Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə65/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   61   62   63   64   65   66   67   68   ...   189

Uilyam Şokspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Dəliliyə vurub özünü qəsdən. 

Bu iş onun üçün əla olacaq, 

Çünki belə gözəl, belə ağıllı, 

Belə fərasətli bir kraliça Onuntək bir 

paza, bir yarasaya Bu cürə qiymətli bir 

sirr açacaq. 

Bunu kim eyləyər? Əlbəttə, heç kim! 

Hətta nağıldakı məşhur meymun da Ən 

uca binanın çıxıb damına, Xəlvətcə, 

gizlicə orda saxlanan Səbəti açaraq 

göyərçinləri Havaya buraxmaz heç 

vaxt, heç vədə. Səbətə girməz ki təcrübə 

üçün, Səbətlə birlikdə yıxılar birdən, 

Boynu yerə dəyib qınla bilər. 

K r a l i ç a .  

Arxayın ol, oğlum, ölərəm ancaq Heç 

zaman heç kimə satmaram səni. 

H a m l e t .  

Məni göndərirlər İngiltərəyə, 

Bunu bilirsiniz? 

K r a l i ç a .  

Bəli, çox əfsus, 

Mən tamam unutdum, bu qət olunub. 

H a m l e t .  

Əmr möhürlənib, hazırdır artıq. 

Mənimlədir iki məktəb yoldaşım Bu 

uzaq səfərdə, inanıram mən Onlara 

gürzəyə inandığımtək. 

Məni salmalıdır onlar tələyə. 

Yaxşı, belə olsun, görək kim kimi Bu 

gizli yarışda məğlub edəcək. 

Düzü, gülməlidir quyu qazan kəs 

Yıxılıb düşəndə öz quyusuna. 

Qalanı əlinə keçirmək üçün Onlar lağım 

atıb, qurğu quracaq Mənsə lağım atıb 

daha dərindən 

 

252 

downloaded from KitabYurdu.org



Qurğu quracağam qurğuya qarşı, 

Göyə sovrulacaq bütün qurğular. 

Həngamə qopacaq eyni zamanda Yer 

altda hiylələr qarşılaşanda. - Aparım, 

gizlədim bu içalatı, 

Mənim səfərimi sürətləndirdi. 

Anacan, gecəniz xeyrə qalsın. 

Doğrudan, nə yaman susdu müşavir! 

Çərənçi, gicbəsər bu haramzadə Hə 

ciddi, təmkinli olub dünyada! - Gəl, 

cənab, səninlə çürüdək işi. - Gecəniz 

xeyrə qalsın, anacan. 



Hərəsi bir yana gedir. 

Hamlet Poloninin cəsədini 

sürüyərək aparır. 

253 

downloaded from KitabYurdu.org




Uilyam Şehspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

DÖRDÜNCÜ FƏRDƏ 

BİRİNCİ SƏHNƏ

 

Qəsrdə bir otaq. 

Kral, kraliça, Rozenkrants və Qildenstem daxil olurlar. 

K r a l .  

Bu dərin ahlarda nəsə bir sirr var. Bunun 

səbəbini öyrəndinizmi? 

Oğlunuz hardadır? 

K r a l i ç a .  

Bizi tək buraxın beş-on dəqiqə. 

(Rozenkrants

 və 

Qildenstem gedirlər.) 

Ah, mehriban ərim, mən nələr gördüm! 

K r a l .  Mə var, Gertruda? Hamlet necədir? 

K r a l i ç a .  

Hiddətlə çarpışıb tufan qoparan 

Dəniztək, küləktək ağılsız idi. 

Xalça arxasından elə bu vaxtı Şıqqıltı 

eşidib şaşırdı tamam. 

“Siçovul, siçovul!” deyə qışqırdı, 

Qılıncı sıyırıb sancdı xalçaya, 

Öldürdü bilmədən yazıq qocanı. 

K r a l .  

Necə də qorxulu, dəhşətlidir bu! 

Orda gizlənsəydik, biz də ölərdik. 

Onun belə sərbəst, azad gəzməsi 

Sizinçün, bizimçün, hər bir kəs üçün

Bütün hamı üçün təhlükəlidir. 

downloaded from KitabYurdu.org




İndi bəs bu qana kimdir cavabdeh? Əfsus 

ki, özümüz. Çünki vaxtında Nəzarət 

etmədik bu dəli gəncə, 

Onu ayırmadıq başqalarından. 

Tükənməyən övlad məhəbbətimiz Aldı 

başımızdan ağılımızı, 

Düşünüb seçmədik yaxşını pisdən. 

Hamıdan biz onun dəliliyini Gizlədik 

ayıblı xəstəlik kimi. 

İndi içimizdə şiddət eyləyib Yeyir 

qəlbimizi. O hara getdi? 

K r a l i ç a .  

Harasa ölünü çəkib apardı. 

Mədəndə yöndəmsiz daşlar içində Qızıl 

zərrələri panldayantək, Dəlilikdən coşub 

sayıqladıqca Onun da ağıllı, gözəl sözləri 

Adamın qəlbinə şəfəq saçırdı. 

Göz yaşı tökürdü öz əməliyçün. 

K r a l .  

Gedək, Gertruda. Günəş nurunu 

Dağların başına hələ saçmamış, 

O yola düşəcək səhər gəmiylə. 

Bu mənfur qətlə ustalıqla biz Gərək səbəb 

tapaq. Ey! Qildenstern? 



(Rozenkrants və 

Qildenstern qayıdırlar.) 

Köməkçi götürün, 

tez gedin, dostlar. Dəliliyi tutub 

çılğınlaşaraq, 

Yataq otağında kraliçanın Fağır Polonini 

öldürüb Hamlet, Harasa sürüyüb 

cənazəsini. 

Gəzin, tapın onu, ancaq prinslə Mehriban 

danışın, mülayim olun, Gətirin kilsəyə 

cəsədi dərhal. 

Rica eyləyirəm sizdən, tələsin! 

(Rozenkrants və Qildenstern gedirlər.) 

Gedək, 


Gertruda, yığaq dostları, 

255 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Onlara bildirək həm bu ölümü, 

Həm də ki gələcək məqsədimizi. 

Beləliklə, birbaş hədəfə uçan 

Qorxunc, zəhərli top gülləsi kimi

Dünyanın bağrını yaran böhtanlar, 

Bəlkə, toxunmadı, dəymədi bizə. 

Ah, gedək birlikdə, mənim mələyim

Təşvişlə, qorxuyla dolub ürəyim. 

Gedirlər. 

 

İKİNCİ SƏHNƏ



 

Qəsrdə başqa bir otaq. 

Hamlet daxil olur.

 

H a m l e t .  Çatdı təhlükəsiz mənzilinə o. 

R o z e n k r a n t s   v ə   Q i l d e n s t e r n  

(səhnə  arxasından).

 

Hamlet! 


Prins Hamleti 

H a m l e t .  Sus, bu nə səsdir? 

Kim məni çağırır? Budur, gəlirlər. 

(Rozenkrants

 və 

Qildenstern gəlirlər.) 

R o z e n k r a n t s .  Milord, neylədiniz o cənazəni? 

H a m l e t .  Tapşırdım torpağa - öz anasına. 

R o z e n k r a n t s .  

Deyiniz, hardadır, biz gedib ordan 

Götürək, aparaq onu kilsəyə. 

H a m l e t .  Buna inanmayın. 

R o z e n k r a n t s .  Məyə inanmayaq? 

H a m l e t .  Buna ki, mən sizin sirrinizi saxlaya bilərəm, ancaq öz 

sirrimi  yox.  Bir  də  axı  gənə  özü  nədir  ki,  onun  sual-sorğusu  da  nə 

olsun. Bir kral oğlu ona nə cavab verməlidir? 

R o z e n k r a n t s .  Siz məni gənə sayırsınız, milord? 

H a m l e t .   Bəli,  ser,  kral  mərhəmətinin,  səxavətinin,  hakimiyyə-

tinin bütün şirəsini soran bir gənə. Fəqət belə qarınqulular krala daha 

yaxşı qulluq göstərirlər. Kral onları, meymun ağzının bir kün- 

256 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə