Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə61/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   57   58   59   60   61   62   63   64   ...   189

H a m l e t .   Mən  anama  bütün  həyatımla  itaət  edərəm.  Elə  fərz 

edərəm ki, o məni on dəfə doğub. Mənimlə başqa bir haqq-hesabınız 

varmı? 

R o z e n k r a n t s .  Milord, siz əvvəllər mənim xətrimi istəyirdiniz! 



H a m l e t  

(əllərini göstərərək).

 

Bu oğurluq vasitələrinə and olsun ki, 

mən yenə də sizin xətrinizi istəyirəm. 

R o z e n k r a n t s .   Mehriban  prins,  sizin  pərişanlığınızın  səbəbi 

nədir? Siz dərdinizi dostunuzdan gizlətməklə şəfa qapılarını öz üzü-

nüzə bağlayırsınız. 

H a m l e t .  Ser, işlərim irəli getmir. 

R o z e n k r a n t s .  Bu necə ola bilər? Kral özü sizi Danimarka taxt-

tacının vəliəhdi təyin etdi ki! 

H a m l e t .   Elədir,  ser,  fəqət  “ölmə,  eşşəyim,  ölmə,  yaz  gələr, 

yonca bitər”. Bu zərbi-məsəl bir az köhnəlib. 

Fleytaçılar geri qayıdırlar. 

Aha,  fleytaçılar!  O  fleytanın  birini  mənə  verin  görüm.  (



Qilden- 

stemə)

 

Mənim  sizə  gizli  bir  sözüm  var.  Nə  üçün  məndən  əl  çəkmir-

siniz? Elə bil, məni qova-qova qəfildən tələyə salmaq istəyirsiniz. 

Q i l d e n s t e r n .   Ah,  milord,  əgər  mən  sizi  həddən  artıq  təngə 

gətirirəmsə,  bu  mənim  sizə  bəslədiyim  məhəbbətin  həddən  artıq 

olmasından irəli gəlir. 

H a m l e t .   Bunu  yaxşı  başa  düşmədim.  Zərər  yoxdur.  Bir  bu 

fleytanı çalın! 

Q i l d e n s t e r n .  Bacarmıram, milord. 

H a m l e t .  Xahiş edirəm. 

Q i l d e n s t e r n .  İnanın, bacarmıram. 

H a m 1 e t. Siz allah, çalın! 

Q i l d e n s t e r n .  Mən heç onu əlimdə tutmağı da bilmirəm. 

H a m l e t .   Bu  yalan  danışmaq  kimi  asan  bir  şeydir.  Barmaq-

larınızı bu klapanlann üstünə qoyun, dodaqlarınızı buraya yapışdınb 

üfürün, gözəl bir musiqi çıxacaq. Baxın, bu da klapanlar. 

Q i l d e n s t e r n .   Yox,  yox,  heç  nə  çıxmaz.  Mən  fleyta  çalmağı 

bacarmıram. Axı, heç vaxt onu çalmağı öyrənməmişəm. 

H a m l e t .   İndi  özünüz  baxın,  görün  siz  məni  necə  dəyərsiz  bir 

şey sanırsınız. Bu adi fleytanı çala bilmirsiniz, amma mənim könlümü 

çalmaq istəyirsiniz. Siz elə zənn edirsiniz ki, mənim qəlbimin 

237 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

səs  tellərini  dilə  gətirəcəksiniz.  İnanırsınız  ki,  sirlərimi  danışdıra-



caqsınız.  Əminsiniz  ki,  həyatımın  bütün  notlarını bilirsiniz.  Bu balaca 

alət ancaq çalmaq üçün yaradılıb, onun çoxlu gözəl musiqisi, məlahətli 

səsi  vardır.  Onu  səsləndirməyi  bacarmırsınız.  Lənət  sənə  kor  şeytan, 

siz nə düşünürsünüz, məni çalmaq fleytanı çalmaqdan asandır? Məni 

hansı  çalğı  aləti  adlandırırsınız  adlandırın,  siz  mənə  işgəncə  verə 

bilərsiniz, lakin məni çala bilməzsiniz. 



Poloni qayıdır. 

Allah nə yaxşı sizi rast saldı, ser! 

P o l o n i .  Milord, kraliça sizinlə danışmaq istəyir, özü də bu saat. 

H a m l e t .  Siz o tərəfdəki dəvəyə oxşayan buludu görürsünüz- 

mü? 

P o l o n i .  Sübh ibadətinə and olsun ki, görürəm. Doğrudan da, 



elə bilirsən dəvədir, orada dayanıb. 

H a m l e t .  Məncə, o, dələyə oxşayır. 

P o l o n i .  Vay sənin, bir ona bax a, beli eynən dələ belidir. 

H a m l e t .  Yox, o, balinaya oxşayır. 

P o l o n i .  Elədir, elədir, lap balinanın özüdür ki var. 

H a m l e t .  Anama deyin ki, mən bu saat gəlirəm. (Kənara) Onlar 

məni, həqiqətən, dəli edəcəklər. - Mən bu saat gəlirəm. 

P o l o n i .  Belə də deyəcəyəm. 

H a m l e t .  

Gedir. 

“Bu saat” söyləmək dildə asandır. 

Yaxşı, siz də gedin, sağ olun, dostlar. 

Hamletdən başqa hamı gedir. 

Gecənin sehrli vaxtıdır indi, 

Ölülər çıxırlar məzarlarından, 

Dərd, illət püskürür qorxunc cəhənnəm. 

İndi qan içərdim, isti-isti qan, 

Mən elə dəhşətlər törədərdim ki, Cürətim 

çatmazdı gündüz baxmağa. 

Ah, yanar ürəyim, sakit ol, sakit! 

CJnutma öz gözəl təbiətini. 

238 

downloaded from KitabYurdu.org




Anamın yanına getməliyəm mən. 

O ana qatili Neronun qəlbi Qoyma qərar 

tutsun polad köksümdə. Qoy amansız 

olum, cəllad olmayım: Sözlərim anamı 

kəssin xəncərtək, Xəncərim qınından 

çıxmasın fəqət. Tənə oxlannı yağdırsın 

dilim, 

Anamın üstünə qalxmasın əlim. 



Gedir. 

ÜÇÜNCÜ SƏHNƏ

 

Qəsrdə bir otaq. 

Kral, Rozenkrants ve Qildenstem 

daxil olurlar. 

K r a l .  

Ondan xoşum gəlmir, həm də bizimçün 

Onun dəliliyi təhlükəlidir. 

Bu işə heç cürə göz yummaq olmaz. Yola 

hazırlaşın, onu sizinlə Gərək tez 

göndərim İngiltərəyə. 

Dövlət asayişi buna dözməz ki, 

İlanı bəsləyək qoynumuzda biz. 

Q i l d e n s t e r n .  

Hökmdar, hazırıq hər əmrinizə. 

Siz əlahəzrətin himayəsində Yaşayan, 

dolanan bu qədər xalqın Qayğısına qalmaq, fikrini 

çəkmək Ən çətin, müqəddəs işdir dünyada. 

R o z e n k r a n t s .  

Həyatın hökmüdür: hər adi insan Bütün 

qüwəsiylə, bütün ağlıyla Özünü bəladan 

qorumalıdır. 



239 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə