Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə167/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   163   164   165   166   167   168   169   170   ...   189

Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

DÖRDÜNCÜ SƏHNƏ



 

Forres. Kralın sarayında bir otaq. 

Musiqi sədaları. Dunkan, Malkolm, Donalbayn, Lenoks 

ve əyanlar daxil olurlar. 

D u n k a n .  

Edam etdilərmi Kavdor tanını? Gedənlər 

geriyə qayıtdılarmı? 

M a l k o l m .  

Hökmdar, hələ ki qayıtmayıblar. 

Fəqət bir adamla söhbət etdim mən

Onun ölümünü görüb gözüylə. Dediyinə 

görə, xəyanətkar tan Açıqca boynuna 

almış suçunu. 

Siz əlahəzrətdən xahiş etmiş ki, 

Onun günahını əfv edəsiniz. 

Yaman peşman olmuş tutduğu işə. Onun 

həyatında heç nə, heç bir şey Ona 

ölümütək yaraşmayıbdır. Qorxmaz bir ər 

kimi köçüb dünyadan. Sanki, ömrü boyu, 

həyatı boyu Şərəflə ölməyi öyrənibdir o. 

Dünyada ən əziz olan neməti Tullayıb 

dəyərsiz oyuncaq kimi. 

D u n k a n .  

İnsanın üzünə baxmaqla heç vaxt İnsanın 

qəlbini oxumaq olmur. 

Ona inanırdım mən həddən artıq. 

(Maqbet, 

Banko, Ross və Anqus daxil olurlar.) 

Oh, əziz 

qardaşım, mehriban Maqbet! Sənin 

qiymətini öz layiqincə Verə bilməməkdə 

təqsirkaram mən. Nankorluq ən ağır bir 

günah kimi Sıxır varlığımı 

məngənəsində. 

Bu gün sən öz qartal qanadlarınla Elə 

ucalmısan, yüksəlmisən ki, 

672 

downloaded from KitabYurdu.org




Arxanca nə qədər can atsa belə Sənə 

çata bilməz minnətdarlığım. 

Kaş ki, az olaydı sənin xidmətin, 

O vaxt dönə-dönə təşəkkür edib, Mən 

sənə mükafat verə bilərdim. İndisə 

yeganə bircə çarəm var, Məcburam 

deyim ki, sənin xidmətin Çoxdur 

mənim bütün mükafatımdan. 

M a qb e t .  

Krala borcumdur xidmət eyləmək, 

Yalnız öz borcumu ödəmişəm mən. 

Siz bizim atamız, hökmdarımız, 

Biz sizin oğlunuz, nökərinizik. 

Odur ki, hər zaman hər işimizlə 

Sizin tacınızı, şərəfinizi 

Cİlvi məhəbbətlə qorumalıyıq. 

Du nka n.  

Səni mən əkmişəm, hörmətli qonaq, 

Böyüyüb gül-çiçək açmağın üçün Mən 

də çəkəcəyəm qayğılarını. 



(Bankoya) 

Alicənab Banko, lütfkar dostum, Sənin 

xidmətlərin heç də az deyil. Yaxın gəl, 

mən səni sıxım köksümə. Qoy ürəyim 

olsun sənin məskənin. 

Ba nk o.  

Əgər mən böyüsəm ürəyinizdə, 

Bütün meyvələrim sizin olacaq. 

Du nka n.  Yoxdur sevincimin həddi-hüdudu, 

Az qalır ağlayım səadətimdən. 

Mənim övladlarım, dostlar, əyanlar, 

Mənə ən yaxından yaxın olanlar, 

Biliniz, taxt-tacı, vəliəhd kimi, 

Mənim böyük oğlum Malkolma biz 

Təhvil verməliyik. Artıq bu gündən 

Komberlənd taxtının prinsidir o. 

Bu şərəf, bu şöhrət təkcə ona yox, 

673 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

M a qb e t .  



Həm də bütün comərd, ər igidlərin 

Cİstünə, göydəki ulduzlar kimi, 

Daima, əbədi nur saçacaqdır. 

Maqbet, biz gələcək dostluğumuzun 

Möhkəm binasını ucaltmaq üçün 

Sizə, İnvernesə bərabər gedək. 

Sizə sərf olmayan bir istirahət 

Ən ağır əzabdır, ən ağır zəhmət. 

Özüm olacağam indi müjdəçi, 

Sizin bizə qonaq gəlməyinizi 

Gedib arvadıma deyəcəyəm mən. 

Qəlbən sevinəcək ömür yoldaşım. 

Hökmdar, gedirəm icazənizlə. 

Du nka n.  Mənim Kavdor tanım, ah, nəcib insan! 

M a qb e t  {kənara). 

Komberlənd prinsi! Bax, budur qənim, 

Qayatək durubdur yolumda mənim. 

Ya ondan addayıb ucalmalıyam, 

Ya da ki ilişib heç olmalıyam. 

Ey nurlu ulduzlar, sönünüz artıq, 

Qara niyyətimi açmasın işıq. 

Zülmət, zülmət istər qorxunc əməlim, 

Qoy gözüm qorxmasın, əsməsin əlim. 

Du nka n.  



Gedir. 

Sən doğru deyirsən, hörmətli Banko, 

Maqbet, həqiqətən, cəsur insandır. 

Onu mədh etməkdən doya bilmirəm, 

Onu mədh eləmək zövq verir mənə. 

Gedək arxasınca. Əvvəl getdi ki, 

Yaxşı qarşılasın bizi evində. 

Tayı-bərabəri yoxdur dünyada. 



Musiqi. Gedirlər. 

674 

downloaded from KitabYurdu.org




BEŞİNCİ SƏHNƏ

 

İnvernes. Maqbetin qəsrində bir otaq. 

Ledi Maqbet məktub oxuya-oxuya daxil olur. 

Le di   M a q b e t .   “Düşmənə  qələbə  çaldığımız  gün  onlara  rast 

gəldim.  Danışıqlarından  yəqin  etdim  ki,  onlar  bəşər  övladlarından 

qeyri-adi dərəcədə çox bilirlər. Mən sual verib ətraflı məlumat almaq 

həvəsiylə  odlanarkən  onlar  havaya  dönüb  yoxa  çıxdılar.  Heyrətdən 

özümü  itirmişdim.  Bu  vaxt  kralın  elçiləri  gəlib  qarşımda  dayandılar. 

Hamısı  birlikdə  məni  Kavdor  tanı  rütbəsiylə  təbrik  etdilər.  Bir  az 

əvvəl bu rütbəylə məni həmin sirli-sehrli bacılar təbrik etmiş, mənim 

gələcəyimdən  xəbər  verərək  “Eşq  olsun  kral  Maqbetə!”  deyə  alqış-

lamışdılar.  Ey  mənim  əzəmətimin  əziz  rəfiqəsi!  Gör  səni  hansı  bir 

xoşbəxtlik  gözləyir.  Payına  düşən  bu  sevincdən  məhrum  olmayasan 

deyə  bu  xəbəri  sənə  vaxtında  çatdırmağı  özümə  borc  bildim.  Onu 

ürəyinin ən dərin guşəsində gizlə. Sağ ol!” 

Sən indi Qlamis, Kavdor tanısan. 

Qismətdə nə varsa, nə vəd olubsa, 

Ona da çatarsan bir gün, əzizim. 

Fəqət mən qorxuram təbiətindən. 

O qədər insaflı, rəhmlisən ki, 

Sən öz məqsədinə yetişmək üçün 

Kəsə, qısa yolu seçməyəcəksən. 

Cicalmaq, böyümək arzusundasan, 

Qəlbinə hakimdir şöhrətpərəstlik, 

Yoxdur ürəyində ədaflıq ancaq. 

Xəyanət etmədən, pislik etmədən 

Dünyada taxt-taca çatmaq olarmı?! 

Hiyləsiz oyunla bu cür yarışda 

Şərəfsiz qələbə çalmaqdır qəsdin. 

Yox, yox, belə olmaz, Qlamis tanı, 

Sənin can atdığın o arzu, niyyət 

Qışqınr, hayqırır bütün səsiylə: 

“Ya öldür, ya əl çək hakimiyyətdən!” 

Qalmısan tərəddüd məngənəsində, 

Qəlbən istədiyin bu cinayəti 

675 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə