Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə55/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   51   52   53   54   55   56   57   58   ...   189

Deyinib söyürəm bütün gün boyu 

Pinti qabyuyantək! 

Tfu! Ayıb olsun! Oyan, ey beynim! 

Mən eşitmişəm ki, hər hansı cani 

Qətl səhnəsinə baxdığı zaman Elə 

sarsılır ki, onun varlığı Tez büruzə 

verir cinayətini. 

Cinayətin dili yoxsa da, ancaq 

Danışır qəribə işarələrlə. 

Gedib tapşıraram aktyorlara, 

Atamın qətlinə bənzər səhnəni 

Əmimin önündə canlandırsınlar. 

Əmim dəhşət ilə ona baxanda Mən 

də diqqət ilə izlərəm onu. Özünü 

itirib şaşırsa əgər, 

Onda mən bilirəm nə edəcəyəm. 

Bəlkə də, gördüyüm həmin o kölgə 

Qorxulu şeytandır. Şeytan ən gözəl 

Cildlərə girməyi bacarır, axı. 

Bəli, ola bilsin, ruhumu əzən Ağır 

sarsıntıdan, sonsuz kədərdən Sui-

istifadə edir o məlun. 

Əziz görkəmində əziz atamın Gəlib 

çəkir məni fəlakətlərə. 

Təsdiq etmək üçün şübhələrimi 

Mənə daha möhkəm bir əsas gərək. 

Bu əsas - bu güzgü yalnız səhnədir, 

Göstərər kralın vicdanı nədir. 



Gedir. 

217 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

ÜÇÜNCÜ PƏRDƏ 



BİRİNCİ SƏHNƏ

 

Qəsrdə bir otaq. 

Kral, kraliça, Poloni, Ofeliya, Rozenkrants ve 

Qildenstem daxil olurlar. 

K r a l .  

Dolanbac,  dolayı  suallarla  siz 

Öyrənə 


bilmədiz 

dinc 


həyatını  Bu  cür  təhlükəli 

əsəbiliklə, 

Qorxunc dəliliklə keçirir nədən? 

R o z e n k r a n t s .  

Etiraf edir ki, pozulub halı, 

Ancaq səbəbini demək istəmir. 

Q i l d e n s t e r n .  

Heç vəchlə söz ala bilmədik ondan, 

Biz  əsl  mətləbi  hər  soruşanda 

Qoyub dəliliyə özünü bu vaxt 

Sözü 

sapdırırdı 



çox 

məharətlə. 

K r a 1 i ç a. O sizi yaxşımı qəbul eylədi? 

R o z e n k r a n t s .  Lütfkar, mehriban centlmen kimi. 

Q i l d e n s t e r n .  Fəqət danışırdı yaman könülsüz. 

R o z e n k r a n t s .  

Olduqca xəsisdi sual verməkdə, 

Cavab verməkdəsə səxavətliydi. 

K r a l i ç a .  Onu əylənməyə razı saldınız? 

R o z e n k r a n t s .  

Xanım, iş düzəldi özü-özünə; 

Biz yolda rast gəldik aktyorlara, 



218 

downloaded from KitabYurdu.org




Ona deyən kimi sevindi qəlbən. 

Yəqin, saraydadır o aktyorlar. 

Prins əmr elədi, məncə, bu axşam 

Tamaşa versinlər. 

P ol o ni. 

Bu çox doğrudur. 

O mənə tapşırdı, zati-alilər, 

Dəvət edim sizin hər ikinizi. 

Lütf edin, gəlin! 

K r a l .  

Məmnuniyyətlə! 

Onun belə işlə maraqlanmağı Mənim 

ürəyimi çox sevindirir. Cavan centlmenlər, 

həvəsləndirin Onu daim bu cür əyləncələrə. 

R o z e n k r a n t s .  Biz öz canımızı əsirgəmərik. 

Rozenkrantsla Qildenstem 

gedirlər. 

K r a l .  

Əziz Gertruda, gülüm, sən də get. 

Hamletin dalınca gizlicə, xəlvət Adam 

göndərmişik, dilə tutaraq Hamleti 

buraya gətirəcəkdir. 

Prins təsadüfən görürmüş kimi. 

Ofeliyanı burda görəcək indi. 

Qızın atasıyla mən də bir yanda 

Qanuni casustək gizlənib onun 

İzləyərik hər bir hərəkətini

Öyrənib bilərik onu üzən dərd 

Məhəbbət qəmidir, yaxud başqa şey. 

K r a l i ç a .  

Bu saat gedirəm. Ah, Ofeliya, 

Arzu edirəm ki ulu göylərdən, 

Hamletin bu ağır xəstəliyinə Sənin 

gözəlliyin səbəb olaydı. 

Cİmid edirəm ki, təmiz ismətin 

219 

downloaded from KitabYurdu.org




Uilyam 

Şckspir 


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Onu qaytarardı adi yoluna, 

Ona da, sənə də şərəf olardı. 

O f e l i y a .  Kaş Allah eləsin! 

 

Kraliça gedir. 

P o l o n i .  

Ofeliya, sən 

Qızım, hərlən burda. Siz əlahəzrət, Lütf 

edin, buyurun biz də gizlənək. 

(Ofeliyaya) 

Bu kitabı oxu, onda tək-tənha 

Gəzməyin heç kəsdə şübhə oyatmaz. 

Əzəldən belədir dünyada insan. Mömin 

görkəmində, pir libasında Hətta şeytanı 

da aldada bilir. 

K r a l  

(kənara). 

Oh, necə də düzdür! Bu sözlərlə o 

Mənim vicdanımı qamglayır ki! 

Ənlik, kirşan altda qəhbənin üzü 

Qəşəng sözlər altda gözə çarpmayan İyrənc 

əməlimtək çirkin deyildir. Dəhşətdir daşımaq bu 

ağır yükü! P o l o n i .  O gəlir, bir yana çəkilək

milord. 


Kral və Poloni gedirlər. Hamlet gəlir. 

H a m l e t .  

Olum, ya ölüm, budur məsələ. 

Hansı şərəflidir? Azğın taleyin Müdhiş 

oxlarına susub dözməkmi, Yoxsa 

fəlakətlər nəhrinə qarşı Silaha sarılıb 

üsyanmı etmək: 

Ya qələbə çalmaq, ya həlak olmaq? 

Ölmək - yuxulamaq, yalnız budur, bu! 

Bununla ürəyin ağrılarını, 

Əzəldən insanın nəsibi olan 

Minlərlə dərdləri, iztirabları 

Bir  anın  içində  unuduruq 

biz. 


220 

downloaded from KitabYurdu.org




Bumu gecə-gündüz dua oxuyub Arzu 

etdiyimiz gözəl aqibət? 

Ölmək - yuxulamaq, əbədi yatmaq, 

Sonra yuxu görmək! Bax, budur əngəl. 

Biz canı qurtarıb işgəncələrdən Ölüm 

yuxusunda nə görəcəyik? 

Budur yolu kəsən. Bu səbəb bizi Məcbur 

edir çəkək ömrümüz boyu Bütün 

zillətləri, müsibətləri. 

Yoxsa kim dözərdi, kim dözərdi, kim 

Zamanın cövrünə, həqarətinə, 

Zalımın zülmünə, haqsızlığına, 

Lovğa əyanların təkəbbürünə, 

Tapdanmış sevginin əzablarına, 

Acgöz hakimlərin əclaflığına, 

Qansız nazirlərin sırtıqlığına, 

Hər cür şərəfsizin şərəfliləri İyrənc 

təhqirinə, istehzasına? Bunlardan əbədi 

qurtarmaq üçün Bir xəncər zərbəsi 

kifayət ikən Həyatın rəzalət yükü 

altında Heçin sürünürük inildəyərək? 

Bizi vadar edən buna nədir, nə? 

Yalnız bircə qorxu, bircə vahimə: 

Biz dərddən qurtarıb öləndən sonra O 

məchul aləmdə nə olacaqdır? 

Ordan qayıtmayıb hələ heç bir kəs. 

Bu fikir sarsıdır iradəmizi, 

Bizi məcbur edir daim, həmişə Çəkək bu 

tükənməz məşəqqətləri, Məlum 

əzablardan yaxa qurtarıb Naməlum 

dərdlərə can atmayaq biz. Bu dəhşət 

qorxağa çevirir bizi, 

Puç olur ağlımız, qətiyyətimiz, 

Solur cürətimiz bir çikək kimi. 

O böyük təşəbbüs, o ali məqsəd İtirir 

adını, öz mənasını. 



221 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə