(Jilyam
Şchspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Bununçün Sent-Kolm adasında o Bizə on
min dollar ödəməlidir.
D u n k a n .
Daha Kavdor tanı xəyanət etməz. Haydı
get, əmr ver, yağıdan öc al, Qoy edam etsinlər satqını
dərhal. Onun rütbəsini alacaq Maqbet, Bizim
adımızdan onu təbrik et. R o s s . İcra olunacaq əmr,
hökmdar. D u n k a n . O nə itiribsə, Maqbet qazanar.
Gedirlər.
ÜÇÜNCÜ SƏHNƏ
Səhra. Göy gurultusu.
Üç cadugər daxil olur.
B i r i n c i c a d u g ə r . Söylə, sən hardaydın, mehriban bacım?
İ k i n c i c a d u g ə r . Donuz öldürürdüm.
C İ ç ü n c ü c a d u g ə r . Bəs sən hardaydın?
B i r i n c i c a d u g ə r .
Of, bir dənizçinin şişman arvadı Şabalıd
doldurub öz ətəyinə,
Ağzını marçamarç marçıldadırdı.
“Birini mənə ver” - deyə yalvardım.
O sağrısıkötük çımxırdı mənə,
“Cəhənnəm ol, - dedi, - cadugər qarı”.
Onun əri çıxıb uzaq səfərə,
İndi “Pələng” adlı bir gəmidədir, üz
tutub Aleppo şəhərinə o.
Köstəbəyə dönüb elə bu saat Xəlbirdə
üzərəm oraya rahat.
Gözümdə qoymaram arzu-kamımı,
Alaram, alaram intiqamımı.
İ k i n c i c a d u g ə r . Sənə bağışlaram küləyimi mən.
664
downloaded from KitabYurdu.org
B i r i n c i c a d u g ə r . T əşəkkür edirəm candan-ürəkdən,
ü ç ü n c ü c a d u g ə r . Mən də küləyimi verərəm sənə.
B i r i n c i c a d u g ə r .
Başqa qüwələrsə tabedir mənə.
Mənim hökmümdədir bütün ümmanlar,
Yellərin əsdiyi yerlər, limanlar.
Onu qurudaram quru ot kimi,
Gecə-gündüz yatmaz, yanar od kimi.
İncələr, üzülər, artar qubarı.
Onun qan sağılmış göz qapaqlan
Qapının üstündə çardaq sayağı
Bir daha, bir daha enməz aşağı.
O inlər dustaqtək möhnət içində,
Düz qırx gün, qırx gecə zillət içində.
Gəmisi tufanda qərq olmasa da,
Atılar-düşər hey qorxunc dəryada.
Bir görün, nəyim var!
İ k i n c i c a d u g ə r . O nədir, axı?
B i r i n c i c a d u g ə r .
Bədbəxt dənizçinin bir baş barmağı.
O yığvalı dönmüş evə gələndə
Dənizdə batıbdır dumanda, çəndə.
Səhnə arxasından təbil səsi eşidilir.
c a d u g ə r .
Təbil, təbil səsi, qulaq asın bir.
Qəhrəman Maqbetdir, döyüşdən gəlir.
Biz üç sirli bacıyıq,
Tilsimlərin tacıyıq.
Möhkəm tutub əl-ələ,
Dəniz ilə, yer ilə
Dolanırıq hər yanı,
Dolanırıq dünyanı.
Sənə doğru üç dəfə,
Mənə doğru üç dəfə, üç dəfə də əlavə,
ü ç ü n c ü
H a m ı s ı .
665
downloaded from KitabYurdu.org
Uilyam Şekspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Doqquz yol vurub dövrə
Rəqs edirik birgə biz.
Budur bizim sehrimiz.
M a q b e t .
Maqbetlə Banko gəlirlər.
Mən belə bir müdhiş, belə bir gözəl,
Qəribə, təzadlı gün görməmişəm.
Buradan Forresə nə qədər yol var.
(Cadugərləri görür.)
Görən, bunlar kimdir? Ah, o vəhşilər
Necə də arıqdır, necə də zəif!
Onlar yer üzündə yaşasalar da,
Bənzəmirlər yerin sakinlərinə.
(Cadugərlərə müraciət edir.)
Yəni, doğrudan da, yaşayırsınız?
Sizə sual versə insan övladı,
Ona cavab tapa bilirsinizmi?
Belə görünür ki, hamınız məni Başa
düşürsünüz, anlayırsınız. Çubuqtək
qurumuş barmağınızı Qoymuşunuz
quru dodağınıza. Yəqin, qadınsınız,
ancaq nədənsə Saqqalınız məni
şübhəyə salır.
M a q b e t . Diliniz yoxdurmu, deyin, kimsiniz?
B i r i n c i c a d u g ə r . Eşq olsun Maqbetə, Qlamis tanına!
İ k i n c i c a d u g ə r . Eşq olsun Maqbetə, Kavdor tanına!
ü ç ü n c ü c a d u g ə r . Eşq olsun Maqbetə, gələcək krala!
B a n k o
(Maqbetə sarı dönərək).
Əzizim, nə üçün sən titrəyirsən?
Niyə gözəl sözlər səbrini alır,
Qəlbini, ruhunu qorxuya salır?
(Cadugərlərə)
Doğruluq naminə, düzlük naminə
Deyin, xəyalsınız, yoxsa həqiqət?
Mənim alicənab yoldaşımı siz
Böyük hərarətlə salamladınız.
B a n k o .
666
downloaded from KitabYurdu.org
Sanlı rütbələrə çatacağını,
Taxta, taca sahib olacağını Həvəslə,
sevinclə bəyan etdiniz.
O indi sərməstdir həyəcanından.
Mənəsə bir kəlmə söz demədiniz.
Sizin gözləriniz vaxtın, zamanın Əgər
ürəyini görə bilirsə,
Sabah nə olacaq, nə olmayacaq Sizə
agahdırsa, aşikardırsa,
Mənim də bəxtimi açıq söyləyin.
Mənə lazım deyil mərhəmətiniz,
Qorxmuram mən sizin nifrətinizdən.
B i r i n c i c a d u g ə r . Eşq olsun!
İ k i n c i c a d u g ə r . Eşq olsun!
Ü ç ü n c ü c a d u g ə r . Eşq olsun!
B i r i n c i c a d u g ə r .
Maqbetdən kiçiksən, belədir belə,
Amma, həqiqətən, ondan böyüksən.
İ k i n c i c a d u g ə r .
Bəxtəvər deyilsən sən onun kimi,
Ancaq, düzü, ondan çox bəxtəvərsən.
Ü ç ü n c ü c a d u g ə r .
Heç zaman sən kral olmayacaqsan,
Fəqət övladların kral olacaq.
Eşq olsun Maqbetə, Bankoya bir də!
B i r i n c i c a d u g ə r . Maqbetə, Bankoya bir də eşq olsun!
M a q b e t .
Dayanın, getməyin, xəsis falçılar,
Mənə izah edin müjdənizi siz.
Aydındır, dünyadan köçübdür atam,
Mənəm ondan sonra Qlamis tanı.
Yaxşı, necə ollam mən Kavdor tanı?
Axı, Kavdor tanı yaşayır hələ.
O ki məsud, xoşbəxt bir zadəgandır.
Kral olmağımsa xəyala gəlməz,
Bu daha çətindir, daha müşküldür.
Deyin, bu qəribə məlumatlan
667
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |