Uilyam Şekspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
BİRİNCİ PƏRDƏ
BİRİNCİ SƏHNƏ
Açıq bir yer.
Şimşək çaxır, ildırım düşür. Üç cadugər peyda olur.
B i r i n c i c a d u g ə r .
Bir də haçan gələk? Yağış yağanda,
Ya tufan qopanda, şimşək çaxanda? İ k i n c i
c a d u g ə r .
Bu qanlı çarpışma bitdiyi zaman,
ü ç ü n c ü c a d u g ə r .
Bu, yəqin qurtarar gün batanacan.
B i r i n c i c a d u g ə r .
Harda görüşəyin?
İ k i n c i c a d u g ə r .
üzaq səhrada, ü ç ü n c ü c a d u g ə r .
Maqbet də olacaq mütləq orada.
B i r i n c i c a d u g ə r .
Pişik movuldayır, vaxtdır, gedəyin.
İ k i n c i c a d u g ə r .
Qurbağa çağınr, pərvaz edəyin.
H a m ı s ı .
Xeyir şər deməkdir, şər isə xeyir.
Süzək buludlarda, alovlansın yer.
Qeyb olurlar.
660
downloaded from KitabYurdu.org
İKİNCİ SƏHNƏ
Forres yaxınlığında düşərgə.
Səhnə arxasından döyüş hayqırtılan gəlir.
Kral Dunkan, Malkolm, Donalbayn, Lenoks məiyyətlə daxil olurlar.
Onlar yaralı bir əsgər görürlər.
D u n k a n .
Qanına bələnmiş bu adam kimdir?
Mənə elə gəlir, qiyam barədə O təzə
bir xəbər söyləyə bilər.
M a l k o l m .
O həmin əsgərdir, qanlı vuruşda
Cəsur, alicənab bir döyüşçütək
Məni əsirlikdən xilas eylədi.
(Döyüşçüyə)
Salam, igid dostum! Danış krala,
Döyüş nə yerdəydi sən gələn vaxtı?
Ə s g ə r .
Hələ qalib, məğlub bilinməyirdi.
Dənizdə sarmaşıb biri-birinə Heç
yana, heç yerə üzə bilməyən İki
əldən düşmüş üzgüçü kimi,
Qoşunlar sarılıb biri-birinə
Qalmışdı meydanda dəhşət içində.
Qiyamçıya layiq hər rəzaləti
Özündə bir yerdə təcəssüm edən
Amansız Makdonald İrlandiyadan,
Qərbi adalardan kömək alırdı.
Yaman çoxalmışdı onun dəstəsi.
Təsadüf köləsi satqın tale də Alçaq
qiyamçının aşnası təkin O mənfur
qiyama baxıb gülürdü. Fəqət
faydasızdı bütün qüvvələr.
Bu vaxt igid Maqbet
(bu igid sözü necə də yaraşır onun adına)
Taleyin gözünə nifrətlə baxdı.
İrəli şığıyıb açdı yolunu.
661
downloaded from KitabYurdu.org
Uilyam Şekspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Göydə oynatdıqca polad qılıncı
Almaz tiyəsindən qan buğlanırdı.
Gedib azğın qulla durdu üz-üzə. Ona
əl vermədən, bir söz demədən Onu
iki böldü tən ortasından. Başını
bədəndən üzüb bir anda Qalanın
bürcünə keçirdi dərhal.
D u n k a n . Ah, igid qardaşım; ah, cəsur insan!
Günəş açıq göydə şəfəq saçarkən
Qara bulud qalxıb, ildırım çaxıb
Dəhşətli fırtına qopduğu kimi,
Bizim də səadət çeşməmiz birdən
Çevrildi fəlakət burulğanına.
Şotlandiya kralı, yaxşı dinləyin:
Ədalət yenicə çıxmışdı taxta,
Şöhrət qılıncıyla hücuma keçib,
Qorxaq kemləri dabanlanna Tüpürüb
qaçmağa məcbur eylədik. Bu zaman
fürsəti keçirib ələ,
Yeni qüvvə ilə Norveç kralı Aldı
üstümüzü bir an içində.
Bu bizim yenilməz sərdarlanmız
Maqbeti, Bankonu qorxutmadımı?
Bəli, dovşan şiri, sərçə qartalı
Qorxudub dəhşətə saldığı kimi.
Mən haqqı danışsam, deməliyəm ki,
Onlar alovsaçan toplar sayağı
Düşmənin başına od yağdırırdı.
Bilmirəm onların məqsədi nəydi?
Buğlanan, qaynayan qan dənizində
Çimməkmi keçirdi ürəklərindən,
Yoxsa ki yaratmaq istəyirdilər İkinci
Qolqofa müsibətini?!
Taqətim kəsilir, sustahram, ah,
Məni yaralarım yaman incidir.
Ə s g ə r .
D u n k a n .
Ə s g ə r .
662
downloaded from KitabYurdu.org
D u n k a n .
Bədənində olan yaralarıntək Sözlərin də sənə
gözəl yaraşır.
Onlarda duyulur şərəf, ləyaqət.
- Həkimin yanına aparın onu.
Əsgəri aparırlar. Ross və Anqus daxil olurlar.
Kimdir bura gələn?
Mal ko İm. Hörmətli tan Ross.
L e n o k s .
Necə də od saçır onun gözləri!
Möcüzə deyəcək adamın yalnız Gözləri
beləcə alışa bilər.
R o s s . Yaşasın hökmdar!
D u n k a n .
Bir söylə görək,
Sən hardan gəlirsən, ey möhtərəm tan?
R o s s .
Fayfdan gəlirəm, ulu hökmdar.
Norveç bayraqları tutdu göyləri,
Dəhşətdən titrədi bizim adamlar.
Böyük ordusuyla Norveç kralı Birləşdi
satılmış Kavdor tanıyla,
Bizimlə başladı qanlı döyüşə.
Özünü köməyə yetirdi bu vaxt
Bellonanın - o hərb ilahəsinin
Nişanlısı polad zirehli Maqbet.
Namərd kral ilə durdu üz-üzə,
Dayandı qol-qola, qılınc-qılınca.
Gücdə, ləyaqətdə eyniydi onlar.
Qırıldı vüqarı məğrur kralın.
Sözün müxtəsəri, biz qalib gəldik.
D u n k a n . Nə böyük səadət!
R o s s .
Norveç kralı
Sven xahiş edir, sülh bağlayaq biz. Çünki
biz icazə vermədik ona,
Ölmüş əsgərləri dəfn elətdirsin.
663
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |