Uilyam
Şckspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Hardan alırsınız, açıq söyləyin,
Bu qorxunc səhrada peyğəmbər kimi
Bizi təbrik edib xoş xəbərlərlə Neçin
yolumuzdan saxlayırsınız?
Rica eyləyirəm, danışın bunu.
Cadugərlər qeyb olurlar.
B a n k o .
Torpaq buxarlanır su kimi, dostum,
Onlar buxar olub çıxdı torpaqdan,
Haraya uçdular?
M a q b e t .
Clca göylərə.
Görünür, əridi havada onlar, - Külək
nəfəs kimi çəkdi köksünə.
Kaş ki getməyəydi onlar heç yana.
B a n k o .
Doğrudan, gerçəkdən burda idilər?!
Yoxsa ki bəngotu yemişik bu gün, itibdir ağlımız-
huşumuz bizim?! M a q b e t . Sənin övladlann kral
olacaq.
B a n k o . Kral olacaqsan sən özün, dostum.
M a q b e t . Həm də Kavdor tanı. Belə demədi?
B a n k o . Lap beləcə dedi. Bu gələn kimdir?
Ross ve Anqus daxil olurlar.
R o s s .
Maqbet, kral sənin uğurlarından Yer
qədər, göy qədər razı qalmışdır. Səni
mədh edirdi candan, ürəkdən. Elə ki o
bildi, azğın düşmənlə Sənin gedib
şəxsən vuruşduğunu Sonsuz bir
heyrətdən kəsildi nitqi. Bütün qalan
günü qanlı döyüşdə Düşmən səflərini
yara-yara sən,
Özün düzəltdiyin saysız-hesabsız
Vahiməli ölüm səhnələrindən
Qorxmadan, cürətlə addımladıqca
668
downloaded from KitabYurdu.org
O qaldı beləcə dinməz-söyləməz.
Şıdırğı dolutək qorxunc cəbhədən Hey
xəbər gəlirdi xəbər dalınca.
Sənin yeni-yeni zəfərlərini Böyük
hökmdann qədəmlərinə Hər qasid
səpirdi inci-dürr kimi.
A n q u s .
Əlahəzrət kral göndərib bizi,
Çatdıraq tükənməz təşəkkürünü,
Səni hüzuruna dəvət eyləyək.
Biz sənə mükafat gətirməmişik.
R o s s .
Ən böyük şərəfdən nişanə kimi,
Əmr etdi: Maqbetə onun adından
Verim Kavdor tanı rütbəsini mən.
Eşq olsun hörmətli Kavdor tanına!
Bu şöhrət, bu ad-san öz xidmətindir.
B a n k o . Qəribədir, şeytan düz deyə bilir?
M a q b e t .
İndi Kavdor tanı sağ-salamatdır.
Mənə başqasının paltarını siz Nə
üçün gətirib geydirirsiniz?
A n q u s .
O artıq itirib tan rütbəsini.
Düzdür, sağ-salamat yaşayır hələ,
Fəqət ölümünə hökm verilmiş.
Ağır cinayətdə müqəssirdir o:
Ya əlbir olubdur norveçlilərlə,
Ya da əlaltından havadar çıxıb,
Köməklik göstərib üsyançılara.
Bilmirəm tam-dürüst taqsırımı mən.
Hər halda, dövlətə xəyanət edib.
Alıbdır boynuna öz günahını.
Yəqin ki, tezliklə asılacaqdır.
M a q b e t
(kənara).
Qlamis, Kavdor tanı, sonralar isə Ən
böyük, ən yüksək, ən gözəl rütbə.
669
downloaded from KitabYurdu.org
Uilyam Şelıspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
(Ross və Anqusa)
Təşəkkür edirəm, zəhmət çəkdiniz.
(Barıkoya)
Hə, sən gələcəkdə övladlarının Kral olmasına
inanmayırsan?
Məni Kavdor tanı edənlər, axı,
Onlara az şöhrət vəd etmədilər.
B a n k o .
İşlər belə getsə axıra kimi,
Səni çatdıracaq taxt-taca onlar.
Bu çox qəribədir: zülmət ruhları Bizi
fəlakətdə məhv etmək üçün Doğru danışırlar
bizə çox vədə.
Kiçik işartıyla aldadıb bizi,
Aparırlar sonsuz uçurumlara.
(Ross və Anqusa)
Dostlar, iki kəlmə sizə sözüm var.
Kənara çəkilirlər.
M a q b e t
(kənara).
İki söz düz çıxdı, nə deyək buna, Hakimiyyət
haqda bir tamaşanın Bitdi iki gözəl
müqəddiməsi.
(Ross və Anqusa)
Təşəkkür edirəm sizə, cənablar.
(Kənara)
Bu ağlasığışmaz sirli müjdələr Heç zaman şər
olmaz, heç zaman xeyir. Əgər onlar şərsə, nə
üçün, nədən Bütün uğurların əsası olan Ali
həqiqəti bəxş etdi mənə.
Doğrudan, mən artıq Kavdor tanıyam. Əgər
xeyirdirsə, bəs onda niyə O niyyət özünə cəlb
edir məni?!
Onun dəhşətindən, vahiməsindən Saçım biz-
biz olur başımda mənim, tirəyim köksümdə
çırpınır, əsir.
İnsan xəyalında yaranan qorxu
670
downloaded from KitabYurdu.org
Həqiqi qorxudan daha qorxuncdur. Qətl
bir xəyaldır, fikirdir hələ,
Fəqət gör necə də lərzəyə salıb, Şübhələr
içində qovurur məni!
Arada, ortada yoxdur heç bir şey.
B a n k
O
(Ross və Anqusä).
Baxınız, necə də fikrə qərq olub.
M a q b e t
(kənara).
Taleyin məqsədi budursa əgər,
İstəyir ki, mənə krallıq versin,
Qoy versin, mən ona kömək etmərəm.
B a n k o .
Onu darıxdırır təzə rütbəsi.
Təzə rütbəyə də təzə paltartək Tədricən
öyrəşib alışmaq gərək.
M a q b e t
{kənara).
Qoy nə olur-olsun, dolanır ruzgar,
Hər tufanlı günün bir günəşi var. B a n k o .
Səni gözləyirik, möhtərəm Maqbet.
M a q b e t
{Ross və Anqusä).
Məni bağışlayın. Xatırlayırdım Çoxdan
unutduğum bəzi şeyləri. Mehriban
cənablar, bu zəhmətiniz Əbədi yazılıb
qəlbimə mənim,
Heç vədə bir an da çıxmaz yadımdan. -
Gedəyin kralın hüzuruna biz.
(Bankoya)
Düşün yaxşı-yaxşı o sərgüzəşti.
Boş vaxt tapan kimi açıq ürəklə Bütün
olanları götür-qoy edib Söhbət
eyləyərik.
B a n k o . Məmnuniyyətlə.
M a q b e t .
Sus o vaxta qədər.
{Hamıya)
Gedəyin, dostlar!
Gedirlər.
671
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |