Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə58/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   54   55   56   57   58   59   60   61   ...   189

Ullyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Narazı deyilsən öz taleyindən. 

Xoşbəxt o kəsdir ki, hissiylə ağlı Belə 

gözəl olub, gözəl qovuşub. Taleyin 

əlində tütək deyil ki, 

Tale istədiyi havanı çalsın. 

Elə adam göstər mənə həyatda 

Ehtirasın qulu olmasın, dostum, 

Onu sənin kimi ölən günədək Daim 

ürəyimin başında tutub, Qəlbimin 

qəlbində gəzdirim hər vaxt. Bu haqda 

danışmaq kifayət edər. 

İndi bir tamaşa göstərəcəklər

Onun bir yerində mənim atamın 

Ölümünə bənzər bir səhnə vardır. 

Atamın qətlini demişəm sənə. 

Təşrif gətirəcək kral bu saat. 

Rica eyləyirəm, həmin səhnəyə Əmim 

baxan vaxtı ona diqqət ver. Əgər o 

sözüylə, hərəkətiylə Büruzə verməsə 

gizli suçunu, 

Demək, gördüyümüz o qorxunc kölgə 

Cəhənnəmdən gələn bir iblis imiş. 

O mənim beynimi, təsəvvürümü 

Vulkanın dəmirçixanası kimi, 

Tamam, başdan-başa hisə qərq edib. 

Dostum, sən kralı qoyma gözündən, 

Ona baxacağam dördgözlə mən də. 

Sonra ikimiz də gördüyümüzü Birgə 

yoxlayarıq. 

H o r a t s i o .  

Lap yaxşı, milord. 

Oğrutək o məndən bir şey aparsa

Özüm verəcəyəm cəriməsini. 

H a m l e t .  

Gəlirlər, mən çılğın görünməliyəm, Sən 

isə get əyləş. 

 

228 

downloaded from KitabYurdu.org



Danimarka marşı. Şeypurlar çalınır. Kral, kraliça, 

Poloni, Ofeliya, Rozenkrants, Qildenstem və başqa 

yüksək vəzifəli əyanlar əllərində məşəl tutmuş 

keşikçilərin müşayiətiylə daxil olurlar. 

K r a l .  Bizim vəliəhdimiz Hamletin kefi necədir? 

H a m l e t .   Əladır,  vicdanıma  and  olsun,  lap  buqələmun  kimi 

dolanıram,  hava  yeyirəm.  Bol-bol  vədlərlə  yaşayıram.  Heç  axta 

xoruzu belə bəsləməzlər. 

K r a l .   Mən bu  cavabdan  heç  nə  anlamıram, Hamlet.  Bu  mənim 

sözlərim deyil. 

H a m l e t .   Xeyr,  indi  mənim  də  deyil.  (



Poloniyə

)  Milord,  siz  nə 

vaxtsa universitetdə səhnədə çıxış eləmisiniz, elə deyilmi? 

P o l o n i .  Bəli, prins. Mən yaxşı aktyor sayılırdım. 

H a m l e t .  Kimin rolunu oynamısınız? 

P o l o n i .   Yuli  Sezarın  rolunu  oynamışam.  Kapitol  təpəsində 

məni öldürüblər. Brut məni öldürüb. 

H a m l e t .   Əhsən!  Bir  qurd  belə  gönü  bol  dananı  öldürüb.  - 

Aktyorlar hazırdırmı? 

R o z e n k r a n t s .  Bəli, milord, sizin əmrinizi gözləyirlər. 

K r a l i ç a .   Yaxına  gəl,  Hamlet,  mənim  əziz  oğlum,  yanımda 

əyləş. 


H a m l e t .  Yox, mehriban anacığım, buradakı maqnit məni daha 

çox cəzb edir. 

P o l o n i  

{krala).

 Oho, fikir verdinizmi? 

H a m l e t .  Sizin dizlərinizə toxunmaq olarmı, xanım? 

Ofeliyanın ayaqlan altında uzanır. 

O f e l i y a .  Xeyr, milord. 

H a m l e t .   Demək  istəyirəm  ki,  başımı  sizin  dizlərinizə  söykəyə 

bilərəmmi? 

O f e l i y a .  Bəli, milord. 

H a m l e t .  Allah bilir, siz nələr düşündünüz? 

O f e l i y a .  Mən heç nə düşünmədim, milord. 

H a m l e t .  Gözəl bir qızın ağuşunda uzanmaq gözəl bir arzudur. 

O f e l i y a .  Nə dediniz, milord? 

H a m l e t .   H e ç   n ə .  

O f e l i y a .  Bu gün çox şənsiniz, milord. 

229 

downloaded from KitabYurdu.org




Uilyam Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

H a m l e t .  Kim, mən? 

O f e l i y a .  Bəli, milord. 

H a m l e t .  Aman Allah, deməli, mən sizin yeganə, misilsiz təlxə- 

yinizəm.  Nə  etməli?  Bizim  şənlənməkdən  başqa  ayn  çarəmiz  varmı? 

Bir  mənim  anama  baxın,  o  necə  də  şaddır!  Halbuki  atam  iki  saat 

bundan əwəl ölmüşdür. 

O f e l i y a .  Xeyr, milord, düz iki ay bundan əwəl. 

H a m l e t .  Necə, necə! Belə çox? Elə isə qoy yas paltarı cəhənnəm 

olsun. Mən xəzli bayram libası geyəcəyəm. Ey ulu göylər! O iki aydır 

ölüb,  hələ  də  unudulmayıb?  Deməli,  ümid  etmək  olar  ki,  böyük  bir 

adamın xatirəsi dünyada özündən yanm il artıq yaşaya bilər, ancaq o, 

məbədlər  tikdirməlidir,  yoxsa  heç  kim  onu  yada  salmayacaq.  O 

zavallı  qəbrinin  üstünə  bu  sözlər  yazılmış  oyuncaq,  çubuq  at  kimi 

tamamilə yaddan çıxacaqdır. 

“Bir tərəfə atdılar, 

Atdılar, unutdular”. 

Qaboylar çalınır. 

Lal səhnə başlanır. 

Kral  və  kraliça  rolunu  oynayan  aktyorlar  daxil  olub  bir-birinə  nəvaziş  göstərirlər. 

Əwəlcə kraliça kralı, sonra isə kral kraliçanı qucaqlayır. Kraliça kralın qarşısında dizi 

üstə çöküb öz məhəbbətini izhar edir. Kral onu ayağa qaldırır və başını onun çiyninə 

qoyur. Sonra çiçəklərin arasında uzanır. Kraliça onun yatdığını görüb gedir. Bu vaxt 

bir  nəfər  gəlir,  kralın  tacım  başından  çıxarıb  öpür  və  onun  qulağına  zəhər  töküb 

gedir.  Kraliça  geri  qayıdır,  kralı  ölmüş  görüb  kədərli  və  çılğın  hərəkətlər edir.  Qatil 

bir  neçə  dəfn  mərasimi  xidmətçiləri  ilə  yenidən  gəlir,  kraliçanın  qəminə  şerik 

olduğunu bildirir. Cənazəni aparırlar. Qatil hədiyyələrlə kraliçanın rəğbətini qazanır. 

Kraliça əwəlcə onunla könülsüz və həvəssiz davranır, axırda onun məhəbbətini qəbul 

edir. 

Gedirlər. 

O f e l i y a .  Bu nə deməkdir, milord? 

H a m 1 e t. Bir çirkin cinayətin, alçaq rəzalətin təsviridir. 

O f e l i y a .  Yəqin, bu lal səhnə oynanılacaq əsərin məzmununu 

göstərir? 

Bir aktyor daxil olur. 

H a m I e t. Bu qoçaq bizə hamısını danışacaq. Aktyorlar sirr sax-

laya bilmirlər, hər şeyi töküb üyüdürlər. 

O f e l i y a .  İndi bu göstərilənlərin mənasını o bizə deyəcəkmi? 

 

230 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə