbbə pulunun məbləği, əgər onun alınması qanunla və ya müqavilə ilə nəzərdə
tutulmuşdursa;
281.1.7. borcludan kreditorun xeyrinə və ya dövlət büdcəsinə tutulmalı olan dövlət
rüsumunun məbləği.
281.2. Yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment alınması haqqında məhkəmə
əmrində bu Məcəllənin 281.1.1‐‐281.1.5‐ci maddələrində nəzərdə tutulmuş məlumatlarla
yanaşı: borclunun anadan olduğu gün və yer, onun iş yeri, saxlanmaları üçün aliment müəyyən
edilən hər bir uşağın adı və anadan olduğu gün, hər ay borcludan tutulan ödəmələrin məbləği
və onların tutulma müddəti göstərilir.
281.3. Məhkəmə əmri hakim tərəfindən imzalanır və 3 gün müddətində onun surəti
təqdimetmə haqqında bildirişlə borcluya təqdim olunur və ya göndərilir.
M a d d ə 2 8 2 . Etiraz
Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun
hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər.
M a d d ə 2 8 3 . İddia icraatına keçid
Borclunun etirazı prosessual baxımdan iddia ərizəsinə bərabər tutulur. Əgər o, vaxtında
verilmişdirsə, hakim əmri ləğv edir və materiallar bu Məcəllə ilə müəyyən edilmiş ümumi
müddəalara uyğun olaraq iddia icraatına keçir.
M a d d ə 2 8 4 . Məhkəmə əmrinin icra edilməsi
284.1. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə
bilməz.
284.2. Əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa,
hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə
əmrinin surətini verir.
İKİNCİ YARIMBÖLMƏ
ÜMUMİ HÜQUQİ MÜNASİBƏTLƏRDƏN ƏMƏLƏ GƏLƏN İŞLƏR ÜZRƏ İCRAAT
(XÜSUSİ İDDİA İCRAATI)
F ə s i l 2 4
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 2 8 5 . Məhkəmə tərəfindən baxılan ümumi hüquqi münasibətlərdən əmələ
gələn işlər
285.0. Bu fəsildə göstərilən qaydada məhkəmə xüsusi iddia icraatı qaydasında aşağıdakı
işlərə baxır:
285.0.1. seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi barədə ərizələr üzrə;
126
285.0.2. müvafiq icra hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin inzibati hüquq
pozuntuları barədə qərarlarına dair ərizələr üzrə;
285.0.3. müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, sair orqan və
təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən)
olan ərizələr üzrə;
285.0.4. hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərarlarından və hərəkətlərindən
(hərəkətsizliyindən) olan ərizələr üzrə;
285.0.5. normativ xarakterli aktların qanuniliyinin mübahisə edilməsi barədə ərizələr
üzrə.
127
M a d d ə 2 8 6 . Ərizənin verilməsi
286.1. Ərizə bu Məcəllənin 4‐cü fəsli ilə müəyyən edilmiş ümumi aidiyyət qaydalarına
əsasən verilir.
286.2. Məhkəməyə ərizənin təqdim edilməsi, məhkəmə tərəfindən onun qəbul edilməsi və
mahiyyəti üzrə həll edilməsi üçün maraqlı şəxslərin yuxarı orqanlarına ilkin müraciəti məcburi
şərt deyildir.
286.3. Ərizənin verilmə müddətinin buraxılması, tənbehin edilmə müddətinin, habelə
qərarın icra müddətinin ötməsi ərizənin məhkəmə baxışına qəbul edilməsindən imtina üçün
əsas deyildir.
286.4. Müddətlər, işin düzgün həlli üçün onların əhəmiyyəti, ərizənin məzmunundan asılı
olmayaraq, məhkəmə tərəfindən yoxlanılır.
286.5. İddia ərizəsinin məzmunu və ona əlavə edilən sənədlər bu Məcəllənin 149 və 150‐ci
maddələri ilə nəzərdə tutulmuş tələblərə cavab verməlidir. Ərizədə əmlak tələbləri, şikayət
olunan aktın, hərəkətin (hərəkətsizliyin) əsası göstərilə bilər.
M a d d ə 2 8 7 . Sübutetmə vəzifəsi
Dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, habelə başqa orqanların aktlarının və
qərarlarının qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı və ya qərarı qəbul
etmiş orqanın üzərinə düşür.
M a d d ə 2 8 8 . İşlərə baxılması və həll edilməsi qaydası
Məhkəmə tərəfindən ümumi hüquq münasibətlərindən əmələ gələn işlər bu Məcəllənin
24—29‐cu fəsilləri və digər qanunlarla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla,
ümumi iddia icraatı qaydasında baxılır və həll edilir.
M a d d ə 2 8 9 . Şikayət etmə qaydası
Bu Məcəllənin 24‐29‐cu fəsillərinə müvafiq olaraq qəbul edilmiş məhkəmə aktlarından
(qətnamələrindən, qərardadlarından) bu məcəllə ilə müəyyən edilmiş qaydada şikayət verilir.
F ə s i l 2 5
Dostları ilə paylaş: |