Uilyam Şclıspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Ayaq səslərimi eşitmə heç vaxt.
Birdən qorxuram ki, sənin daşların
Danışa, faş edə getdiyim yeri.
Çıxa əllərimdən bu gözəl imkan,
Bu qətl bu vaxtla uyğundur yaman.
Mən hədə gəlirəm, yaşayır o kəs,
Danışıq qızdıqca soyuyar həvəs.
Zəng çalınır.
Artıq mən gedirəm, hazırdır hər şey.
Zəng məni çağırır, eşitmə Dunkan.
O səni səsləyir iki aləmə:
Ya uca göylərə, ya cəhənnəmə.
Gedir.
İKİNCİ SƏHNƏ
Həmin yer.
Ledi Maqbet gəlir.
Le di M a qb e t .
Onların huşunu başından alan
Mənim ürəyimə cəsarət verib.
O şərab onlarda söndürüb odu,
Mənim varlığımda atəş yandırıb.
Bir dayan, səs gəlir! Yox, sakitlikdir!
Bayquşdur, ulayır. Bu məşum carçı
Dünyada son dəfə rəhmətliklərə Bir
rahat, uğurlu gecə diləyir.
Bu saat qurtarar Maqbet işini.
Qapılar açıqdır. Məst keşikçilər
CJcadan avazla xoruldayaraq
Yuxuda gülürlər rütbələrinə.
Bihuşdan qatdım şəraba bir az,
Onların dirimi, yoxsa ölümü
688
downloaded from KitabYurdu.org
Olduğunu ayırd eyləmək üçün
Onların üstündə ölümlə həyat
Vuruşur, çarpışır bayaqdan
bəri.
M a q b e t (
səhnə arxasından).
Kimdir, kimdir, ehey?
Le di M a qb e t .
Ah, oyandılar!
O hələ sağdır ki! Onun ölümü
Elə bir şey deyil, sui-qəsdimiz
Açılsa, dəhşətdir, məhv olarıq
biz.
Sakit! Xəncərini xidmətçilərin Onun
böyründəcə hazır qoymuşam.
Maqbet xəncərləri tapmaya bilməz.
Dunkan yatan zaman mənim atama
Bu qədər, bu cürə oxşamasaydı,
Özüm bitirərdim onun işini.
Maqbet gəlir.
Nə oldu?
M a qb e t . Qurtardım... Səs eşitmədin?
Le di M a qb e t .
Eşitdim bayquşun ulamasını,
Hərdən cırcırama cınldayırdı.
Məgər danışırdın?
M a q b e t. Nə zaman?
Le di M a qb e t . İndi.
M a qb e t . Aşağı enəndə?
Le di M a qb e t . Bəli.
M a qb e t .
Bir yavaş!
De görüm, kim yatır qonşu otaqda?
Le di M a qb e t . Donalbayn.
M a qb e t
{əllərinəbaxaraq).
Nə qəmli mənzərədir bu!
Le di M a qb e t . Boş sözdür. Qəmli şey görmürəm burda.
M a qb e t .
Onlardan birisi güldü yuxuda.
O birisi “Qətl!” deyə qışqırdı.
Birdən hər ikisi durdu yuxudan.
689
downloaded from KitabYurdu.org
Uilyam Şekspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Dayanıb dinlədim onlan bu vaxt.
Dua oxudular, yatdılar yenə.
Le di M a qb e t . Orda bir otaqda yatır ikisi.
M a qb e t .
Birisi bağırdı: “Allah, rəhm elə!”
O birisi tezcə çığırdı: “Amin!”
Sanki, qaranlıqda mənim bu qanlı,
Cəllad əllərimi görürdü onlar.
Eşitdim üzücü vahimələri.
Onlar deyəndə ki, “Allah, rəhm elə!”
Dəhşətdən mən “Amin!” deyə bilmədim.
Le di M a qb e t . Sən belə şeylərə çox fikir vermə.
M a qb e t .
Nə üçün mən “Amin” deyə bilmədim?
Allahın rəhminə mənim özümün
Ehtiyacım vardı dünyalar qədər.
Elə buna görə pərçimlənərək
Qaldı boğazımda “Amin” kəlməsi.
Le di M a qb e t .
Düşünmə bu işi bu cür əzabla.
İnsan dəli olar sarsıntılardan.
M a qb e t .
Mənə elə gəlir bir səs eşitdim.
Kimsə qışqırırdı: “Daha yatmayın!
Öldürdü, yuxunu öldürdü Maqbet.
Gündüzün dolaşıq kələflərini
Gecə bir-bir açan, nizama salan,
Yorğun beyinlərdən, üzgün qəlblərdən
Əzabı, illəti çıxaran məlhəm,
Gözəl təbiətin şirin neməti,
Həyatın ən böyük, kamil loğmanı,
O məsum yuxunu öldürdü Maqbet”.
Le di M a qb e t . Sən nə danışırsan?
M a qb e t .
Həmin o adam
Bütün yer üzünün insanlanna
Car çəkib deyirdi: “Daha yatmayın!
690
downloaded from KitabYurdu.org
Yuxunu öldürdü GUamis tanı.
Elə buna görə Kavdor tanı da Bir daha
heç zaman yatmayacaqdır. Maqbet daha, daha
yatmayacaqdır!” Le d i M a q b e t .
Kimiydi orada belə qışqıran?
Axı, hörmətli tan, bu cür mənasız, Səfeh
fikirlərlə sən öz ruhunun Möhkəm
qalasını viran edirsən.
Get, bir azca su tap, əllərindəki Müdhiş
şahidlərin izlərini yu.
Niyə xəncərləri gətirdin, niyə?
Onlar qalmalıdır öz yerlərində.
Cəld tərpən, onları geriyə qaytar. Otaqda
o yatan keşikçilərin Cİstünü-başını qanla
bula sən.
M a qb e t .
Yox, yox, bacarmaram, inan, qorxuram
Mən nə etdiyimi düşünməyə də.
Gördüyüm bu işə bir də baxmağa
Çatmır cəsarətim.
Le di M a qb e t .
Ah, iradəsiz!
Onda xəncərləri ver, aparım mən.
Yatanlar, ölülər şəkil kimidir.
Yalnız uşaq qorxar şeytan şəklindən.
Dunkandan qan axsa, onun qanıyla
Cİzünü-gözünü keşikçilərin Yaxşıca
salaram qızıl suyuna,
Onların üstündə qalar bu günah.
Gedir. Darvaza döyülür.
M a qb e t .
Nədir bu taqqıltı? Kimdir bu döyən?
Mənə nə olubdur? İndi hər bir səs Salır
vahiməyə, dəhşətə məni.
Bu necə əllərdir? Ah! Gözlərimi Az qalır
çıxarsın hədəqəsindən.
691
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |