Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə176/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   172   173   174   175   176   177   178   179   ...   189

Ullyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Ancaq unutmayın bir həqiqəti: Köpəklər 

fərqlənir biri-birindən; Qapağan, 

mehriban, yaxşı iy bilən, Tənbəl, cəld, 

hiyləgər yaranıb onlar. Təbiət onların 

adına görə Hərəsinə bir cür keyfiyyət 

verib. 

İnsan xilqəti də belədir, belə. 



İndi deyin görüm, ürəyinizdə Kişilik 

qeyrəti hökm eyləyirmi? 

İnsan cərgəsində ən pis, sonuncu, 

Ləyaqətsiz yeri tutmursunuz ki? 

Mən sizə şərəfli bir iş tapşırım, 

O sizi düşməndən xilas eyləyər. 

Həm də hökmdarın məhəbbətini, Böyük 

rəğbətini qazanarsınız. 

Necə ki o sağdır, mənim sizintək, 

Nə bir dincliyim var, nə bir xoş günüm. 

Bizə bu dünyada yalnız və yalnız Həyat 

bağışlayar onun ölümü. 

İ k i n c i   q a t i l .  

Hökmdar, anadan olduğum gündən 

Müdhiş zərbələri qansız dünyanın O qədər dağ çəkib 

köksümə mənim, Hətta itirmədən bircə an belə 

İntiqam alaram bu dünyadan mən. B i r i n c i   q a t i l .  

Mənim də üzümə gülməyib tale, 

Mən cana doymuşam fəlakətlərdən. 

Hazıram hər zaman hər təhlükəyə. 

Ya mənim həyatım yaxşılaşmalı, 

Ya da bu həyatdan qurtarmalıyam. 

M a q b e t .  

Bunu hər ikiniz bilməlisiniz, 

Sizin düşməniniz yalnız Bankodur. 

Q a t i l l ə r .  Bilirik, hökmdar. 

 

708 

downloaded from KitabYurdu.org




M a q b e t .  

Bilin, mənim də 

Amansız, qaniçən düşmənimdir o. Onun 

həyatının hər dəqiqəsi Sancılır qəlbimə 

sivri ox kimi. 

Mənim imkanım var, açıq-aşkara Onu 

yer üzündən silim bir anda. 

Fəqət belə işə yol vermək olmaz

Çünki bizim eyni dostlarımız var. 

Onların sınanmış məhəbbətini Gərək 

itirməyim heç vaxt, heç vədə. Əksinə 

nəzərdə ucalmaq üçün Özüm 

öldürdüyüm adamın üstdə Gərək nalə 

çəkim, göz yaşı töküm. 

Əsl həqiqəti istəyirəm ki, 

Xalqın gözlərindən gizli saxlayım. 

Elə buna görə ürək qızdırıb Cİmid 

bağlayıram köməyinizə. 

İ k i n c i   q a t i l .  

Hökmdar, siz bizə nə əmr etsəniz, 

Biz ona can-başla əməl edərik. 

B i r i n c i   q a t i l .   Hətta  həyatımız  qurban  getsə  də... 

M a q b e t .  

Sizin mərdliyiniz, igidliyiniz Alışıb nur 

saçır gözlərinizdə. 

Harada, nə zaman pusquda durub, 

Ona hansı anda hücum etməyi Bir 

saatdan sonra deyərəm sizə. Saraydan 

kənarda, başqa bir yerdə Bu qətl bu gecə 

qurtarmalıdır. 

Həmişə siz bunu xatırlayın ki: Haqqımda 

şübhəyə yol vermək olmaz. Mənim 

arzum budur, məqsədim budur: Belə 

çətin işdən, bu ağır işdən Bir iz, bir 

nişanə qalmasın gərək. 

O gedir öz oğlu Flinslə birgə. 



709 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

İ k i n c i   q a  



M a q b e t .  

Onun ölümündən onun oğlunun 

Ölümünü heç də az istəmirəm. 

Mənə bir təhlükə olmasın deyə 

Bu qəmli taleyi elə bu gecə 

O öz atası ilə bölüşməlidir. 

Bir yana çəkilin, bir yaxşı-yaxşı 

Düşünün, daşının, qərara gəlin. 

Bu saat geriyə qayıdıram mən. 

t i l .  Qərara gəlmişik artıq, hökmdar. 

O halda dəhlizdə durub gözləyin, Mən 

sizi tezliklə çağırtdıraram. 



Qatillər çıxırlar. 

Banko, qət olundu, uçacaq ruhun. Göylər 

qismətinsə, xoşbəxtsən, məncə, Göylərə 

qonacaq ruhun bu gecə. 



Gedir. 

İKİNCİ SƏHNƏ

 

Həmən yer. Başqa bir otaq. 

Ledi Maqbet və xidmətçi gəlirlər. 

L e d i   M a q b e t .  Banko gedibdirmi? 

X i d m ə t ç i .  

Gedibdir, xanım. 

Fəqət o bu axşam qayıdacaqdır. L e d i  

M a q b e t .  

Dayanma, tez çağır əlahəzrəti. Ona 

sözüm vardır. 

X i d m ə t ç i .  Baş üstə, xanım. 

Gedir. 

710 

downloaded from KitabYurdu.org




L e d i   M a q b e t .  

Bütün bu qurbanlar hədərdir, hədər. 

Öldürüb yaşamaq ölümdən betər. 

Kədərdən doğulan sevinc, səadət 

Ömürlük əzabdır, ömürlük dəhşət. 

Maqbet daxil olur. 

Nə var belə, milord? Nə üçün, nədən 

Daima yalqızsan, daima qəmli? 

Ölmüş adamlann barəsindəki Bu ağır, 

üzücü düşüncələrin Qoy qalsın 

biryolluq onlarla birgə. Fikir eləməkdən 

axı nə çıxar? 

Çarəsiz dərdləri unutmaq gərək. 

Artıq olan olub, keçən də keçib. 

M a q b e t .  

İlan yaralandı, ölmədi fəqət, 

Yarası bitişib sağalacaqdır. 

Bizim həyatımız əvvəlki kimi, 

Təhlükə altında qalacaq yenə. Döyükə-

döyükə dəhşət içində Yeyincə bir 

qismət çörəyimizi, 

Qorxunc röyaların vahiməsindən 

Gecələr oyanıb tir-tir əsincə, 

Qoy bu cahan mülkü od tutub yansın, 

Yer göyə, göy yerə dəysin bir anda, Hər 

iki dünyamız tan-mar olsun. 

Bu ruhi əzabın sarsıntısından Həyəcan 

içində qovrulmaqdansa, Tacını, taxtını 

zəbt eyləyərək Rahatlıq evinə 

göndərdiyimiz Ölüylə bir yerdə yatmaq 

yaxşıdır. Qurtarıb həyatın 

səksəkəsindən Dunkan sakit yatır öz 

məzarında. 

Ən rəzil işini gördü xəyanət. 

İndi iti xəncər, qorxulu zəhər, 



711 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə