Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə67/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   63   64   65   66   67   68   69   70   ...   189

F o r t i n b r a s .  Qoşun, yavaş-yavaş irəliyə marş! 

Fortinbras qoşunla birlikdə gedir. Hamlet, 

Rozenkrants, Qildenstem və başqaları gəlirlər. 

H a m l e t .  Bu ordu kimindir, mehriban cənab? 

K a p i t a n .  Norveç dövlətinin əsgərləridir. 

H a m l e t .  Haradır səfəri? Məramı nədir? 

K a p i t a n .  Polşanın üstünə yürüş edirlər. 

H a m l e t .  Cənab, komandiri kimdir onların? 

K a p i t a n .  

Norveç kralının qardaşı oğlu, Tax-tacının 

varisi Fortinbrasdır. 

H a m l e t .  

Polşanı büsbütün tutmaqdır qəsdi, 

Ya sərhəddən bir az almaq istəyir? 

K a p i t a n .  

Düzünü söyləsək, kəsə danışsaq, 

Bir qarış torpağa can atırıq biz. 

Oranın xeyri yox, yalnız adı var, 

Beş quruş verməzdim heç vaxt ona mən. 

Ya Norveç, ya Polşa satsaydı əgər, 

O yerdən beş quruş qazanmazdılar. 

H a m l e t .  Onda qorumaz ki onu polyaklar. 

K a p i t a n .  Böyük ordu yığıb onlar bu yerə. H a m l e t .  

İyirmi min qızıl, iki min adam Bir saman 

çöpünə qurban gedəcək! Bəladır bol 

nemət, əmin-amanlıq, 

İnsanı daxilən yeyir qurd kimi

Zahirən səbəbi görünmür gözə. 

Təşəkkür edirəm qəlbən sizə, ser. K a p i t a n .  

Yaradan hər zaman sizə yar olsun. 



Gedir. 

R o z e n k r a n t s .  Getməyəkmi, milord? 

H a m l e t .  

Gedin qabaqda, 

Mən gəlib bu saat çataram sizə. 

261 

downloaded from KitabYurdu.org




Ullyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

(Hamletdən başqa hamısı gedir.) 

Hər şey, hər hadisə bir məzəmmətdir

Necə də səsləyir qisasa məni! 

Arzusu, istəyi həyatda yalnız 

Yemək, yatmaq olan bir insan nədir? 

Heyvandır, vəssalam, başqa cür olmaz. 

Bizi bu aləmdə xəlq edən xaliq 

Bizə elə böyük zəka verib ki, 

Görürük keçmişi, gələcəyi də. 

Allaha bənzəyən idrakı bizə 

Töhfə verməyiblər, hədər məhv edək. 

Görəsən, idrakı nədir məhv edən? 

Heyvan huşsuzluğu, yoxsa hər işin 

Sonunu dərindən düşünən şübhə? 

Fikirlər dörd cürə olur əzəldən: 

Cİç payı qorxaqlıq, bir payı ağıl. 

İşi görmək üçün öz məqamında 

Vasitə, iradə, səbəb, güc varkən 

“Bu iş olmalıdır” deyə bir sözü 

Bilmirəm nə qədər təkrar eyləyim? 

Məni tənbeh edir saysız misallar. 

Bax, buna sübutdur bu böyük ordu. 

Lovğa, təkəbbürlü gənc bir şahzadə 

Şan-şöhrət eşqiylə alovlanaraq 

Bu qədər insanı öz arxasınca 

Aparır qırğına, qanlı döyüşə. 

Bu zərif, bu incə qayğısız cavan 

Ağzını-burnunu əyib hər şeyə, 

Düşünmür hücumun nəticəsini. 

Bu qorxunc cəsarət, bu qorxulu iş 

Dəyməz hətta tək bir lax yumurtaya. 

Fəqət bu dünyada bir həqiqət var: 

Arada böyük bir səbəb olmadan 

Döyüşə atılmaq böyüklük deyil. 

Əgər şərəf, ismət ləkələnirsə, 

Adicə bir saman çöpündən ötrü 

Vuruşmaq insana böyüklük verir. 

 

262 

downloaded from KitabYurdu.org



Mən necə dayanım indi yerimdə?! Atam 

öldürülüb, anamın isə Şərəfi, isməti 

tapdalanıbdır. 

Ağlım şaşırmazmı, qanım coşmazmı? 

Bəlkə də, hələlik yatsın qeyrətim, Baxım 

utanmadan bu iyirmi min Bədbəxt 

adamların ölümünə mən. Qondarma, 

yalançı şöhrətə uyub, Onlar yatağına 

gedirmiş kimi, 

Gedirlər birbaşa qəbir evinə. 

Bir parça yer üçün vuruşacaqlar. 

O yerə bu ordu yerləşə bilməz

Ölənləri orda dəfn etmək üçün Məzar 

da tapılmaz kifayət qədər... 

Ah, ah, mənim fikrim, bu gündən belə 

Ya məhv ol, ya da ki qan saç, qan çilə! 



Gedirlər. 

BEŞİNCİ SƏHNƏ

 

Elsinor. Qəsrdə bir otaq. 

Kraliça, Horatsio və bir zadəgan daxil olurlar. 

K r a l i ç a .  Onunla danışmaq istəmirəm mən. 

Z a d ə g a n .  

Qışqırıb can atır sizi görməyə

Doğrudan, ağlını itirib yazıq, 

Yaman pis haldadır. 

K r a l i ç a .  Nə olub ona? 

Z a d ə g a n .  

Elə hey danışır öz atasından, 

Deyir: yalanlarla dolub bu dünya. Sıxıb 

yumruğunu çırpır köksünə. Ağlayır, 

hirslənir hər cüzi işdən, 

Hər yerdən, hər şeydən şübhələnir o. 

263 

downloaded from KitabYurdu.org




(Jilyam Şehspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Az-maz məna vardı bəzi sözündə, 

Nitqi mənasızdır, rabitəsizdir. 

Fəqət həmin nitqi kim eşidirsə

Ona məna verir öz bildiyitək. 

Baxışı, duruşu, hərəkətləri 

Aydın göstərir ki, onun qəlbində 

Dəhşətli, dözülməz bir kədər vardır. 

H or at si o. 

Yaxşı olardı ki, dinləyəydiniz, 

Çünki o, bədniyyət, bədxah kəslərdə 

Qorxulu fikirlər yarada bilər. 

K r a l i ç a .  

Qoy gəlsin İçəri. (



Zadəgan gedir.)

 

C



Kənara

) Hər şey günahkartək xəstə qəlbimi 

Sıxır vahiməylə məngənə kimi. 

Dolur şübhələrlə ləkəli vicdan, 

Açır taqsırını öz qorxusundan. 

Zadəgan Ofeliya ile 

qayıdır. 

O f e l i y a .  Hardadır, hardadır Danimarkanın 

Gözəl, əzəmətli kraliçası? 

K r a l i ç a .  Nə var, Ofeliya, bu nədir, qızım? 

O f e l i y a  

(oxuyur). 

Necə tapım onu mən? 

Hanı o eşq məşəli? 

Əlində var çəliyi, 

Ayağında səndəli. 

K r a l i ç a .  Quzum, bu nəğmənin mənası nədir? O f e l i y a .  

Deyim? Yox, lütf edin, bir qulaq asın. 

(Oxuyur.) 

Öldü, getdi 

məzara, 

Yuxudadır həmişə. 

Ayağında daş durur, 

Başı üstdə bənövşə. 

O, oy! 

K r a l i ç a .  



Ofeliya, fəqət... 

 

264 

downloaded from KitabYurdu.org



Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə