Le n ok s. Kral bu gün gedir?
M a qb e t . İstəyir getsin.
Le n ok s.
Şiddətli fırtına qopdu bu gecə.
Bizim qaldığımız uca binanın Bütün
bacaları uçub töküldü.
Deyirlər: bir bədbəxt ölümqabağı
Zarıyıb, inləyib-xınldayırmış.
Qorxunc yanğınlardan, fəlakətlərdən,
Yeni qiyamlardan, qara günlərdən Kimsə həyəcanla
xəbər verirmiş. Bayquşlar ulayıb bütün gecəni.
Bəziləri deyir: yer tərpənibmiş. M a qb e t . Doğrudan,
bu gecə tufanlı idi. Le no k s.
Mən bu gənc yaşımda belə heybətli Bir
gecə gördüyüm yadıma gəlmir.
Makduf qayıdır.
M a kdu f.
Aman! Dəhşəti Dəhşət! Müsibətə baxl
Onu ürək duyub, dil deyə bilməz. M a qb e t v ə
Le n ok s. Nə var, nə olubdur? M a kdu f.
Mənfur cinayət
Yaradıb özünün şah əsərini.
Dünyada ən məlun, ən alçaq qətl
Tanrının müqəddəs məbədi olan
Kralın köksünü yarıb bu gecə,
Onun həyatını oğurlayıbdır!
M a qb e t . Siz nə deyirsiniz? Həyat, eləmi?
Le n ok s. Siz əlahəzrətdən danışırsınız?
M a kdu f.
Xahiş eyləməyin, deyə bilmirəm.
Yataq otağına girib bu saat O qanlı
vəhşətə baxın özünüz Bədheybət
başında qıl əvəzinə, Qorxunc, vahiməli
ilanlar bitən
695
downloaded from KitabYurdu.org
Uilyam Şokspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Qanadlı əjdaha görürmüş kimi,
Yerinizdə donub mat qalarsınız,
Diliniz lal olar, gözləriniz kor.
Maqbet və Lenoks gedirlər.
Hay salın, hay salın! Tez zəngi çalın!
Cinayət, xəyanət! Banko, Donalbayn!
Malkolm! Oyanın, yuxudan durun!
Ölümün yalançı yoldaşı olan Saxtakar
yuxunu atın bir yana,
Həqiqi ölümü görməyə gəlin.
Ayılın, ayılın! Malkolm! Banko!
Qiyamət günündə məzarlarından
Qalxan ruhlar kimi, qalxın ayağa,
Gəlib bu dəhşətə tamaşa edin.
Cəld olun, həyəcan zəngini çalın.
Zəng çalınır. Ledi Maqbet gəlir.
Le di M a qb e t .
ürəkparçalayan bu səs-küy nədir? Neçin
oyadırlar xalqı yuxudan?
Danışın, danışın!
M a kdu f.
Mehriban xanım,
Heç vaxt zərif, incə qadın qulağı Bu ağır
xəbərə tablaya bilməz.
Mən onu danışsam, məhv edər sizi.
(Banko gəlir.)
Banko, Banko! Kral öldürülmüşdür!
Le di M a qb e t . Necə! Aman Allah! Bizim evdəmi?
Ba nk o.
Harda olur-olsun, bu vəhşilikdir.
Mərhəmətli Makduf, ömründə bir yol
Sözünü inkar et, de ki, səhvdir bu.
Maqbet və Lenoks qayıdırlar.
696
downloaded from KitabYurdu.org
M a qb e t .
Kaş ki, mən öləydim bir saat əwəl,
Gözüm görməyəydi bu müsibəti.
O zaman deyərdim yer üzündə mən
Xoşbəxt yaşamışam öz həyatımı.
Daha bundan sonra nə var dünyada?
Hər şey əyləncədir, hər şey oyuncaq.
Şan-şöhrət, gözəllik məhv oldu artıq.
Həyatın şərabı tükəndi tamam,
Çəlləyin dibində yalnız xılt qaldı.
Malkolm və Donalbayn gəlirlər.
D o n a 1 b a y n. Bir bəla üz verib?
M a qb e t .
Özü də sizə.
Sizin qan çeşməniz, həyat çeşməniz
Soğulub, quruyub həm də gözündən.
M a kdu f. Atanız qətl olub.
M a lko lm . Qatili kimdir?
Le n ok s.
Belə görünür ki, onunla eyni
Bir otaqda yatan keşikçiləri.
Əlləri, üzləri qan içindədir,
Al-qana batıbdır xəncərləri də.
Qanı silinməmiş xəncərləri biz
Gördük balınclann lap yanındaca.
Sonsuz şaşqınlıqla, sonsuz təlaşla
Bərələ qalmışdı onların gözü.
Belə adamlara öz həyatını
Heç kəs ümid etməz, etibar etməz.
M a qb e t .
Hirsimdən onları qılıncladım mən,
İndi peşmanam tutduğum işə.
M a kdu f. Onları nə üçün öldürdünüz siz?
M a qb e t .
Eyni bir zamanda kim həm ağıllı,
Həm dəli, həm hirsli, həm də mülayim
697
downloaded from KitabYurdu.org
Uilyam Şclıspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Ola bilər axı? Heç kim, heç bir kəs. Mənim
coşqun sevgim tüğyan eylədi, Keçdi ləng
ağlımı bir an içində.
Dunkan uzanmışdı qarşımda mənim,
Qızıl qan olmuşdu gümüş bədəni.
Onun yaralan viranəlikdə Açılmışdı
dərin kahalar kimi.
Bir yanda yatırdı qorxunc qatillər
Mənfur cinayətin təsdiqi kimi.
Onların üstünü başdan-ayağa Tamam
bürümüşdü qan ləkələri,
Qana boyamışdı xəncərləri də.
Bu vaxt sinəsində ürəyi olan, ürəyində
sevgi, sevgisi ülvi,
Sözünə, əhdinə sadiq bir insan Necə
dayanardı, necə durardı?
Le di M a qb e t
{yalandan bayılaraq).
Ah, kömək ediniz! M
a k d u f. Kömək eyləyin!
M a 1 k 01 m
(yavaşca Donalbaynd).
Bu ağır fəlakət hamıdan artıq Bizə
əzab verir. Niyə susmuşuq? Do na lb a y n
(yavaşca
Malkolmd).
Nə deyə bilərik belə bir halda?!
Canilər yurdunda dönük bəxtimiz
Pusquda dayanıb gözləyir bizi.
Hər an çıxıb bizi məhv edə bilər.
Qəl qaçaq buradan. İndi bu yerdə Qöz yaşı
tökməyin zamanı deyil.
M a I k 01 m
(yavaşca Donalbaynd).
Dərdimiz o qədər böyükdür bizim,
Onu danışmağa bir söz tapılmaz.
B a n k
O
(xidmətçilərə).
Aparın ledini öz yatağına.
Ledi Maqbeti aparırlar.
Gedib geyinəyin paltanmızı,
Sonra da bir yerə yığışağın biz.
698
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |