Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə71/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   67   68   69   70   71   72   73   74   ...   189

L a e r t .  

Böyük hökmdar, 

Mütləq baxacağam siz deyənlərə. 

Əgər istəsəniz, intiqam üçün Mən alət 

olaram. 

K r a l .  

Budur doğru yol. 

Səyahət edəndə başqa yerdə sən, Həmişə 

haqqında söz-söhbət düşüb. Hamletin 

yanında bir dəfə səni, 

Düzü, hər cəhətdən təriflədilər. 

Lakin bir cəhətdən tərifləyəndə Prins sənə 

yaman paxıllıq etdi. 

Əgər mənə qalsa, həmin paxıllıq Vacib bir 

şey deyil. 

L a e r t .  O nədir elə? 

K r a l .  

Boş şeydir. Gənclərin sino getdiyi 

Şlyapada olan lent kimidir o. 

Yüngül plaş geyib cavanlığında Laqeyd-

laqeyd dolanır insan. 

Fəqət yaşa dolub ahıllaşanda Qara samur 

xəzi geyir əyninə, 

Həm gümrah görünür, həm də təmkinli. 

Qulaq as, buraya iki ay əvvəl Bir cənab 

gəlmişdi Normandiyadan. - Mən özüm 

görmüşəm fransızları, 

Bir zaman onlarla vuruşmuşam da. 

Yaxşı at minməkdə bütün dünyada Tayı-

bərabəri yoxdur onların. 

Ancaq sehrbazdı bu gözəl cənab, 

Elə bil, yəhərdə böyümüşdü o. 

Atı elə sürür, elə səyirdir, 

Elə möcüzələr göstərirdi ki, 

Kəhərdən ayrılıb seçilmirdi heç, 

Əkiz yaranmışdı, sanki, kəhərlə. 

Ham belə nağıl, belə əfsanə?! 

277 

downloaded from KitabYurdu.org




 

Uilyam Şekspir 



DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

Onun hünərini, şücaətini Nə demək 



mümkündür, nə də düşünmək. L a e r t .  

Normandiyalıydı? 

K r a l .  Normandiyalı. 

L a e r t .  Ömrümə and olsun, o Lamod imiş. 

K r a l .  Lap elə özüydü. 

L a e r t .  

Onu, hökmdar, 

Yaxşı tanıyıram, incidir, inci, 

Bütün bir millətin yaraşığıdır. 

K r a l .  

Cİrəkdən danışdı sənin haqqında, 

Yaman təriflədi məharətini, 

Xüsusən də qılınc oynatmağını Göylərə 

qaldırdı o dönə-dönə. 

Hamı bilsin deyə, eşitsin deyə tlcadan dedi 

ki, əgər bir nəfər Qarşına çıxmağa cəsarət 

etsə, 

Önündə bir an da davam gətirməz. 



And içib inamla təsdiq etdi ki, 

Dünyada ən mahir qılınc oynadan 

Cəldlikdə, hücumda, müdafiədə Səninlə heç 

cürə bacara bilməz. 

Ondan bu sözləri eşidən kimi Hamletin 

qəlbini diddi paxıllıq. 

Təkcə təsəllisi, təkcə arzusu Yalnız bu oldu 

ki, birdən gələsən, 

Dil töküb o səni yola gətirə

Qılınc meydanında vuruşasınız. 

Bax, bu da bəhanə. 

L a e r t .  

Necə? Bəhanə? 

K r a l .  

Laert, bir de görüm, əziz atanın Əziz 

tutursanmı xatirini sən, 

Yoxsa dərd rəsmisən, kədər şəklisən, 

Ya da bir heykəlsən cansız, ürəksiz. 



278 

downloaded from KitabYurdu.org




L a e r t .  

Nə üçün siz bunu soruşursunuz? 

K r a l .  

Demirəm, sevmirsən öz atanı sən. 

Ancaq bilirəm ki, zaman dönükdür, 

Zamanla yaranır, doğulur sevgi. 

Görmüşəm, ömürdən keçdikcə illər 

Sevgi alovu da səngiyir az-az. 

Sevgi alovunun öz daxilində Atəş də 

alışır, göz də alışır, 

Sevgi alovunu söndürür bir vaxt. 

Daim yaxşı qalmır heç nə həyatda. 

Sağlam bir bədəndə qan da coşanda 

İnsan tələf olur qan çoxluğundan. 

Necə ki arzu var ürəyimizdə Arzunu 

həyata keçirmək gərək, 

Bizim borcumuzdur bu iş əzəldən. 

İnsanlar, sahillər, hadisələrtək Arzu da 

dəyişir, yox olub gedir. Arzusuz iş 

görmək, borcu ödəmək Bədxərcin 

çəkdiyi ahlara bənzər, Bədəni məhv 

edər qanazlığından. Laert, gəl 

verməyək fürsəti əldən, Toxunaq 

yaranın özəyinə biz. 

Hamlet qayıdıbdır. İndi de görüm, 

Oğulluq borcunu sözlərlə deyil, 

Nəylə, hansı işlə sübut edərsən? 

L a e r t .  

Gedib boğazlaram onu kilsədə. 

K r a l .  

Qatilə müqəddəs yer ola bilməz, 

İntiqam tanımır nə hədd, nə sərhəd. 

Onda yaxşı olar, mehriban Laert, 

Heç vaxt çıxmayasan evdən qırağa. 

Sənin gəldiyini biləcək Hamlet. 

Bəzi adamları onun yanına 

Səni mədh etməkçün göndərərik biz, 

279 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

Həmin fransızın təriflərindən Səni daha 



artıq tərifləyərlər. 

Onlar görüşdürər sizi, nəhayət, Hətta 

sizin üçün mərc də gələrlər. Fırıldaqdan 

kənar, hiylədən uzaq, Sadəqəlb, səmimi 

bir insan kimi Fikir verməyəcək 

qılınclara o. 

Sən də asanlıqla, bir imkan tapıb, Dəyişə 

bilərsən məharət ilə İti bir qılıncla küt 

qılınanı. 

İdman yanşında, bu görüşdə sən Alarsan 

atanın intiqamını. 

Hökmən, alacağam intiqamımı. Yalnız 

bu niyyətlə, bu məqsədlə də Bir zəhər 

almışam, çox dəhşətlidir. Kim vursa 

bilmədən bıçağı ona, Kəssə barmağını, 

ölər o saat. Gecənin yansı ay işığında 

Yığılmış otlar da sağaltmaz onu. 

Bu lənətə gəlmiş məşum zəhərdən 

Qılıncın ağzına çəkərəm bir az. Hamletin 

toxunub bircə yerinə Yüngülcə sıyırsam, 

dərhal məhv olar. 

Bu haqda bir daha gəl fikirləşək. Götür-

qoy eyləyək vaxtı, imkanı, 

Görək niyyətimiz baş tutacaqmı? Hərgah 

məruz qalsaq uğursuzluğa, Açılsa, faş 

olsa gizlin qəsdimiz, 

Bütün el içində rüsvay olarıq. 

Odur ki, ehtiyat bir tədbir gərək. Bunsuz 

iş yaramaz. Dayan, qoy görüm, Sizin 

barənizdə mərc gələrik biz... 

Hə, tapdım: 

Vuruşa-vuruşa siz qızışanda - Mən sizi 

daha çox qızışdıraram - 

L a e r t .  

K r a l .  

280 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə