Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə172/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   168   169   170   171   172   173   174   175   ...   189

Uilyam Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Dənizlər tanrısı böyük Neptunun 

Coşqun dəryaları, daşqın çayları 

Bu əllərdən qanı yuya bilərmi? 

Yox, yox, mümkün deyil. Mənim əllərim 

Bütün kainatın göy sularını 

Qan kimi qızardar öz qan rəngiylə. 

Ledi Maqbet qayıdır. 

Le di  M a qb e t .  

Sənin əllərintək mənim əllərim 

İndi gör necə də qıpqırmızıdır! 

Fəqət utanıram, ağciyərəm mən. 

Darvaza döyülür. 

Cənub tərəfdəki bayır qapını 

Odur ha, döyürlər, eşidirsənmi? 

Yataq otağına gedək tezcə biz. 

Bir azca su yuyar bu ləkələri. 

Onda asan olar izi itirmək. 

Hanı mətanətin, hanı dözümün?! 

Özünü ələ al, sənə nə oldu?! 



Darvaza döyülür. 

Yenə də döyülür bayır qapısı. 

Dəyiş paltarını, cəld ol, əzizim, 

Gecə xələtini geyin əyninə. 

Bizi görən olsa, şübhələnməsin, 

Bilməsin ki, gecə oyaq qalmışıq. 

Artıq bu işləri yadından çıxar, 

Burax fikirləri, qətiyyətli ol. 

M a qb e t .  

Özünü unutmaq asandır, asan, 

Fəqət o qətli unutmaq olmur. 

Darvaza döyülür. 

Sən bu tıqqıltınla, bu hay-küyünlə 

Dunkanı yuxudan oyadaydın kaş. 

Gedirlər. 

 

692 

downloaded from KitabYurdu.org



ÜÇÜNCÜ SƏHNƏ

 

Yenə həmin yer. 

Qapıçı gəlir. Darvaza döyülür. 

Qa p ıç ı.   Bax,  qapı  döymək  buna  deyərlər  ha!..  Cəhənnəmdə  də 

qapıçı olsan, yenə vəzifən qapı açmaqdır. 

(Darvaza döyülür.)

 

Sındır, hə, 

sındır.  Şeytan  Velzevula  eşqinə,  de  görüm  kimsən?  Bildim,  zavallı 

fermersən.  A  yazıq,  taxılı  saxladın,  elə  bildin,  qıtlıq  olacaq,  yaxşı 

qazanc  əldə  edəcəksən.  Əksinə,  bolluq  oldu.  Yaman  ziyana  düşdün. 

Dərdə  tablamayıb  özünü  asdın.  Lap  vaxtında  gəlmisən.  Bacardığın 

qədər  dəsmal  hazırla.  Cəhənnəmdə  çoxlu  tərləməli  olacaqsan. 

(Darvaza döyülür.)

 

Sındır, hə, sındır. Başqa bir şeytan eşqinə, de görüm 

kimsən?  Bildim,  ikiüzlü  şahidsən.  Ədalət  məhkəməsi  tərəzisinin  hər 

iki  gözünü  bir-birinə  zidd  olan  yalan  şəhadətlərlə  doldurmusan. 

Allaha  and  içib,  Allaha  o  qədər  xəyanət  etmisən  ki,  cənnətə  gedə 

bilməmisən.  Sənin  yerin  elə  cəhənnəmdir.  Buyur,  içəri  gəl,  ikiüzlü 

şahid. 

(Darvaza  döyülür.)

 

Sındır,  hə,  sındır.  Kimdir?  Bildim.  İngilis 

dərzisisən.  Enli  fransız  şalvarından  kəsib  oğurladığın  üçün  buraya 

gəlmisən.  Buyur,  içəri  gəl,  sən  burada  cəhənnəm  odunda  öz  ütünü 

qızdıra bilərsən. 

(Darvaza döyülür.)

 

Sındır, hə, sındır. Bir dəqiqə rahatlıq 

yoxdur  ki!  Kimsən?  Dayan  bir.  Yaman  soyuqdur.  Burdan  cəhənnəm 

olmaz.  Mən  daha  cəhənnəm  qapıçısı  olmaq  istəmirəm.  Ancaq  kef-

əyləncə  yolu  ilə  gələn,  cəhənnəmin  əbədi  alovuna  can  atan,  hər 

rütbədən  olan  bir  adama  qapı  açmaq  istərdim. 



(Darvaza  döyülür.)

 

Bu 


saat, bu saat. Xahiş edirəm, qapıçıdan mərhəmətinizi əsirgəməyəsiniz. 

(Darvazam açır.)

 

Makduf və Lenoks daxil olurlar. 

M a kdu f.  

Görünür, bu gecə gec yatmısan, dost, 

Onunçün yuxudan gec oyanırsan? 

Qa p ıç ı.   Doğru  buyurursunuz,  cənab,  xoruzların  ikinci  banına 

qədər içmişik. Məlumdur ki, cənab, içki böyük fitnəkardır. Əsasən üç 

şey törədir. 

M a kdu f.  Dediyin əsasən o üç şey nədir? 

Qa p ıç ı.   Belədir,  cənab.  Burun  qızarır,  gözləri  yuxu  qapayır, 

ayaqlar tez-tez bayıra gedib-gəlir. İçki, cənab, əxlaqı pozur da, 

693 

downloaded from KitabYurdu.org




Uilyam Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

pozmur da şəhvəti yandırır da, söndürür də. Gərək içkinin miqdarını 

biləsən,  çünki  artıq  içki  həmişə  şəhvətə  qarşı  riyakardır.  İçki  insanı 

həm şəhvətə qul edir, həm onu şəhvətə qulluq etməyə qoymur, həm 

təhrik  edir,  həm  mane  olur,  həm  sövq  edir,  həm  dəf  edir,  həm 

qızışdırır,  həm  soyudur.  Bir  sözlə,  içki  adamın  gözünü  yalanlarla 

bağlayır, kürəyini yerə vurub aradan çıxır. 

M a kdu f.  

Yəqin ki, bu gecə riyakar içki Sənin 

kürəyini yerə vurubdur. 

Qa p ıç ı.   Elədir,  cənab,  o  riyakar  mənim  boğazımdan  yapışdı. 

Ancaq mən buna görə onun mükafatını verdim. Mən ondan çox güclü 

idim.  O  arabir  mənim  qılçalarımdan  tutsa  da,  mən  kələk  gəlib  onun 

arxasını yerə vurdum. 

M a kdu f.  

Bir desən, yuxudan oyanıb ağan? 



Maqbet gəlir. 

Bizim səs-küyümüz oyatdı onu, 

Narahat elədik. Odur bax, gəlir. 

Le n ok s (



Maqbetə

). Sabahınız xeyir, hörmətli cənab! 

M a qb e t .  Sabahınız xeyir, mehriban dostlar. 

M a kdu f.  Kral oyanıbmı, alicənab tan? 

M a qb e t .  Hələ oyanmayıb. 

M a kdu f.  

Əmr etmişdi ki

İşıqlanan kimi baş çəkim ona. 

Təxminən, bir saat gecikmişəm mən. 

M a qb e t .  Sizi apararam onun yanına. 

M a kdu f.  

Bilirəm bu zəhmət zövq verir sizə, 

Hər halda, bu yenə bir əziyyətdir. 

M a qb e t .  

Zövq verən bir zəhmət əziyyət deyil. 

Baxın, bu da qapı. 

M a kdu f.  

Çatır cürətim, 

Keçim içəriyə, belə əmr edib. 

Gedir. 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə