Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə57/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   53   54   55   56   57   58   59   60   ...   189

P o   İ o n   i .  

Çox gözəl, qoy getsin, fayda verəcək, 

Fəqət inanıram mən əwəlkitək Bu 

qəmin səbəbi uğursuz eşqdir. - Qızım! 

Danışmağa yoxdur ehtiyac, Eşitdik 

Hamletin dediklərini. - İxtiyar sizindir, 

adil hökmdar, 

Ancaq istəsəniz, budur məsləhət: 

Tamaşadan sonra prins Hamleti 

Kraliça görsün tamam təklikdə. 

Onunla danışsın açıq, səmimi, Dərdini 

deməyi xahiş eləsin. 

Siz lazım bilsəniz, gizlənib mən də 

Dinlərəm onların söhbətlərini. 

Öyrənə bilməsək sirrini əgər, 

Təcili göndərin İngiltərəyə, 

Ya da hökm verin dustaq etsinlər 

Etibarlı yerdə. 

K r a l .  

Yaxşı, razıyam. 

Böyük təbiətlər dəli olsa da

Azad yaşamasın gərək dünyada. 



Gedirlər. 

İKİNCİ SƏHNƏ

 

Qəsrdə bir salon. 

Hamlet və bir neçə aktyor daxil olurlar. 

H a m 1 e t. Təvəqqe edirəm, sizə necə demişdimsə, eləcə də təbii 

və  aydın  danışın.  Əgər  siz  öz  nitqinizi,  aktyorların  əksəriyyəti  kimi, 

bağıra-bağıra  söyləyəcəksinizsə,  yaxşı  olardı  ki,  mən  öz  şerimi  şəhər 

carçısına  verəydim.  Havanı  mişarla  doğrayırmış  kimi,  əl-qolunuzu 

ölçməyin, hər şeyin öz həddini gözləyin. Hiss və həyəcanınızın ən daş 



225 

downloaded from KitabYurdu.org




Uilyam Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

qın,  ən  coşqun  vaxtında,  mən  deyərdim  ki,  fırtınalı,  qasırğalı  məqa-

mında təmkinli olun. Bu sizin nitqinizə rəvanlıq və gözəllik verər. Ah, 

başına parik qoymuş bir nataraz heyvərə hiss və həyəcanlarını sağa- 

sola  səpələyərək,  anlaşılmaz  lal-səhnələrdən  və  hay-küydən  başqa, 

heç  nə  bilməyən  tamaşaçıların  qulaqlarını  kar  edəndə  necə  əsəbi-

ləşməyəsən!  Mən  qəzəb  dolu  gurultulu  nitq  söyləməkdə  Termaqantı 

keçən  belə  kələkbazlan  nə  kötəklərdim!  Bu,  dəhşətlə  ağız-bumunu 

əyib,  ədəbsiz  hərəkətlərlə  tamaşaçıları  qorxuya  salan  İrodun  özünü 

belə  keçmək  deməkdir.  Xahiş  edirəm,  belə  şeylərdən  uzaq  olasınız. 

B i r i n c i   a k t y o r .  Arxayın olun, prins. 

H a m l e t .  Qətiyyən sıxılmayın, öz qəlbinizin səsini dinləyin, qoy 

hissiniz-duyğunuz  öz  məsləhətçiniz  olsun.  Hərəkətiniz  sözlərinizə, 

sözləriniz  də  hərəkətinizə  yaraşsın.  Təbiiliyə  xüsusi  diqqət  yetirin. 

Çünki  qeyri-təbiilik  teatr  sənətinə  ziddir.  Teatrın  məqsədi,  bütün 

zamanlarda  olduğu  kimi,  indi  də  həyatın  güzgüsü  olmaqdır.  Teatr 

ləyaqətli  adamlara  öz  simasını,  nifrətə  layiqlərə  isə  öz  iç  üzünü  açıb 

göstərməli,  hər dövrün  həqiqi  tarixini,  əsl  mahiyyətini əks  etməlidir. 

Həddən artıq qızışmaq və ya həddən artıq ləng tərpənmək nadanları 

güldürsə  də,  arifləri  kədərləndirməyə  bilməz.  Ağıllı  adamlann  fikri 

sizin  üçün  teatrın  bütün  başqa  tamaşaçılannın  rəyindən  qiymətli 

olmalıdır.  Oh,  mən  elə  aktyorların  oynunu  görmüşəm  ki,  onların 

təriflərini  göylərə  qaldırıblar.  Allaha  acıq  getməsin,  bu  məşhur 

oyunbazlar danışığı,  hərəkətləri ilə  tanrı bəndəsinə  oxşamırdılar.  Elə 

qəribə 

hərəkətlər 



edir, 

elə 


böyürürdülər 

ki, 


istər-istəməz 

düşünürdüm: yəqin, onlan təbiətin muzdurlan yaradıb, özü də yaxşı 

yarada bilməyib, bəşər övladlannı çox pis şəkildə yamsılayıblar. 

B i r i n c i   a k t y o r .   Mənə  elə  gəlir  ki,  ser,  biz  bu  qüsurların 

çoxunu aradan qaldırmışıq. 

H a m l e t .  O h ,  tamamilə aradan qaldırın. Qoy sizin təlxək rolu-

nu aparanlar özlərindən söz uydurmasınlar, onlar üçün nə yazılıbsa, 

ancaq onu desinlər. Elə təlxəklər var ki, pyesin ciddi yerində qəhqəhə 

çəkib  gülür  və  bir  para  avam  tamaşaçıları  da  güldürürlər.  Belə  iş 

yaramaz. Bu, həmin oyunbazların mənliyinin necə də kasıb olduğunu 

göstərir. Gedin, hazırlaşın. 

Aktyorlar gedirlər. Poloni, Rozenkrants və Qildenstem gəlirlər. 

Nə oldu, milord, kral pyesə baxmaq istəyirmi? 

downloaded from KitabYurdu.org



P o I o n i. Bəli, kral da, kraliça da. Özü də indicə gəlirlər. 

H a m l e t .  

Elə isə aktyorlara deyin, tələssinlər. 

Poloni gedir. 

Siz ikiniz də gedib onları tələsdirə bilməzsiniz?! 

R o z e n k r a n t s   v ə   Q i l d e n s t e r n .  Bu saat, milord. 

Rozenkrantsla Qildenstern gedirlər. 

H a m l e t .  Ey, ey, Horatsio! 



Horatsio daxil olur. 

H o r a t s i o .  

Burdayam, milord, 

Həmişə hazıram xidmətinizdə. 

H a m l e t .  

Mənim tanıdığım bəşər nəslinin

Horatsio, sənsən ən vəfalısı. 

H o r a t s i o .  

Ah, nə deyirsiniz, mehriban milord! 

H a m l e t .  

Yox, yox, düşünmə ki, yaltaqlanıram. 

Yaltaqlıq eyləyim mən nəyə görə? 

Sənin bu dünyada bütün dövlətin, 

Yeganə sərvətin təmiz könlündür. 

Kim quyruq bulayar kasıb önündə? 

Varlı qarşısında dördqat bükülüb Dil açır, dil 

tökür yalnız yaltaqlar. 

Qoy yaltaqlıq qazanc gətirən yerdə Vurnuxsun

şırvansın qarıngüdənlər. 

Sən mənə qulaq as, sən məni dinlə, 

Cİrəyim özünə hakim olandan İnsanlar içindən 

səni tac seçib. 

Çünki əvəzsizsən bu qəm mülkündə, 

Bütün əzablara sinə gərirkən Cİzündə görünmür 

nə dərd, nə əzab. 

Ən ağır gündə də, ən şad gündə də, 

Birdir qətiyyətin, birdir məramın. 

227 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə