Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə66/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   62   63   64   65   66   67   68   69   ...   189

cündə  dadlı  tikə  saxladığı  kimi,  saxlayır.  Ağzına  birinci  alıb  axırda 

udur.  Şirəniz  ona  lazım  gəldikdə  o  sizi  sıxır.  Siz,  gənələr  yenidən 

quru qalırsınız. 

R o z e n k r a n t s .  Mən sizi başa düşmürəm, milord. 

H a m l e t .  Mən buna sevinirəm. Ağıllı sözü axmaq qulaq eşit-

məz. 


R o z e n k r a n t s .  Milord, siz cənazənin yerini deməli və bizimlə 

kralın hüzuruna getməlisiniz. 

H a m l e t .  Cənazə kralın yanındadır, ancaq kral cənazənin 

yanında deyil. Kral elə şeydir ki... 

Q i l d e n s t e r n .  “Elə şeydir ki”, milord? 

H a m l e t .  Heç şeydir. Aparın məni onun hüzuruna. Gizlə, tülkü, 

cüssəni, hamı axtarır səni. 

Gedirlər. 

ÜÇÜNCÜ SƏHNƏ

 

Qəsrdə başqa bir otaq. 

Kral əyanların müşayiəti ile daxil olur. 

K r a l .  

Mən əmr etmişəm, gəzsinlər onu, 

Axtarıb tapsınlar cənazəni də. 

Bu adamın azad, sərbəst qalması Necə 

də dəhşətli, təhlükəlidir! 

Onunla sərt olmaq bizə yaramaz, 

Onu çox istəyir qara camaat. 

Avam xalqın ağlı gözlərindədir. 

Verilən cəzanı görürlər ancaq, 

Heç vaxt düşünmürlər cinayət haqda. 

Hər şey ehtiyatla düzəlsin gərək. Onun 

bu səfəri təcili, vacib Dövlət işi kimi 

görünməlidir. 

Qorxulu dərdləri dünyada bəşər 

Qorxulu dərmanla sağalda bilər, 



257 

downloaded from KitabYurdu.org




Uilyam Şckspir 

DÜNY

A ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Ya da əlac tapmaz. 



(Rozenkrarıts daxil olur.) 

Nə var! Nə oldu? 

R o z e n k r a n t s .  

Meyiti harada gizlətdiyini, 

Nə qədər çalışdıq, öyrənəmmədik. 

K r a l .  Bəs özü hardadır? 

R o z e n k r a n t s .  

Özü bayırda, 

Nəzarət altında durur, hökmdar. 

Sizin əmrinizi gözləyirik biz. 

K r a l .  Prinsi gətirin! 

R o z e n k r a n t s .  

Ey, Qildenstern! 

Prinsi gətirin tez içəriyə. 



(Hamlet və Qildenstern daxil olurlar.) 

K r a l .  Hə, Hamlet, bir danış, hanı Poloni? 

H a m l e t .  Axşam yeməyində. 

K r a l .  Axşam yeməyində? 

H a m l e t .  Bəli, lakin o yemir, onu yeyirlər. Siyasi qurdların ona 

həsr olunmuş ümumi yığıncağı yenicə başlanıb. Məzar qurdu yemə-

yinin əlvanlığına görə yer üzünün bütün imperatorlanndan üstündür. 

Biz  dünyada  olan,  əti  yeyilən  hər  bir  canlını  saxlayıb  kökəldirik  ki, 

özümüz  yeyib  kökələk,  özümüzü  isə  qurdlar  üçün  bəsləyirik.  İstər 

piy  basmış  kral  olsun,  istərsə  arıq  dilənçi,  qurdlar üçün fərq  eləməz. 

İkisi də bir süfrədə eynidir, iki cürə, müxtəlif yeməkdir. Budur həya-

tın sonu. 

K r a l .  Əfsus, əfsus! 

H a m l e t .  İnsan, kralı yemiş qurdla balıq tutur, sonra da həmin 

qurdu yeyən balığı özü yeyir. 

K r a l .  Bununla sən nə demək istəyirsən? 

H a m l e t .   Heç  nə,  mən  sizə  yalnız  onu  göstərmək  istəyirəm  ki, 

bir  kral  bir  dilənçinin  bağırsaqlarında  necə  təntənə  ilə  səyahətə  çıxa 

bilər. 

K r a l .  Poloni hardadır? 



H a m l e t .   Göylərdə,  adam  göndərin  baxsın.  Hərgah  orada  tap-

masa, onda cəhənnəmdə onu özünüz axtarın. Əgər heç yerdə 

 

258 

downloaded from KitabYurdu.org




tapılmasa,  bir  aydan  sonra  şüşəbəndin  pilləkəni  ilə  yuxarı  qalxanda 

burnunuz onun yerini sizə deyər. 

K r a l  

{bəzixidmətçilərə).

 

Gedin, tez oranı axtarın! 

H a m l e t .  Tələsməyin, siz gələnədək o heç yana getməyəcək. 

Xidmətçilər gedirlər. 

K r a l .  

Hamlet, törətdiyin ağır cinayət Bizi 

həddən artıq kədərləndirir. 

Sənin sağ-salamat qalmağın üçün 

Təklif edirik ki, təcili, dərhal 

Burdan, bu ölkədən çıxıb gedəsən. 

Odur ki, ləngimə, yola hazırlaş. 

Əsir səmt küləyi, hazırdı gəmi. 

Yoldaşlar gözləyir, açın yelkəni 

Düz İngiltərəyə. 

H a m l e t .  İngiltərəyə? 

K r a l .  Bəli, tələs, Hamlet. 

H a m l e t .  Yaxşı, çox yaxşı. 

K r a l .  

Əgər sən bilsəydin məqsədimizi

Yəqin ki, onda da belə deyərdin. 

H a m l e t .   Mən  sizin  məqsədinizi  görən  mələyi  görürəm.  Qoy 

belə olsun, gedirəm İngiltərəyə! - Salamat qalın, əziz anam. 

K r a l .  Əziz atam, Hamlet. 

H a m l e t .  Xeyr, anam. Ata və ana ər-arvad deməkdir. Ər-arvad- 

sa  bir  can,  bir  bədəndir.  Deməli,  heç  bir  fərqi  yoxdur.  Deməli,  anam 

deyirəm. - Gedirəm İngiltərəyə. 

Gedir. 

K r a l .  

İzləyin siz onu qarabaqara, 

Tələsdirin, gedib minsin gəmiyə. 

Bu gecə o burda qalmasın gərək, 

İşi yubatmayın. Sizə uğurlar! 

Məktubda yazılıb hər şey birbəbir. 

Təvəqqe edirəm, tez düşün yola. 



259 

downloaded from KitabYurdu.org




Uilyam Şolıspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

(Rozenkrants

 və 

Qildenstem gedirlər.) 

Sənsə, İngiltərə, qəlbində əgər 

Mənə qarşı bir az məhəbbət varsa, - 

Yadından çıxarma, bu məhəbbəti 

Qüdrətim qazanıb qanb döyüşdə. 

Əgər sinən üstdə Danimarkanın 

Qılınc yaraları sağalmayıbsa, 

Xərac verirsənsə bizə qorxudan, - 

Laqeyd yanaşma mənim əmrimə. 

Məktubum bildirər gizli fikrimi

Sənə tapşırıram: Hamleti öldür. 

Məhv et, məhv et onu sən, İngiltərə. 

Qanımda alışır qızdırma kimi, 

Qurtar, qurtar məni bu qorxunc oddan. 

Necə ki o sağdır, düşüb dəhşətə, 

Həsrət qalacağam mən səadətə. 



Gedirlər. 

 

DÖRDÜNCÜ SƏHNƏ



 

Danimarkada bir düzəngah. 

Fortinbras, bir kapitan və hərbi nizamla 

addımlayan qoşun daxil olurlar. 

F o r t i n b r a s .  

Kapitan, siz məndən Danimarkanın 

Böyük kralına salam apann. 

Ona ərz edin ki, vədinə görə, 

Şanlı hökmdarın torpaqlarından Keçir 

Fortinbras öz qoşunuyla. Ordugahın yeri 

bəllidir sizə, 

Əgər əlahəzrət arzulayarsa, 

O saat gələrik hüzuruna biz. 

Ona belə deyin! 

K a p i t a n .  Baş üstə, milord. 



260 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə