H a m l e t . Mən anama bütün həyatımla itaət edərəm. Elə fərz
edərəm ki, o məni on dəfə doğub. Mənimlə başqa bir haqq-hesabınız
varmı?
R o z e n k r a n t s . Milord, siz əvvəllər mənim xətrimi istəyirdiniz!
H a m l e t
(əllərini göstərərək).
Bu oğurluq vasitələrinə and olsun ki,
mən yenə də sizin xətrinizi istəyirəm.
R o z e n k r a n t s . Mehriban prins, sizin pərişanlığınızın səbəbi
nədir? Siz dərdinizi dostunuzdan gizlətməklə şəfa qapılarını öz üzü-
nüzə bağlayırsınız.
H a m l e t . Ser, işlərim irəli getmir.
R o z e n k r a n t s . Bu necə ola bilər? Kral özü sizi Danimarka taxt-
tacının vəliəhdi təyin etdi ki!
H a m l e t . Elədir, ser, fəqət “ölmə, eşşəyim, ölmə, yaz gələr,
yonca bitər”. Bu zərbi-məsəl bir az köhnəlib.
Fleytaçılar geri qayıdırlar.
Aha, fleytaçılar! O fleytanın birini mənə verin görüm. (
Qilden-
stemə)
Mənim sizə gizli bir sözüm var. Nə üçün məndən əl çəkmir-
siniz? Elə bil, məni qova-qova qəfildən tələyə salmaq istəyirsiniz.
Q i l d e n s t e r n . Ah, milord, əgər mən sizi həddən artıq təngə
gətirirəmsə, bu mənim sizə bəslədiyim məhəbbətin həddən artıq
olmasından irəli gəlir.
H a m l e t . Bunu yaxşı başa düşmədim. Zərər yoxdur. Bir bu
fleytanı çalın!
Q i l d e n s t e r n . Bacarmıram, milord.
H a m l e t . Xahiş edirəm.
Q i l d e n s t e r n . İnanın, bacarmıram.
H a m 1 e t. Siz allah, çalın!
Q i l d e n s t e r n . Mən heç onu əlimdə tutmağı da bilmirəm.
H a m l e t . Bu yalan danışmaq kimi asan bir şeydir. Barmaq-
larınızı bu klapanlann üstünə qoyun, dodaqlarınızı buraya yapışdınb
üfürün, gözəl bir musiqi çıxacaq. Baxın, bu da klapanlar.
Q i l d e n s t e r n . Yox, yox, heç nə çıxmaz. Mən fleyta çalmağı
bacarmıram. Axı, heç vaxt onu çalmağı öyrənməmişəm.
H a m l e t . İndi özünüz baxın, görün siz məni necə dəyərsiz bir
şey sanırsınız. Bu adi fleytanı çala bilmirsiniz, amma mənim könlümü
çalmaq istəyirsiniz. Siz elə zənn edirsiniz ki, mənim qəlbimin
237
downloaded from KitabYurdu.org
Uilyam Şekspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
səs tellərini dilə gətirəcəksiniz. İnanırsınız ki, sirlərimi danışdıra-
caqsınız. Əminsiniz ki, həyatımın bütün notlarını bilirsiniz. Bu balaca
alət ancaq çalmaq üçün yaradılıb, onun çoxlu gözəl musiqisi, məlahətli
səsi vardır. Onu səsləndirməyi bacarmırsınız. Lənət sənə kor şeytan,
siz nə düşünürsünüz, məni çalmaq fleytanı çalmaqdan asandır? Məni
hansı çalğı aləti adlandırırsınız adlandırın, siz mənə işgəncə verə
bilərsiniz, lakin məni çala bilməzsiniz.
Poloni qayıdır.
Allah nə yaxşı sizi rast saldı, ser!
P o l o n i . Milord, kraliça sizinlə danışmaq istəyir, özü də bu saat.
H a m l e t . Siz o tərəfdəki dəvəyə oxşayan buludu görürsünüz-
mü?
P o l o n i . Sübh ibadətinə and olsun ki, görürəm. Doğrudan da,
elə bilirsən dəvədir, orada dayanıb.
H a m l e t . Məncə, o, dələyə oxşayır.
P o l o n i . Vay sənin, bir ona bax a, beli eynən dələ belidir.
H a m l e t . Yox, o, balinaya oxşayır.
P o l o n i . Elədir, elədir, lap balinanın özüdür ki var.
H a m l e t . Anama deyin ki, mən bu saat gəlirəm. (Kənara) Onlar
məni, həqiqətən, dəli edəcəklər. - Mən bu saat gəlirəm.
P o l o n i . Belə də deyəcəyəm.
H a m l e t .
Gedir.
“Bu saat” söyləmək dildə asandır.
Yaxşı, siz də gedin, sağ olun, dostlar.
Hamletdən başqa hamı gedir.
Gecənin sehrli vaxtıdır indi,
Ölülər çıxırlar məzarlarından,
Dərd, illət püskürür qorxunc cəhənnəm.
İndi qan içərdim, isti-isti qan,
Mən elə dəhşətlər törədərdim ki, Cürətim
çatmazdı gündüz baxmağa.
Ah, yanar ürəyim, sakit ol, sakit!
CJnutma öz gözəl təbiətini.
238
downloaded from KitabYurdu.org
Anamın yanına getməliyəm mən.
O ana qatili Neronun qəlbi Qoyma qərar
tutsun polad köksümdə. Qoy amansız
olum, cəllad olmayım: Sözlərim anamı
kəssin xəncərtək, Xəncərim qınından
çıxmasın fəqət. Tənə oxlannı yağdırsın
dilim,
Anamın üstünə qalxmasın əlim.
Gedir.
ÜÇÜNCÜ SƏHNƏ
Qəsrdə bir otaq.
Kral, Rozenkrants ve Qildenstem
daxil olurlar.
K r a l .
Ondan xoşum gəlmir, həm də bizimçün
Onun dəliliyi təhlükəlidir.
Bu işə heç cürə göz yummaq olmaz. Yola
hazırlaşın, onu sizinlə Gərək tez
göndərim İngiltərəyə.
Dövlət asayişi buna dözməz ki,
İlanı bəsləyək qoynumuzda biz.
Q i l d e n s t e r n .
Hökmdar, hazırıq hər əmrinizə.
Siz əlahəzrətin himayəsində Yaşayan,
dolanan bu qədər xalqın Qayğısına qalmaq, fikrini
çəkmək Ən çətin, müqəddəs işdir dünyada.
R o z e n k r a n t s .
Həyatın hökmüdür: hər adi insan Bütün
qüwəsiylə, bütün ağlıyla Özünü bəladan
qorumalıdır.
239
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |