Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə70/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   66   67   68   69   70   71   72   73   ...   189

Dənizçilər daxil olurlar. 

B i r i n c i   d ə n i z ç i .  Xoşbəxt olun, cənab. 

H o r a t s i o. Sizinlə birgə. 

B i r i n c i   d ə n i z ç i .  Cənab, hər şey Allahın mərhəmətindən ası-

lıdır. Sizə məktub gətirmişik, cənab. - Onu gəmiylə İngiltərəyə gedən 

bir  müşavir  göndərdi.  -  Mənə  dedikləri  kimi,  əgər  sizin  adınız 

Horatsiodursa, buyurun. 

H o r a t s i o (



məktubu oxuyur).

 

“Horatsio, məktubumu oxuyandan 

sonra  kralın  yanına  getmək  üçün  bu  yoldaşlara  bir  yol  tap.  Onlar 

krala məktub aparırlar. Biz dənizdə olalı heç iki gün deyildi ki, dəniz 

quldurlan  arxamıza  düşüb  bizi  təqib  etməyə  başladılar.  Gəmimizin 

həddindən artıq yavaş getdiyini görüb vuruşmağa, şücaət göstərməyə 

məcbur  olduq.  Onlar  bizə  yaxınlaşdılar.  Əlbəyaxa  döyüşərkən 

quldurlann  gəmisinə  keçdim.  Elə  bu  an  gəmilər  aralandı.  Beləliklə, 

təkcə  mən  əsir  düşdüm.  Onlar  soyğunçu  olsalar  da,  mənimlə  müla-

yimliklə  davranırdılar.  Onlar  nə  etdiklərini  bilirdilər.  Mən  də  onlara 

yaxşılıq  etməliyəm.  İmkan  yarat,  göndərdiyim  əlavə  məktub  krala 

çatsın. Özünsə ölümün pəncəsindən qaçıb qurtarırsanmış kimi böyük 

bir  sürətlə  yanıma  tələs.  Sənə  sözüm  var.  Qulaqların  elə  şeylər 

eşidəcək  ki,  heyrətdən  dilin  lal  olacaq.  Bu  sözlər  hələ  deyə 

biləcəklərimin ən adisidir. Bu xeyirxah adamlar səni mənim qaldığım 

yerə  gətirərlər.  Rozenkrantsla  Qildenstem  İngiltərəyə  gedirlər. 

Onların  haqqında  danışmaqla  qurtarmaz.  Sağ  ol.  Həmişə  sədaqətinə 

inandığın Hamlet”. 

Gedəyin, məktubu verin krala. 

Cəld olun, tez olun, apann məni 

Məktubu göndərən şəxsin yanına. 

Gedirlər. 

273 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

YEDDİNCİ SƏHNƏ

 

Qəsrdə başqa bir otaq. 

Kral və Laert daxil olurlar. 

K r a l .  

İndi inandınmı günahsızam mən, 

Həqiqi, səmimi dostunam sənin. 

Gördünmü, atanı öldürən qatil 

Qəsd etmək istəmiş mənim ömrümə? 

L a e r t .  

Bəli, bu aydındır, ancaq bir deyin: 

Belə ehtiyatlı, tədbirli ikən 

Qoyub təhlükədə həyatınızı, 

Bu cürə dəhşətli, qorxunc canini 

Niyə vermədiniz məhkəməyə siz? 

K r a l .  

Bunun əsas iki səbəbi vardır. 

Bəlkə, sənin üçün heç nəyə dəyməz, 

Fəqət mənim üçün çox gərəklidir. 

Birinci budur ki, onun anası - Kraliça 

onsuz yaşaya bilməz. 

Mənə qaldıqdasa, bəxtim, taleyim 

Yaxşıdır, ya da pis, bir fərqi yoxdur. 

Bütün həyatımla, bütün qəlbimlə Elə 

bənd olmuşam kraliçaya, 

Ona elə möhkəm bağlanmışam ki, 

Səmadan ayrılmaz bir ulduz kimi

Ayrıla bilmərəm mən ondan heç vaxt. 

Qatili vermədim məhkəməyə mən, 

İkinci səbəbi budur ki, oğlum, 

Onu qəlbən sevir qara camaat, Sevgiyə 

qərq edir nöqsanlarını. 

Odun parçasını əhəngli bulaq Qiymətli 

bir daşa çevirdiyitək

Adi xalq da onun cinayətini Dəyişib 

döndərir ləyaqətə, bil. 

Odur ki atdığım cəza oxlan Yüngül 

budaq kimi hədəfə çatmaz. 

 

274 

downloaded from KitabYurdu.org



Hirslənmiş camaat güclü yel kimi Oxları 

qaytarıb sancar köksümə. 

L a e r t .  

Deməli, unudum mərhum atamı, 

Dəhşətlər odunda yanan bacımı?! 

Ah, zavallı bacım, ah, bədbəxt bacım! 

Bir zaman vardı ki, bir vaxt vardı ki, 

Hüsnü, ləyaqəti, kamilliyiylə Bütün 

qadınlığın zirvəsiydi o. 

Yox, yox, qisasımı alacağam mən. 

K r a l .  

Heç narahat olma, elə bilmə ki, 

Avam yaranmışıq, kütük, axmağıq. Qorxunc 

təhlükənin müdhiş əlinə Heç zaman 

vermərik saqqalımızı, 

Oynada, əylənə istədiyitək. 

Çox şey biləcəksən bir azdan, oğlum. 

Yaxın dostum idi istəkli atan, 

Biz də özümüzə düşmən deyilik. 

Cİmid edirəm ki, bunlar dərindən Sənə 

düşünməyi öyrədəcəkdir... 

(Çapar daxil olur.) 

Nədir? Nə xəbər var? 

Ç a p a r .  

Prins Hamletdən 

Məktub gətirmişlər sizə, hökmdar. 

Bu sizin, bu isə kraliçanın. 

K r a l .  

Nə, məktub? Hamletdən? Kim gətirmişdir? 

Ç a p a r .  

Bir neçə dənizçi, belə deyirlər, 

Həmin adamlan görməmişəm mən. 

Klavdio verdi bu məktubları, 

O alıb bunları dənizçilərdən. 

K r a l .  

Laert, oxuyuram, dinlə, dinlə bir. - Sən gedə 

bilərsən. 



275 

downloaded from KitabYurdu.org




 

Uilyam Şcfıspir 



DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

t

 

Çapar gedir. Kral məktubu oxuyur. 

“Böyük  və  əzəmətli  hökmdar,  məlumunuz  olsun  ki,  mən  sizin 

krallığın  sərhədinə  çılpaq  bir  halda  gəlib  çıxmışam.  Sabah  sizin 

şahanə baxışlarınızı görmək üçün icazə istəyirəm. Mərhəmətinizə nail 

olanda  mən  bu  cür  qəfil  və  çox  qəribə  qayıtmağımın  səbəbini  sizə 

ətraflı danışacağam. Hamlet”. 

Hamısı qayıdıb? Bu nə deməkdir? 

Yoxsa bu yalandır, düzəlib işlər? 

L a e r t .  Siz onun xəttini tanıyırsınız? 

K r a l .  

Hamletin xəttidir, o yazıb “çılpaq”. 

Budur, aşağıda qeyd edib “təkcə”. 

Mənə məsləhət ver indi sən, oğlum! 

L a e r t .  

Bilmirəm nə deyim. Ancaq qoy gəlsin. 

Onun bu gəlişi ürəyimdəki Dərdi 

sağaldacaq, ölməyib o vaxt Onun 

gözlərinin içinə baxıb Deyəcəyəm: 

“Cani!” 


K r a l .  

Bu belədirsə, 

Necə belədirsə?! Nə qalıb artıq? - Mən 

göstərən yolla gedərsən, Laert? 

L a e r t .  

Hər şeyə hazıram, yalnız, hökmdar, 

Banşıq yolunu göstərməyin siz. 

K r a l .  

Daha nə barışıq. O gəlib indi. 

Yayınıb, qaçıbdır səyahətindən. 

Təzədən geriyə qaytarmaq olmaz. 

Mən yeni bir kələk fikirləşmişəm, 

Bu dəfə canını qurtara bilməz. 

Heç kəs şübhələnməz, budur əsası, 

Onun ölümünü hətta anası Bir təsadüf 

sayar. 


276 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə