Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə69/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   ...   65   66   67   68   69   70   71   72   ...   189

L a e r t .  

O necə ölübdür? Yox, yox, heç zaman 

Mənimlə zarafat eləmək olmaz. 

Qoy cəhənnəm olsun sədaqət, vəfa! 

Müqəddəs andlar da qalsın iblisə! 

Çürüsün zindanda vicdan, mərhəmət! 

Cəhənnəm əzabı qorxutmur məni. 

İnanın sözümə: həm bu, həm də o 

Dünyanın mənimçün bir fərqi yoxdur. 

Nə olacaq olsun, mən öz atamın 

Mütləq alacağam intiqamını. 

K r a l .  Kim səni saxlayır? 

L a e r t .  

Yalnız iradəm, 

Bütün dünya gəlsə, saxlamaz məni. 

Əgər vara qalsa, kifayət edər, 

Azla böyük işlər görəcəyəm mən. 

K r a l .  

Niyə, nədən öldü istəkli atan?! 

Bu sirri öyrənmək istəyirsənsə, 

Onda belə qisas nəyə gərəkdir. 

Sən qumar oynunda, mehriban Laert, 

Qaliblə məğlubu bilmədiyintək, 

Dostunla düşməni seçə bilmirsən. 

L a e r t .  Siz yalnız düşməni göstərin mənə. 

K r a l .  Bilmək istəyirsən onu sən, oğlum? 

L a e r t .  

Bəli, mən atamın mərd dostlarını 

Bağrıma basaram hər vaxt, hər zaman. 

Köksünü dağıdıb, balalarını 

Qanıyla bəsləyən qutan quşutək, 

Onları bəslərəm ürək qanımla. 

K r a l .  

İndi danışırsan, həqiqətən də, 

Əsil övlad kimi, zadəgan kimi. 

Sevimli atanın bu ölümündə 



269 

downloaded from KitabYurdu.org




 

Uilyam 


Şckspir 

DÜNYA ƏDƏBİYYATI KIASSİKIƏRİ

 

 

Mənim zərrə qədər günahım yoxdur, 



Ona daha artıq acıyıram mən, 

Bu sənə gün kimi aydın olacaq. 

D a n i m a r k a l ı l a r  

(səhnəarxasından).

 

Yol verin, yol verin. 

L a e r t. 

Bu nə hay-küydür? 



(Ofeliya qayıdır.) 

Coş, ey quduz qəzəb, qurut beynimi! 

Ax, ey göz yaşlarım, ax, yeddi dəfə 

Artırıb duzunu gözümü yandır! - 

Allaha and olsun, səni bu hala Kim 

salıb çəkəcək öz cəzasını. 

Ah, bahar çiçəyi! Əziz qızcığaz, 

Gözəl Ofeliya, mehriban bacım! - İlahi, 

sən necə qıyırsan buna: 

Gənc, qəşəng bir qızın məhv olur ağlı 

Qoca bir adamın həyatı kimi? 

Təbiət mahirdir məhəbbətində, 

Alır qucağına sevgilisini, 

Aparır sonra da nadir hədiyyə. 

O f e l i y a  

(oxuyur). 

Cİzü açıq apardılar məzara, 

Dəfn etdilər, qopdu şivən, ahu-vay. 

Göz yaşları axıb döndü çaylara, 

Aman, aman, aman, aman, aman ay. 

Əlvida, əzizim! 

L a e r t .  Ağlın başında olsaydı, sübut etsəydin ki, intiqam almaq 

lazımdır, sən mənə belə dəhşətli təsir edə bilməzdin. 

O f e l i y a .  

Gəlin birgə oxuyaq: 

Öldü, öldü, siz də deyin öldü o... 

Ah, nəqərat mahnıya necə də yaraşır! 

Gecənin yansı öz ağasının Qızını 

qagrdı oğru anbardar. 

L a e r t .  Bu cəfəng sözlərdə dərin məna var. 

O f e l i y a .   Bu  qərənfildir,  xatirə  çiçəyidir.  Xahiş  edirəm,  sevgi-

lim,  al,  məni xatırla.  Bu  isə yasəməndir,  yaddaş  çiçəyidir,  məni  yad-

dan çıxarma. 



270 

downloaded from KitabYurdu.org




L a e r t .  Dəlilikdə müdrikliyə bax, fikirlə hafizə necə də birləşib! 

O f e l i y a .   Baxın,  bu  lalədir,  bu  sırğagülüdür.  Bu  isə  sədəfotu-  dur. 

Buyurun, alın. Bir neçəsi də mənə qalsın. Buna şəfaotu da demək olar. 

Ah,  siz  onu  döşünüzə  başqa  cürə  taxın,  mənə  baxmayın.  Bu  da 

qızçiçəyidir.  Sizə  bir  neçə  bənövşə  də  verərdim,  ancaq  atam  öləndə 

hamısı solub. Deyirlər ki, o çox rahat ölüb. 



(Oxuyur.) 

Robin mənim öz 

incim, 

Sevincimdir, sevincim. 



L a e r t .  

Dərdi də, qəmi də, cəhənnəmi də Bu 

qız gör necə də gözəlləşdirir! 

O f e l i y a  

(oxuyur). 

O yenə də gələcəkmi? 

O yenə də gələcəkmi? 

Xeyr, xeyr, o ölübdür, 

Torpaqlara gömülübdür, 

Bir də heç vaxt gəlməyəcək. 

Saç-saqqalı döndü gülə, 

Ağ deyildi qar da belə. 

Heyif, öldü, biz ağladıq, 

Ağı dedik, yas saxladıq. 

Allah, ona rəhmət elə. 

Allah cəmi ölənlərin ruhuna rəhmət eləsin. Allah sizi saxlasın. 



(Gedir.) 

L a e r t .  Bunu görürsənmi, aman, ilahi! 

K r a l .  

Laert, mən şərikəm sənin dərdinə. 

Əgər inanmırsan, onda özün get, 

Sınanmış, ağıllı dostlannı yığ, 

Danış olduğutək bu fəlakəti. 

Qoy onlar düşünüb qərar versinlər. 

Hərgah, doğrudan da, bu cinayətdə 

Birbaşa və yaxud dolayı yolla Mənim 

zərrə qədər əlim olarsa, 

Tacımı, taxtımı, öz həyatımı, 

Bütün nəyim varsa hazıram verim Bu 

böyük itkiyə bir əvəz kimi. 



271 

downloaded from KitabYurdu.org




 

Uilyam 


Şckspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

Yox, günahsız olsam, onda səbir elə, 



Qəl birgə axtaraq, araşdıraq biz, 

Tapaq həqiqəti. 

L a e r t .  

Yaxşı, razıyam. 

Atamın bu cürə sirli ölümü, 

Gizlin, təntənəsiz dəfn olunması, 

Abidə tikməmək məzan üstə, 

Onu bəzəməmək qılıncla, gerblə, 

Adət-ənənənin unudulması - 

Bunların hamısı, ildırım kimi 

Qurlayıb gələrək göylərdən yerə, 

Amansız qisasa çağırır məni. 

K r a l .  

Qisas alacaqsan, inan sən buna. Cani 

tapıldımı, kim olur-olsun, 

Gərək yerindəcə boynu vurulsun. 

Rica eyləyirəm, gedək mənimlə. 

Gedirlər. 

ALTINCI SƏHNƏ

 

Qəsrdə başqa bir otaq. 

Horatsio bir xidmətçi ilə daxil olur. 

H o r a t s i o. Mənimlə danışmaq istəyən kimdir? 

X i d m ə t ç i .  

Cİç-dörd dənizçidir, deyirlər ki, ser, 

Məktub gətiriblər sizə kimdənsə. 

H o r a t s i o .  

Yaxşı, de gəlsinlər. 

(Xidmətçi gedir.) 

Heç bilmirəm ki, 

Məni bu dünyada indi yad edən 

Hamletdən savayı kim ola bilər?! 



272 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə