Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə53/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   49   50   51   52   53   54   55   56   ...   189

Uilyam Şckspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Q i l d e n s t e r n .  Nədə, milord? 

H a m l e t .   Mən  yalnız  şimal,  şimal-qərb  küləkləri  əsəndə  dəli 

oluram. Cənub küləyi əsəndə isə qırğını göyərçindən seçə bilirəm. 



Polemi qayıdır. 

P o l o n i .  Xoş gördük, cənablar! 

H a m l e t .   Dinlə,  Qildenstern,  sən  də,  Rozenkrants,  diqqətlə 

qulaq  asın.  Bu  gördüyünüz  nəhəng  körpə  hələ  öz  bələyindən  çıx-

mayıb. 

R o z e n k r a n t s .   Bəlkə,  təzədən  bələyə  girib.  Deyirlər  ki,  adam 



qocalanda yenidən uşaqlaşır. 

H a m l e t .  Qabaqcadan deyə bilərəm ki, o mənə aktyorlann gəl-

məsini  xəbər  verməyə  tələsir.  Baxarsınız.  -  Düz  buyurursunuz,  ser. 

Bazar ertəsi, səhər həqiqətən belə olmuşdur. 

P o l o n i .  Milord, sizə təzə xəbər gətirmişəm. 

H a m l e t .  

Milord, sizə təzə xəbər gətirmişəm. 

Rossi Romada aktyor olanda... 

P o l o n i .  Aktyorlar buraya gəlib, milord. 

H a m l e t .  Yox, a! Uydurmaya bax! 

P o l o n i .  And olsun mənim vicdanıma ki... 

H a m l e t .  Hərəsi minibdir bir uzunqulaq... 

P o l o n i .  Dünyanın ən yaxşı aktyorlarıdır. Həm faciə, komediya, 

tarixi  əsərləri,  həm  də  çobannamələri,  çoban  məzhəkələri,  tarixi 

çobannamələri,  faciəvi-tarixi,  faciəvi-məzəli-tarixi  çobannamələri 

gözəl oynayırlar. İstər bu tamaşalar fasiləli olsun, istər fasiləsiz, onlar 

üçün eynidir. Faciə ustası Seneka belə kədərli, komediya ustası Plavt 

belə  gülməli  ola  bilməz.  Əzbər  söyləməkdə,  bədahətən  deməkdə 

onların tayı-bərabəri yoxdur. 

H a m l e t .   Oho,  İeffay,  İsrail  hakimi,  sənin  nə  böyük  xəzinən 

vardı! 

P o l o n i .  Onun hansı xəzinəsi vardı, milord? 



H a m l e t .  

Bəs necə! Çox sevirdi qızını, 

Nurlu, tək ulduzunu. 

P o l o n i  (kənara). Yenə qızım haqqında danışır. 

 

210 

downloaded from KitabYurdu.org




H a m l e t .  Məgər düz demirəm, qoca İeffay? 

P  o  1  o  n  i.  Əgər  dediyiniz  o  İeffay  mənəmsə,  milord,  doğru 

buyurursunuz. Bir qızım var, mən onu çox sevirəm. 

H a m l e t .  Xeyr, uyğun gəlmir. 

P o 1 o n i. Bəs nə uyğun gəlir, milord? 

H a m l e t .  

Baxın, belə: “Bəxt nə olacaq

Haqq bilir ancaq”. 

Sonra da özünüz bilirsiniz. 

“Tale yaydan çıxan oxdur, 

Olacağa çarə yoxdur”. 

Bağışlayın,  qalanını,  özünüz  oxuyarsınız.  Bu  dini  nəğmənin 

birinci bəndi sizə çox şey öyrədə bilər. Baxın. Artıq mənim əyləncəm 

başlanır. 



Dörd, ya beş aktyor daxil olur. 

Xoş  gəlmisiniz,  ağalar,  hamınız  xoş  gəlmisiniz!  Sizi  sağ-salamat 

gördüyümə ürəkdən şadam. Xoş gəlmisiniz, əziz dostlar! - Ba, köhnə 

dost!  Bu  nədir  belə,  son  görüşümüzdən  bəri  sənin  saqqalın  əməlli-

başlı  uzanıb  ki!  Yoxsa  saqqalına  bürünüb  Danimarkada  məni  ələ 

salmağa  gəlmisən?  Kimi  görürəm,  mənim  gənc  xanımım,  mənim 

gözəlim!  Mələklərə  and  olsun  ki,  axınncı  dəfə  görəndən  indiyədək 

sən göyə bir daban da ucalmısan. Allah eləsin, səsin də, sürtülüb işə 

yaramayan qızıl pul kimi, öz gözəlliyini itirməsin. - Ağalar, buyurun! 

Vaxtı  hədər  keçirməyək.  Fransız  şahinbazlan  kimi,  ilk  gördüyümüz 

şikarın  üstünə  şığıyaq.  Tez  bir  monoloq  deyin.  Bizə  öz  məharət  və 

istedadınızdan  bir  nümunə  göstərin.  Cəld  olun,  coşqun  bir  monoloq 

başlayın. 

B i r i n c i   a k t y o r .  Hansı monoloqu, mehriban prins? 

H a m l e t .   Yadımdadır,  sən mənə bir dəfə bir pyesdən  monoloq 

oxudun.  Əsər  səhnəyə  heç  qoyulmamışdı,  yox,  deyəsən,  bir  kərə 

oynanılmışdı. Yaxşı xatirimdədir ki, tamaşa çoxunun xoşuna gəlmədi. 

O,  camaat  üçün  bir  müəmma  idi.  Amma  mənim  və  bu  işi  məndən 

daha yaxşı bilənlərin mülahizəsinə görə, o, əla əsərdi. Səhnələrə yaxşı 

bölünmüşdü.  Çox  sadə  və  çox  məharətlə  qələmə  alınmışdı.  Yadım-

dadır, bəziləri deyirdilər ki, məzmuna rövnəq vermək üçün şeirlərdə 

incəlik çatışmır. Müəllifin üslubunda təmtəraq, ifadələrində həyəcan 



211 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

yoxdur.  Lakin  təsdiq  edirdilər  ki,  qarşıya  qoyulan  fikirlər  doğrudur, 



sağlamdır.  Əsər gözəl  yazılıb,  süni  boyalardan  uzaqdır.  Bu  əsərdə  bir 

monoloq  mənim  daha  çox  xoşuma  gəlirdi.  Burada  Eney  özü  barədə 

Didonaya  olduqca  maraqlı bir hekayət  danışırdı.  Xüsusən  də  Priamın 

ölümünü  dediyi  yer  çox  təsirli  idi.  Əgər  yadındadırsa,  bu  misradan 

başla: - dayan görüm, dayan görüm: - 

“Quduz  Pirr  yırtıcı  bir  pələng  kimi”,  - 

Yox,  belə  deyil,  ancaq  Pirlə  başlayır:  - 

“Quduz Pirr gizlənmiş atın qarnında, 

Qara silahlan qara qəlbitək Qarardıq 

gecədən seçilməyirmiş. 

Heybətli, qapqara döyüş paltarı Elə ki 

boyanıb qırmızı rəngə, 

Daha da heybətli, qorxunc görünmüş, 

O, başdan-ayağa batıb al-qana. 

Atalar, analar, qızlar, oğullar Qanına 

qəltanmış onun zərbindən, 

Atəş yandırırmış cəsədlərini. 

Küçələr dəhşətlə alovlanaraq Qatilin 

yoluna işıq saçırmış. 

Kin-qəzəb, od-alov, al-qan içində 

Odlana-odlana sürünürmüş Pirr, 

Cəhənnəm içində bir ilan kimi

Gözü bərəlirmiş bir çiban kimi. 

Gəzirmiş Priamı”. 

Hə, beləcə davam eləyin. 

P o 1 o n i. Vallah, milord, yaxşı dediniz! Aydın dillə, gözəl 

ifadəy- lə söylədiniz. 

B i r i n c i   a k t y o r .  

“Pirr tapır onu. 

Qılıncını göyə qaldırır Priam, 

Qüınc tabe olmur onun əmrinə, 

Taqətsiz əlindən sürüşüb düşür. 

Priamın üstünə cumur azğın Pirr, 

Qılıncı qəzəblə elə çəkir ki

Onun bir yelindən, bir küləyindən 

Torpağa sərilir üzülmüş qoca. 



212 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə