Uilyam Şekspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
H a m l e t .
K r a l i ç a .
H a m l e t .
K r a l i ç a .
H a m l e t .
K r a l i ç a .
H a m l e t .
K ö l g ə .
H a m l e t .
Murdar tər içində çirkin yataqda
Çevirmək müqəddəs eşq dünyasını
Donuz tövləsinə...
Ah, yetər, sus, sus!
Sözlərin xəncərtək dəlir köksümü. Mənə
rəhmin gəlsin, mehriban Hamlet.
Atamın kəsilmiş bir dırnağına Dəyməyən
rəzil qul, miskin oyunbaz, Qatil,
haramzadə, cibkəsən alçaq,
Ən qiymətli tacı oğurlayaraq Cibində
gizlədən...
Danışma, oğlum!
Belə bir cır-andır kralına siz -
(Kölgə gəlir.)
Ey ulu göylərin pak mələkləri, Qanadınız
altda qoruyun məni! - Siz əlahəzrətə nə
lazımdır, nə?
Aman, dəliliyi başladı onun!
Yoxsa gəlmisiniz ləng oğlunuzu Vaxtı
hədər yerə keçirdiyimçün Məzəmmət
etməyə, qınamağa siz. Qorxunc
hökmünüzə əməl eyləmək Vaxtıdır,
eləmi?
CJnutma. Hamlet.
Korşalıb kütləşən qətiyyətini Gəlmişəm
mən yalnız itiləməkçün.
Sən bir anana bax, donub dəhşətdən, Onu
işgəncədən, əzabdan qurtar. Zəiflər daha
çox əziyyət çəkir.
Ona xoş bir söz de.
Nə olub, ledi?
248
downloaded from KitabYurdu.org
K r a l i ç a .
Yox, sənə nə olub? Neçin gözlərin Zillənib, dikilib o
boşluqlara? Danışırsan cansız hava ilə sən? Qorxunc
gözlərində çırpınır qəlbin. Dəhşətlə oyanmış əsgərlər
kimi, Saçların başında dayanıb dümdüz. Xəstəlik
odunu soyuq səbirlə Söndürmək lazımdır, mehriban
oğlum. Sən belə diqqətlə nəyə baxırsan?
H a m l e t .
Ona, ona! Baxın, necə solğundur!
O qəmli görkəmi, qəmin səbəbi
Həyəcana salar daşları hətta. - Siz elə baxmayın,
parçalayır, ah, Məhzun baxışınız məhzun könlümü.
Möhkəm qətiyyətim yumşalar birdən, Göz yaşı
tökərəm qan əvəzinə. K r a l i ç a . Oğlum, bu sözləri
kimə deyirsən? H a m l e t . Məgər görmürsünüz?
K r a l i ç a .
Əsla heç nəyi,
Orda nə vardırsa, gördüklərimdir.
H a m l e t . Doğrudan, heç bir səs eşitmirsiniz?
K r a l i ç a . Yalnız eşidirəm öz səsimizi.
H a m l e t .
Nə üçün, bir baxın, oraya baxın,
Atamdır, özüdür, diridir, sanki!
Baxın, yavaş-yavaş çıxır qapıdan!
K r a l i ç a .
H a m l e t .
Kölgə gedir.
Pozulmuş əsəbin illətidir bu,
Səni qara basır, bu xəstəlikdə
İnsanın gözünə görünür hər şey.
Məni qara basır? Yanılırsınız, Mənim
nəbzim vurur sizinki kimi,
249
downloaded from KitabYurdu.org
Ullyam Şokspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Ağlım da, huşum da öz yerindədir.
Yoxdur dəlilikdən sözümdə əsər.
Bir şübhəniz varsa, sınayın məni, Sizə
təkrar edim, nə demişəmsə.
Dəli deyə bilməz dediklərini.
Bir Allah eşqinə düşünün, ana,
Elə zənn etməyin qəmimə səbəb Sizin
günahınız, suçunuz deyil, Yalnız,
yalnız mənim dəliliyimdir.
Bu yalançı inam - yalançı məlhəm
Sizin qəlbinizin yaralarını Qərtməklə
bağlayar, sağalda bilməz. Yaralar
gizlicə irinləyərək İçəridən yeyib
məhv edər sizi.
Allaha yalvarın, tövbə eyləyin,
Yuyun keçmişdəki günahınızı,
Çəkinin gələcək qəbahətlərdən. Gübrə
verməzlər ki alaqotuna,
Onu köklərindən yolub atarlar.
Bağışlayın, dedim mən həqiqəti.
Çünki bu qudurğan, harın zamanda
Şərə bir yaxşılıq eyləmək üçün Şərə
xeyirxahlıq minnət eyləyir.
K r a l i ç a .
Ah, Hamlet, qəlbimi parçaladın sən.
H a m l e t .
Çürük parçasını atın bir yana,
Təmiz parçasıyla yaşayın onun.
Hə, xanım, gecəniz xeyrə qalsın,
Əmimin yanına getməyin ancaq.
Əxlaqlı, ismətli olmasanız da,
Əxlaqlı, ismətli görünün hər vaxt. Hər
şeyə qadirdir vərdiş əzəldən:
O, bakir hissləri yeyir iblistək,
Gözəllik yaradır bir mələk kimi.
Paltara, geyimə bənzəyir vərdiş,
Həya pərdəsinə bürünsəniz siz,
250
downloaded from KitabYurdu.org
Həyalı olmağı öyrənərsiniz.
Bu gecə dözsəniz, sonra get-gedə İşlər
daha yüngül, asan olacaq.
Vərdiş təbiətin, demək olar ki,
Ən möhkəm möhrünü dəyişə bilir.
Xeyirxah vərdişlər, gözəl adətlər Ya tabe
eyləyir mənfur şeytanı,
Ya da qovur onu min bir dəhşətlə.
Bir daha gecəniz xeyrə qalsın.
Gedib xeyir-dua istəyən zaman Mənə də
istəyin pərvərdigardan.
(Poloniıti
göstərərək)
Mənim bu cənaba yazığım gəlir.
Görünür, beləymiş taleyin hökmü:
O məni, mən onu cəzalandıraq.
Mən olum taleyin cəza qırmancı.
Onun cəsədini apanb, özüm Cavab
verəcəyəm bu ölüm üçün. - Yenə də
gecəniz xeyrə qalsın.
Qəddar olmalıyam mərhəmətimdən,
Sizin halınıza acıyıram mən.
Bununla fəlakət başlandı artıq,
Hələ qarşıdadır müdhiş bədbəxtlik. Bircə
söz də deyim, mehriban ledi.
K r a l i ç a .
Söylə, söylə görüm, neyləməliyəm?
H a m l e t .
Heç nə, gedin mənə məhəl qoymadan,
Girin yatağına lovğa kralın,
Yenə sığallasın üz-gözünüzü,
Sizə quzum desin, maralım desin.
O, lənətə gəlmiş qolları ilə Sizin
boynunuzu qucaqlayaraq Bir cüt öpüş
alsın yanağınızdan.
Bunun əvəzində, təşəkkür kimi,
Siz də sirri açıb ona deyin ki,
Hamlet dəli deyil həqiqətən də,
251
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |