Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə64/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   60   61   62   63   64   65   66   67   ...   189

Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

H a m l e t .  



K r a l i ç a .  

H a m l e t .  

K r a l i ç a .  

H a m l e t .  

K r a l i ç a .  

H a m l e t .  

K ö l g ə .  

H a m l e t .  

Murdar tər içində çirkin yataqda 

Çevirmək müqəddəs eşq dünyasını 

Donuz tövləsinə... 

Ah, yetər, sus, sus! 

Sözlərin xəncərtək dəlir köksümü. Mənə 

rəhmin gəlsin, mehriban Hamlet. 

Atamın kəsilmiş bir dırnağına Dəyməyən 

rəzil qul, miskin oyunbaz, Qatil, 

haramzadə, cibkəsən alçaq, 

Ən qiymətli tacı oğurlayaraq Cibində 

gizlədən... 

Danışma, oğlum! 

Belə bir cır-andır kralına siz - 

(Kölgə gəlir.) 

Ey ulu göylərin pak mələkləri, Qanadınız 

altda qoruyun məni! - Siz əlahəzrətə nə 

lazımdır, nə? 

Aman, dəliliyi başladı onun! 

Yoxsa gəlmisiniz ləng oğlunuzu Vaxtı 

hədər yerə keçirdiyimçün Məzəmmət 

etməyə, qınamağa siz. Qorxunc 

hökmünüzə əməl eyləmək Vaxtıdır, 

eləmi? 


CJnutma. Hamlet. 

Korşalıb kütləşən qətiyyətini Gəlmişəm 

mən yalnız itiləməkçün. 

Sən bir anana bax, donub dəhşətdən, Onu 

işgəncədən, əzabdan qurtar. Zəiflər daha 

çox əziyyət çəkir. 

Ona xoş bir söz de. 

Nə olub, ledi? 



248 

downloaded from KitabYurdu.org




K r a l i ç a .  

Yox, sənə nə olub? Neçin gözlərin Zillənib, dikilib o 

boşluqlara? Danışırsan cansız hava ilə sən? Qorxunc 

gözlərində çırpınır qəlbin. Dəhşətlə oyanmış əsgərlər 

kimi, Saçların başında dayanıb dümdüz. Xəstəlik 

odunu soyuq səbirlə Söndürmək lazımdır, mehriban 

oğlum. Sən belə diqqətlə nəyə baxırsan? 

H a m l e t .  

Ona, ona! Baxın, necə solğundur! 

O qəmli görkəmi, qəmin səbəbi 

Həyəcana salar daşları hətta. - Siz elə baxmayın, 

parçalayır, ah, Məhzun baxışınız məhzun könlümü. 

Möhkəm qətiyyətim yumşalar birdən, Göz yaşı 

tökərəm qan əvəzinə. K r a l i ç a .  Oğlum, bu sözləri 

kimə deyirsən? H a m l e t .  Məgər görmürsünüz? 

K r a l i ç a .  

Əsla heç nəyi, 

Orda  nə  vardırsa,  gördüklərimdir. 

H a m l e t .   Doğrudan,  heç  bir  səs  eşitmirsiniz? 

K r a l i ç a .  Yalnız eşidirəm öz səsimizi. 

H a m l e t .  

Nə üçün, bir baxın, oraya baxın, 

Atamdır, özüdür, diridir, sanki! 

Baxın, yavaş-yavaş çıxır qapıdan! 

K r a l i ç a .  

H a m l e t .  



Kölgə gedir. 

Pozulmuş əsəbin illətidir bu, 

Səni qara basır, bu xəstəlikdə 

İnsanın gözünə görünür hər şey. 

Məni qara basır? Yanılırsınız, Mənim 

nəbzim vurur sizinki kimi



249 

downloaded from KitabYurdu.org




Ullyam Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Ağlım da, huşum da öz yerindədir. 

Yoxdur dəlilikdən sözümdə əsər. 

Bir şübhəniz varsa, sınayın məni, Sizə 

təkrar edim, nə demişəmsə. 

Dəli deyə bilməz dediklərini. 

Bir Allah eşqinə düşünün, ana, 

Elə zənn etməyin qəmimə səbəb Sizin 

günahınız, suçunuz deyil, Yalnız, 

yalnız mənim dəliliyimdir. 

Bu yalançı inam - yalançı məlhəm 

Sizin qəlbinizin yaralarını Qərtməklə 

bağlayar, sağalda bilməz. Yaralar 

gizlicə irinləyərək İçəridən yeyib 

məhv edər sizi. 

Allaha yalvarın, tövbə eyləyin, 

Yuyun keçmişdəki günahınızı, 

Çəkinin gələcək qəbahətlərdən. Gübrə 

verməzlər ki alaqotuna, 

Onu köklərindən yolub atarlar. 

Bağışlayın, dedim mən həqiqəti. 

Çünki bu qudurğan, harın zamanda 

Şərə bir yaxşılıq eyləmək üçün Şərə 

xeyirxahlıq minnət eyləyir. 

K r a l i ç a .  

Ah, Hamlet, qəlbimi parçaladın sən. 

H a m l e t .  

Çürük parçasını atın bir yana, 

Təmiz parçasıyla yaşayın onun. 

Hə, xanım, gecəniz xeyrə qalsın, 

Əmimin yanına getməyin ancaq. 

Əxlaqlı, ismətli olmasanız da, 

Əxlaqlı, ismətli görünün hər vaxt. Hər 

şeyə qadirdir vərdiş əzəldən: 

O, bakir hissləri yeyir iblistək, 

Gözəllik yaradır bir mələk kimi. 

Paltara, geyimə bənzəyir vərdiş, 

Həya pərdəsinə bürünsəniz siz, 

 

250 

downloaded from KitabYurdu.org




Həyalı olmağı öyrənərsiniz. 

Bu gecə dözsəniz, sonra get-gedə İşlər 

daha yüngül, asan olacaq. 

Vərdiş təbiətin, demək olar ki, 

Ən möhkəm möhrünü dəyişə bilir. 

Xeyirxah vərdişlər, gözəl adətlər Ya tabe 

eyləyir mənfur şeytanı, 

Ya da qovur onu min bir dəhşətlə. 

Bir daha gecəniz xeyrə qalsın. 

Gedib xeyir-dua istəyən zaman Mənə də 

istəyin pərvərdigardan. 

(Poloniıti 

göstərərək)

 

Mənim bu cənaba yazığım gəlir. 



Görünür, beləymiş taleyin hökmü: 

O məni, mən onu cəzalandıraq. 

Mən olum taleyin cəza qırmancı. 

Onun cəsədini apanb, özüm Cavab 

verəcəyəm bu ölüm üçün. - Yenə də 

gecəniz xeyrə qalsın. 

Qəddar olmalıyam mərhəmətimdən, 

Sizin halınıza acıyıram mən. 

Bununla fəlakət başlandı artıq, 

Hələ qarşıdadır müdhiş bədbəxtlik. Bircə 

söz də deyim, mehriban ledi. 

K r a l i ç a .  

Söylə, söylə görüm, neyləməliyəm? 

H a m l e t .  

Heç nə, gedin mənə məhəl qoymadan, 

Girin yatağına lovğa kralın, 

Yenə sığallasın üz-gözünüzü, 

Sizə quzum desin, maralım desin. 

O, lənətə gəlmiş qolları ilə Sizin 

boynunuzu qucaqlayaraq Bir cüt öpüş 

alsın yanağınızdan. 

Bunun əvəzində, təşəkkür kimi, 

Siz də sirri açıb ona deyin ki, 

Hamlet dəli deyil həqiqətən də, 



251 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə